понедельник, 13 августа 2012 г.

Vərəmli xəstələrdən qorxmayın onlara dəstək olun

Mən  18 il bundan əvvəl vərəm xəstəliyi ilə müalicə olunmuşam.  İndi də o günlər yadıma düşəndə özümü çox pis hiss edirəm -deyə sözə başlayan Xəyalə dedi.- Bizim 2 otaqlı çiy kərpicdən olan evimizdə 4 uşağım və həyat yoldaşımla birgə yaşayırdıq. Bir gün evimiz çat verdi və hər an  başımıza uçmaq təhükəsi ilə üz-üzə qaldıq. Həyat yoldaşımla qərara gəldik ki, yeni ev tikək. Hər gün istirahət etmədən işləyirdik. Bostan əkir, kərpic kəsir, sonra uşaqların paltarını yuyur, yemək bişirir , təndirdə çörək bişirirdim. Demək olar ki, gün ərzində yemək yeməyə də az vaxt tapırdım . Beləliklə çox ağır xəstələndim. Həkim mənə rentgen müayinəsindən keçməyi məsləhət gördü. Həyat yoldaşım məni rentgen müayinəsinə apardı demək olar ki, ayaq üstə güclə dururdum. Rentgen müayinəsi aparan həkim  həyat yoldaşıma dedi ki nahaq xərc çəkirsən artıq gecdir. Apar evinizə və gözlə bunun  1 neçə günü qalıb. Mən də otaqda idim. Yoldaşım  dedi ki, doktor hec olmazsa bu sözləri mənə təklikdə deyərdiniz ,axı ,o eşidir. Özünüz də bilirsiniz ki, insanı ümid yaşadır onun ümidlərini niyə qırırsınız. Mənə isə dedi ki qorxma sən sağalacaqsan. Mən  səni ölməyə qoymayacam. Sənin mənim xatirim üçün də olmasa, 4 uşağın üçün  yaşamalısan. Beləliklə, məni Bakıya vərəm dispanserinə apardı. Özü üçün 4 uşağa baxmaq , üstəlik işləmək ağır olsa da bunu etdi. Mən 3 ay yataq rejimində müalicə olundum və sağaldım. Bunun üçün də mən özümü  həyat yoldaşıma ömür boyu  borclu hesab edirəm.  O, çoxları kimi hərəkət etmədi.  mənim vərəmli xəstə olduğumu bilən zaman məni atmadı , əksinə dəstək oldu.  Dedi ki, mən səninlə evlənəndə sən xəstə deyildin. Mənim evimdə xəstələnmisən. Deməli sənə yaxşı baxa bilməmişəm.
Mənim qonşularım həmin ağır günlərimdə mənə çox kömək etdilər. Çörəyimi bişirdilər, inəyimi sağdılar , ağır işlərimi gördülər.   Mən tanıdığım vərəmli xəstələrin əksəriyyəti baxımsızlıq  və  atıldıqları üçün  bu dərdlərə dözə bilmir və dünyalarını dəyişirdilər. Mən fikirləşirəm ki onlar yaxşı həkimə rast gəlsələr , lazımı müalicələri alsalar ,  doğmaları , ətrafdakı insanlar dəstək olsalar, onlar da sağala bilər.


