пятница, 18 марта 2011 г.

Irqi ayri-seçkilik ugrunda Beynəlxalq mübarizə günü

18 mart 2011-ci il tarixdə Şirvan İcma Məlumat Mərkəzində İrqi Ayrı-seşkiliyin Ləğv Edilməsi uğrunda Mübarizə günü münasibəti ilə məlumatlandırıcı tədbir keçirilmişdir. Tədbirdə 15 nəfər olmaqla əsasən gənclər iştirak edirdi.
Tədbiri  giriş sözü ilə açan mərkəzin fəal istifadəçisi Mehdiyeva Lalə qeyd etdi ki, Etnik hökmranlıq nəticəsində irqi ayrı-seçkilik ( diskriminasiya) əhalinin müəyyən qrupunun hüquq və azadlıqlarının məhdudlaşdırılmasına  və ya onlardan məhrum edilməsinə gətirib çıxarır. Gündəlik həyatda bu , həmin qrupun restoranlara , çimərliklərə, kinoteatrlara və ya şəhərinbəzi rayonlarına getməyinə qadağa qoyulmasında , istehsal sahəsində bəzi peçələrlə məşğuliiyətin məhdudlaşdırılmasında ,  hamı kimi təhsil almaq, uğurlu karyera yaratmaq imkanının olmamasında, psixioloji planda lağ-lağı ləqəblərdə, “geridə qalmış” xalqlar haqqındakı lətifələrdə və s.özünü göstərir.
          Diskriminasiyanın bir forması da aparteiddir.. Apartied yerli əhalinin bir-biri ilə əlaqəni kəsmək məqsədi ilə onların müstəmləkəçilər tərəfindən insan həyatı üçün yararsız yerlərə köçürülməsidir.  Bu cür sistem uzun müddət ABŞ-da hundulara arşı , Cənubi Afrika Respublikasında ( CAR) isə zəncilərə qarşı hökm sürmüşdür.
          Bu siyasətin əsasında rasizm  ( rasa irq  deməkdir)-insan irqlərinin qeyri-bərabərliyi şəraitinə əsaslanan ideologiya və siyasət durur. Rasistlər (irqçilər) iddia edirlər ki, “tam dəyərli” və “natamam dəyərli” irqlər vardır. Onlar bununla öz ölkələri daxilində irqi diskriminasiyaya və başqa ölkələrlə münasibətdə işğalçı müstəmləkə siyasətinə haqq qazandırmağa çalışırlar.
          Diskriminasiyanın insanlığa sığmayan forması – hər hansı millətin  və ya etnik qrupun nümayəndələrinin yarasız , dəyırsiz və ya düşmən kimi elan olunaraq məhv edilməsidir ki, bu da soyqırım (genosid) və holokost adlanır. XX əsr milli zəmində ehtirasların coçması və bunun nəticəsində baş verən faciəvi hadisələrlə doludur.Nasist almanıyası insanların bir qrupunun başqaları üzərində hakimiyyətə malik olması  və xüsusi ali irqin –bütün dünyanı idarə etməli olan ayrıca seçilmiş millətin mövcudluğu haqqında nasist ideya ilə silahlanaraq dünyaya ən dəhşətli soyqırım nümunəsi göstərmişdir. Bu ideyanın həyata keçirilməsi ona gətirib çıxarmışdır ki, faşistlər yəhudiləri, qaraçıları tamamilə məhv etməyə (holokost), digər xalqları ( məsələn , slavyanları) “əsil arilərə”  tabe etməyə cəhd göstərmişlər.
Tədbir iştirakçısı  Əhədova Fidan isə dedi ki, XXəsr tarixində Azərbaycan xalqına qarşı ən dəhşətli soyqırımları ermənilər törətmişlər. Terrorçu erməni təşkilatı olan “Daşnaksütyün” partiyasının rəhbərliyi ilə 1905,1907,1918-1920,1937-1940, 1948-1953 və nəhayət, 1988-1994-cü illərdə erməni vəhçiləri azərbaycanlılara qarşı  misilsiz soyqırımlar törətmişlər. Məhz onların bu qanlı etnik təmizləmə siyasətinin nəticəsidir ki, indi Ermənistan adladırılan, əslində Azərbaycanın qərb torpaqları olan ərazilərdə bir nəfər də olsun azərbaycanlı qalmamışdır.
Bəs BMT-ni iqri ayrı-seçkiliyin ( diskriminasiyanın ) ləğv edilməsi uğrunda Beynəlxalq  mübarizə Günü təsis etməyə vadar edən nə olmuşdur?  Cənubi Afrika Respublikasının hakim dairələri tərəfindən  Afrikanın yerli əhalisi  və Hindistandan köçürülmüçlərə qarşı dözülməz irqi diskriminasiya siyasəti bəşəriyyəti narahat etmişdi. 1960-cı il oktyabrın 26-da Cnubi Afrikanın  Şarpevil şəhərində polis aparteid rejiminin afrikalı əhalinin məcburi  pasportlaşdırılması haqqında qanuna qarşı  dinc etiraz nümayişinə divan tutmuşdu. Nəticədə 69 nəfər  öldürülmüşdü.
1966-cı il oktyabrın 26-da BMT Baş Məclisinin  XXI sessiyası İrqi Diskriminasiyanın Ləğvi uğrunda  Beynəlxalq Mübarizə Gününün təsis edilməsi haqqında qərar qəbul etdi. BMT-nin Baş Məclisi bununla beynəlxalq ictimayyəti irqi ayrı-seçkiliyin  bütün formalarının  ləğvi uğrunda səyləri birləşdirməyə şaöırdı. 1979-cu ildə Baş Məclis rasizmə və irqi diskriminasiyaya qarşı mübarizə onilliyi elan etdi. Baş Məclis bütün dövlətlərə müraciət edərək hər il martın 21-dən başlayaraq rasizmə və diskriminasiyaya qarşı mübarizə aparan xalqlarla həmrəylik həftəsi keçirməyə çağırdı. İndi Cənubi Afrika Respublikasında  21 Mart İnsan Hüquqları günü kimi qeyd olunur.

Комментариев нет:

Отправить комментарий