четверг, 17 марта 2011 г.

Beynəlxalq Novruz günü

17 Mart 2011-ci il tarixdə Mərkəzi Kitabxanada Beynəlxalq Novruz gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə 43 nəfər olmaqla əsasən mədəniyyət işçiləri, kitabxanaçılar,  Şirvan şəhər Xalq Teatrının aktyorları , məktəblilər iştirak edirdi.
Beynəlxalq Novruz günü haqqında məlumat verən Mərkəzi kitabxananın direktoru İşnəbiyev qeyd etdi ki, Beynəlxalq Novruz günü –mədəniyyətlərarası dialoq  və qarşılıqlı anlaşmanı həvəsləndirməyə istiqamətləndirilən bayram  BMT-nin Baş Assambleyası 23 fevral 2010-cu ildə21 Mart tarixini Beynəlxalq Novruz Günü elan edib. Beynəlxalq Novruz Günü münasibətilə hazırlanan qətnamənin  preambula hissəsində  bildirilir ki, “yeni gün” mənası verən , martın 21-də gecə və gündüzün bərabərləşdiyi  gün qeyd olunan Novruz , btütün dünyada 300 milyon nəfərdən artıq adam tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur.
Bu Bayram artıq 3000 ildir ki, Balkanlarda , Qara dəniz hövzəsi regionlarında , Qafqazda Mərkəzi Asiya, yaxın Şərq  və digər regioalarda qeyd olunur.
Azərbaycan xalqının tarixin qədim qatlarında yaratdığı, dilimiz,zəngin folklorumuzu, özündə yaşadan Novruz bayramı azərbaycançılıq ideyasını  , xalqımızın milli mənəvi irsini  özündə təcəssüm etdirir. Novruz yeni günün ,yeni arzuların , milli ruh və duyğuların bayramıdır.  Novruz bayramı-şərşənbə günü , dünyanın qeyri maddi irsi kimi  YUNESKO-nun siyahısına daxil edilib. 
Novruz günlərində , çərşənbələrdə tonqalın üstündən tullanmaq adətimiz var. Sanki, sən bununla bütün ağırlığını-ugurlugunu , əziyyətlərini köhnə ildə,eyni zamanda , pis xasiyyətlərini , mənfi tərəflərini orada qoyub , yeni ilə, yeni  günə gedirsən. Novruz ənənələrinə görə , bayram günü küsülülər barışır , hətta qan intiqamı da yaddan çıxararlar. Bu dəyərlər geniş mənada təkcə cəmiyyət daxilində deyil, eyni zamanda ölkələr arasında anlaşmanı, sülhü təcəssüm etdirir. Bu baxımdan Novruz bayramını , onun milli özəllikləri ilə yanaşı , sülh və barış kimi bəşəri dəyərlərin təcəssümü olaraq dünyaya tanıtmaq, təbliğ etmək çox vacibdir.
Azrbaycan xalqının milli mənəvi irsinin təcəssümü olan Novruz bayramının dövlət səviyyəsində qeyd edilməsi, onun dünya azərbaycanlıları arasında daha geniş yayılmasına da zəmin yaradır. Soydaşlarımız yaşadıqları ölkələrdə Novruz təntənələrini keşirməklə bu bayramın timsalında xalqımızın tarixi dəyərlərini, ənənələrini  təbliğ edirlər. Bu isə nəticə etibarı ilə Azərbaycanın təbliği  deməkdir.
Tədbirdə qadınlar arasında şəkərbura bəzəmək müsabiqəsi keçirildi.


Məktəblilər arasında tapmaca müsabiqəsi keçirildi.

Novruz adətləri olan yumurta döyüşdürmək, papaq atmaq müsabiqələri keçirildi.
10, 18 və 21 saylı məktəblərin şagirdləri çərşənbələr  haqqında məlumat verdilər.
Tədbirə kosa və keçəl xüsusi rəng qatdı

Комментариев нет:

Отправить комментарий