Amma hər kəsin də ətrafı , doğmaları da Xəyalə xanımın yaxınları kimi olmur. Çox insanlar yoluxduğu xəstəliklə əlaqəli müəyyən problemlərlə qarşılaşırlar.  Məsələn, Sabirabad rayonunun sakini Şıxıyev Eminlə bağlı araşdırma aparanda məlum olub ki, onun ailəsində 3 nəfər vərəmdən vəfat etmişdir. O qeyd edir ki, hətta kənd sakinləri xəstəliyə yoluxmaqdan qorxduqları üçün yas mərasimi zamanı yerinə yetirilən adətlərdən (ölünün yuyulmasında iştirak etmək və verilən ehsandan yeyilməmək) imtina ediblər. Heç kim onların nəslindən olan qızla ailə həyatı qurmaq və ya oğlana qız vermək istəmir. Həyat şəraiti ilə maraqlandıqda onun yoxul yaşadığı məlum oldu. Kənd yerində yaşayış tamam başqa cürdür , əgər çalışmasan və əkib-becərməsən dolanmaq mümkün olmur. Vərəmli xəstələrin isə köməyə ehtiyacı olur. Xəstəliklə əlaqəli o işləyə bilmir, işləyə bilmədiyi üçün də yaxşı qidalana, dərmanları vaxtlı-vaxtında ala bilmir. Bu da xəstəliyinin ağırlaşmasına səbəb olur. Emini hal-hazırda  USAİD-in  Vərəmlə bağlı maliyyələşdirdiyi proqramın əməkdaşları nəzarətə götürmüş və həm maddi həm də mənəvi dəstək verirlər. Onun dərmanları da hətta bu proqram tərəfindən pulsuz olaraq verilir. Hətta yaxşı bir həkimlə də təmin ediblər. USAİDin bu proqramla əlaqəli əməkdaşları mütəmadi olaraq Eminə baş çəkir, onun vəziyyəti ilə maraqlanırlar. İndi Eminin vəziyyəti yaxşıdır öz həkimi Samir Quliyevden çox razıdır. Belə bir xəstələrə qayğı göstərdiyi üçün və həmçinin maddi və mənəvi dəstək olduğu üçün USAİD təşkilatına minnətdarlığın bildirir. Əgər Emini USAİD təşkilatı öz himayəsinə götürməsəydi onun halı halı acınacaqlı olardı, insanlar Onu damğalamaqda, ondan qaçmaqda davam edəcəkdilər.

Yuxarıda adını çəkdiyim Emin adlı xəstəyə insanlar tərəfindən stiqma tətbiq edilmişdir. Stiqma-müəyyən qrup insanın  cəmiyyət tərəfindən əsassız mühakimələrə görə ləkələnməsi və damğalanmasıdır. Bizim toxunduğumuz mövzu məhz vərəmli xəstələrə tətbiq olunmuş stiqmadır. Stiqma olunan insanlar cəmiyyət tərəfindən ləkələnir, onlar cəmiyyət tərəfindən təcrid edilir və müəyyən problemlərlə rastlaşırlar. Vərəmli xəstələrdən öz yaxınları üz döndərir, yolda gedərkən insanlar ondan uzaq gəzir, çalışdıqları qədər salam verməmək üçün hətta üzlərini yana tuturlar, onlar heç bir məclisə dəvət olunmur, hətta bir sol arxasında yemək yeməkdən , hətta söhbət etməkdən qorxurlar. Hamı onlara VƏRƏMLİ etiketi vurur, vərəm xəstələrinin uşaqları və ailəsi də bu cür problemlə üzləşirlər.Heç kim öz uşaqlarını onların uşaqları ilə oynamağa qoymur, uşaqlarına həmin ailədən olan uşaqla dostluq eləməyi qadğan edirlər. Uşaqlar təhsil aldıqları ocaqda belə bu cür problemlərlə üzləşirlər.
Onlar işsizlikdən əziyyət çəkirlər.
