четверг, 29 сентября 2011 г.

среда, 28 сентября 2011 г.

Kitabxançılar üçün ingilis dili danışıq klubları


28 sentyabr 2011-ci il tarixdə Şirvan İcma Məlumat Mərkəzində kitabxanaçılar üçün ingilis dili danışıq klublarında növbəti təlim olmuşdur.

Bu dəfəki təlim ailə ağacı və onun xususiyyətləri haqqında olmuşdur. Ktabxanaçılar ailə ağacındakı insanların hər biri ilə olan münasibətləri haqqında qısa da olsa məlumat verməyə çalışdılar.

Turizm və biomüxtəliflik

Şirvan İcma Məlumat Mərkəzində Turizm və biomüxtəliflik mövzusuna həsr olunmuş dəyirmi masa keçirilmişdir. Tədbirdə Şirvan şəhər Mədəniyyət və Turizm şöbəsinin əməkdaşları iştirak etmişlər.

вторник, 20 сентября 2011 г.

Neftçilər günü qeyd edildi

20 sentyabr 2011-ci il tarixdə Neftçilər günü münasibəti ilə məlumatlandırma tədbiri keçirilmişdir.

Milli Musiqi günü

18 sentyabr 2011-ci il tarixdə Şirvan İcma Məlumat Mərkəzində Milli Musiqi günü münasibəti ilə məlumatlandırma tədbiri kecirilmişdir.


Su həyatdır.

Su- həyatdır,Su dirilikdir, Bütün varliqların ilk yaradıcısı  cudur.Su insannın ilk yarandığı ilkvaxtlardan onun həyat fəaliyyətində misilsiz rol oynamışdır.Su planetimizdə həyat şirəsidir.Suyu başqa maddələrdən fərqləndirən nədir Su adi temperatur və təzyiq şəraitində, eyni zamanda üç müxtəlif aqreqat halında ( bərk, maye və qaz) ola bilən yeganə maddədir. Qışda göllərin səthi buzla örtülur, dərin qatlarda su maye halında olur, göydə isə, gözə görünməyən su buxarı şəklində toplanır.AQUAVİTA suları bütün bu möcüzələri özündə birləşdirən  bir sudur.
İndi bəzi işbazlar meydana gəlib ki, adi suları da qeyri standart yerlərdə heç bir təmizlik və ekologiya nəzərə alınmadan qablaşdırılaraq satışa çıxarılır.
Mən AQUAVİTA sularına bəzi tövsiyyələrim var AQUAVİTA suları istehsal etdiyi suların üzərinə fərqləndirici nişanlar vursun ki,  başqa işbazlrın satdığı sulardan fərqlənsin.

пятница, 16 сентября 2011 г.

среда, 14 сентября 2011 г.

Təhsilimiz bu gün

12 sentyabr 2011-ci il tarixdə Şirvan İcma Məlumat Mərkəzində Təhsilimiz bu gün mövzusuna həsr olunmuş meydan tədbiri keçirilmişdir.



http://www.youtube.com/user/MsAlma9?feature=mhee#p/a/u/1/XVdaLgNSYlE

Tədbirdə Sevil Qadınlar Cəmiyyətinin sədri,  Şirvan şəhər 16 məktəbin müəlliməsi,  Tərəqqi medallı ilə təltif olunmuş Əzizə xanım Məmmədova , Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru Samirə Abışova, Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Günel, 16 saylı məktəbin Azərbaycan dili və Ədəbiyyatı müəlliməsi Şəhla Məcidova , 18 saylı məktəbin ingilis dili müəlliməsi İradə Əhmədova, Şirvan şəhər İqtisadiyyat və Humanitar Kollecin ingilis dili müəllimi Agayar Nəsirov, Şirvan şəhər Mərkəzi kitabxananın işçiləri Şəfəq Səlimova, Firuzə Amanəliyeva, Vəzifə Xuduyeva , Tamella Heydərova , tələbələr, şagirdlər , valideynlər və b. iştirak edirdilər. 

среда, 7 сентября 2011 г.

Şirvan şəhər Şəkil Qalereyası işçiləri ilə sənətsevərlərin görüşü

7 Sentyabr 2011-ci il tarixdə Şirvan İcma Məlumat Mərkəzində Şirvan şəhər Qalereyası işçiləri ilə sənətsevərlərin görüşü adlı meydan tədbiri keçirilmişdir.

Görüşdə Qalereyanın ekskursiyaçısı Şəbnəm Nuriyeva rəssam Böyükağa Mirzəzadənin 90 illik yubileyi ilə əlaqədar olaraq rəssamın həyatı və yaradıcılığı haqqında məlumat verdi.
Qalereyanın baş fond mühafizi Çinarə Hüseynova isə Azərbaycan incəsənətinin tarixi haqqında məlumat verdi
Şirvan şəhər Şəkil Qalereyasının yaranma tarixi, keçirdiyi tədbirlər, fondunda qorunan əsərlaər haqqında isə Şirvan şəhər Şəkil Qalereyasının direktoru Ziyafət Hüseynov məlumat verdi.
Görüş cox maraqla qarşılandı. İştirakçıların suallarını  həmçinin  Qalereyanın əməkdaşı Abdullayeva Brilyant və Qafarova Şəfa cavablandırdi