воскресенье, 13 марта 2011 г.

Bədən tərbiyəsi və İdman günü

4 mart 2011-ci il tarixdə Şirvan İcma Məlumat Mərkəzində Azərbaycanda Bədən tərbiyəsi və İdman günü münasibəti ilə İdmançı gənclərlə görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan mərkəz administratoru bu günün qeyd olunması tarixi haqqında məlumat vermişdir Prezident İlham Əliyev 2005-ci il martın 4-də “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında Sərəncam imzalamışdır. 5 mart Azərbaycan idmanı üçün xüsusilə əlamətdar bir gündür. Belə ki, 1995-ci ilin həmin günü ulu öndərimiz Heydər Əliyev dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşmüş, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyaraq İdman Fondunu təsis etmişdir
Azərbaycanda məşhur idman növləri çoxdur, həmçinin milli güləşmə növləri də var. İdmançıların taekvondo, şahmat, dama, cüdo, armrestlinq, boks, karate, uşu, habelə, milli güləş növlərini birləşdirən zorxana və digər idman növləri üzrə çıxışları təşkil olunmuşdu. İndi ölkəmizdə idmana dəstək böyükdür. Respublikamızın əksər regionlarında olimpiya mərkəzləri var. Düzdür, bizim şəhərdə olimpia mərkəzi hələ ki, tikilib istifadəyə verilməyib. Şəhərimizdə İdman kompleksi və Uşaq , gənclər İdman məktəbi var ki, burada uşaqlar və gənclər idmanla məşğul olurlar.
Sonra idmançı gənclərə söz verildi. Uşaq Gənclər İdman Məktəbinin yetirməsi Əli Əhmədov qeyd etdi ki, o boksla məşğul olur. Respublika səviyyəli bir çox yarışmaların qalibidir.
Sevalə Eyvazova dedi ki, o, qızlar arasında boks üzrə Respublika səviyyəli yarışların qalibidir. Şəhərimizdə idmançı qızlar çoxdur. Onlardan biri də Türkan Kərimovadır. Türkan isə qeyd etdi ki, mən stolüstü tennislə məşğul oluram. Şəhər birinciliyində çıxış etmişəm və qalib gəlmişəm. Amma hələ Respublika səviyyəli yarışlarda iştirak etməmişəm. İnşallah gələcəkdə iştirak edəcəyəm.

Комментариев нет:

Отправить комментарий