Stiqma yaradan əsas səbəblərdən biri cəmiyyətin həmin xəstəlik haqqında az məlumatlı olmasıdır.  İnsanlar bilməlidir ki , heç kim vərəmdən sığortalanmayıb. Bu xəstəliklə hamımız üzləşə bilərik. Vərəmi yaradan Kox çöpləri hava-damcı yolu ilə insana keçir. Əsas da ictimai yerlərdə bu xəstəlikdən yoluxma mümkünsüzdür. Lakin , hamı bu xəstəliyə yoluxmur, çünki həyat şəraitinin yaxşı olması , düzgün qidalanma, stressdən uzaq olmaq və immunitetin yüksək olması bizi xəstəlikdən xilas edir.  Həm də insanlar vərəmli xəstələrə stiqma tətbiq eləməkdənsə ,onlara dəstək olsalar və qayğı göstərsələr, həm stiqmatizasiyaya qarşı , həm də vərəm xəstəliyinə qarşı mübariza aparsalar həm cəmiyyəti , həm özlərini , həm də xəstələri qurtarmış olarlar.  Bunun üçün stiqma yaradan səbəblər araşdırmalıdır. Biz araşdırdıq ki , əsas səbəb insanların vərəmlə bağlı məlumatsızlığıdır. Hamı fikirləşir ki vərəm ölümcül xəstəlikdir. Lakin , vərəm üzrə mütəxəsislər deyir ki , əgər vaxtlı-vaxtında müayinə olunsalar və düzgün , mütəmadi müalicə olunsalar xəstəlik 5-6 ay ərzində tamamilə keçib gedər. Amma , stiqma nəticəsində xəstələr (əsas da regionda olan xəstələr) həkimə müraciət etmir, öz xəstəliklərini gizlədir və qeyri-leqal müalicə yolu ilə müalicə olunmağa çalışırlar. Bunun nəticəsində xəstəlik daha da kəskinləşir, bu da infeksiyanın yoluxmasına daha münbüt şərait yaradır və sağalmanı gecikdirir. Vərəmli xəstələrə qarşı stiqmatizasiya olmasa onlar xəstəliyini gizlətməzlər, buna görə utanmazlar və bu onların tez sağalmasına şərait yaradar.
Vərəm xəstəliyinin əsrlərlə aktual qalağının ən böyük səbəbi də məhz stiqmatizasiyadır. Digər qitələrə nisbətən Afrika və Asiyada vərəmin daha çox vüsət almasına səbəb həm həyat səviyəsinin aşağı olması və onlara tətbiq edilən stiqmatizasiyadır. Lakin , Avropa və Amerikada həyat səviyyəsi yaxşı olduğundan və stiqmatizasiya qarşı mübarizə aktual və intensiv olduğundan orada xəstəliyə rast gəlinmə faizi dəfələrlə aşağıdır. Azərbaycanda da vərəm problemi aktual olaraq qalır. Bunun üçün biz digər ölkələrin  təcrübələrindən istifadə edib yararlanmalıyıq. Stiqmatizasiyaya qarşı mübarizə aparan qrumlardan Beynəlxalq qrum olan Aypara və USAİD-in təcrübəsindən yararlanmaq bizim üçün daha yaxşı olardı. Çünki araşdırma zamanı yalnız bu qrumların ölkəmizdə daha aktiv olduqları və bu işdə böyük təcrübə sahibi olduqlarını bildim. Bunun üçün fikirləşirəm ki , dövlət qurumları , vətəndaş cəmiyyəti insitutları , qeyri-hökümət təşkilatları ,  KİV-lər  USAİD və Qızıl Aypara cəmiyyəti ilə sıx əməkdaşlıq etməlidirlər. Və zəncirvari olaraq bu barədə forumlar təşkil ediilməli, qəzet, jurnal və internet saytlarında məqalələr dərc olunmalı, tədris müəssisələrində maarifləndirmə işləri aparmalı, gəncləri stiqmatizasiyaya qarşı şüarlar ətrafında toplanmalıdır. Stiqma qlobal problem olduğu üçün və bizim ölkəmizda də stiqma aktual mövzu olduğu üçün bütün bu qurumlar , təşkilatlar, QHT-lər və dövlət qurumları , habelə təhsil müəsisələri əl-ələ verib , birləşib maarifləndirmə, məlumatlandırma aparmaqla mübarizə aparmağı daha məqsədə uyğundur. Gəlin , insanlığı məhv edən Stiqmaya qarşı hamımız mübarizə aparaq və hamı ilk öncə özündən başlamalıdır .