четверг, 31 марта 2011 г.

Tariximizi Unutmayaq


31 mart 2011-ci il tarixdə Şirvan İcma Məlumat mərkəzində  Tarimizi unutmayaq mövzusuna həsr olunmuş meydan tədbiri  keçirilmişdir.  Tədbirdə Şirvan şəhərində fəaliyyət göstərən məktəblərdən müəllimlər, jurnalistlər, mədəniyyət işçiləri, tələbələr , kitabxanaçılar olmaqla 42 nəfər  iştirak edirdilər. Odur ki, bu meydan tədbiri Mərkəzi Kitabxananın ox zalında keçirildi.


Meydanı  giriş sözü ilə açan Mərkəzi kitabxananın direktoru İltifat Nəbiyev qeyd etdi ki, Ötən əsrdə dörd dəfə 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1989-cu illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqrımı və deportasiya siyasətibu gün özünü Dağlıq Qarabağla bağlı məlum hadisələrdə büruzə verir, həm də onu göstərir ki, ermənilərin xalqımıza olan tarixi münasibəti dəyişməyib.


Azad Azərbaycan qəzetinin müxbiri  Qaçay Həsənov isə dedi ki, Ermənilər təkcə bu gün ermənistan adlanan ərazi deyil, Bakı quberniyasının Bakı, Şamaxı, Quba şəhərlərində, Göycay qəzasında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı, xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirmişlər. Erməni faşistləri bu ərazilərdə 10 minlərlə dinc azərbaycanlı əhalini-qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirmiş, yaşayış yerlərini , talan edərək yandırıb viran qoymuş, xalqımızın milli mədəniyyət abidələrini, məsçidləri dağıtmış və yandırmışlar.


21 saylı orta məktəbin tarix müəllimi Salam Məmmədov  isə soyqırım haqda məlumat verərək qeyd etdi ki, XX əsrin birinci yarısında Zaqfqaziyada baş vermiş 2 qırğın zamanı (1905-1907, 1918-1920illər) 2 milyona yaxın azərbaycanlı ermənilər tərfindən qətlə yetirilmiş, öz ev-eşiyindən zorla qovulmuşdur.


 Şirvan Dövlət İqtisadiyyat və Humanitar kollecin tələbələri isə öz fikirlərində bildirdilər ki , Ən ağrılısı odur ki, 1918-ci ilin martında baş vermiş azrbaycanlıların soyqrımı məsələsini hələ də dünyanın diqqət mərkəzinə gətirə bilməmişik. Biz xalqımıza qarşı törədilən soyqrımı  , tarixini və şəhidləri unutmamalı, başımıza gətirilənləri dünya ictimayyətinə çatdırmalıyıq. Çatdırmalıyıq ona görə ki, qoy bütün dünya üzdəniraq qonşularımızın , azğın ermənilərin kim olduğunu bilsinlər.

Комментариев нет:

Отправить комментарий