пятница, 8 апреля 2011 г.

Ümumdunya sağlamlıq günü


6 Aprel 2011-ci il tarixdə Şirvan İcma Məlumat mərkəzində Sağlamlığımızı sağlam olarkən qoruyaq mövzusuna həsr olunmuş diskusiya keçirildi. Diskusiyada 12 nəfər olmaqla əsasən gənclər iştirak edirdi. Diskusiyanı girış sözü ilə xəstəxananın həkimi Mehri İmanova açaraq qeyd etdi ki, Bu gün cəmiyyətib bütün qrupları iqlim dəyişiklərinin , qeyri-sabitliyin və kəskin hava şəraitinin təsirinə məruz qalır. İnsan sağlamlığına olan təsirlər artıq Ümumdünya Səhiyyə təşkilatının Avropa Regionunda müşahidə olunmuşdur.12  Avropa  ölkəsindən alınmış  məlumatlara əsasən 2003-cü ilin yayında havaların həddindən artıq isti keçməsi nəticəsində 70 000 nəfərdən artıq adam ölmüşdür. Müqayisə üçün qeyd etmək lazımdır ki, ötən beş il ərzində yalnız bir həyəcan doğrucu hal baş vermişdir.
Tədbir iştirakçısı Nailə Cəfərova isə 7 aprel Ümumdünya Sağlamlıq gününün tarixi barədə danışaraq  dedi ki, 1948-ci birinci Ümumdünya Səhiyyə Assambleyası Ümumdünya Səhiyyə Təşkilatının yaradılmasını qeyd etmək üçün Ümumdünya Sağlamlıq günün təsis edilməsi təşəbbüsü ilə çıxış etdi. 1950-ci ildən başlayaraq Ümumdünya Sağlamlıq günü hər il 7 aprel tarixində qeyd edilir.
Hər il Ümumdünya Sağlamlıq Gününün mövzusu  Ümumdünya Səhiyyə Təşkilatı üçün prioriet sayılan bir problemi diqqət mərkəzinə gətirir.  Ümumdünya Sağlamlıq Günü diqqəti səhiyyə sahəsində beynəlxalq ictimaiyyətə təsir göstərən başlıca problemlərə yönətmək üçün dünya səviyyəsində bir imkandır. Ümumdünya Sağlamlıq Günü 7 apreldən sonra  belə davam edən uzunmüddətli ictimai maarifləndirmə proqramlarının başlanması ilə səciyyələnir.
Ümumdünya Səhiyyə Təşkilatı Birləşmiş Millətlər Təşkilatının səhiyyə məsələləri üzrə ixtisaslaşmış agentliyidir. ÜST-ün Nizamnaməsində müəyyən olunduğu kimi ,  onun əsas məqsədi bütün insanların mümkün ola biləcək ən yüksək sağlamlıq səviyyəsinə nail olmalarını təmin etməkdir. Sağlamlıq ÜST-ün Nizamnaməsində yalnız xəstəliklərin , yaxud fiziki qüsurların olmamağı ilə deyil, tam fiziki, psixi və sosial sağlamlıq vəziyyəti kimi müəyyən olunur.
ÜST ozünü ümumdünya Səhiyyə Assambleyası vasitəsilə 193 üzv dövlət tərəfindən idarə olunur. Bu Assambleya  ÜST-ə üzv dövlətlərdən olan nümayəndələrdən ibarətdir. Ümumdünya Səhiyyə Assambleyasının əsas vəzifəsi ÜST-ün proqramı və növbəti ikiillik müddət üzrə büdcənin təsdiqi və siyasət məsələləri üzrə qərarların qəbul edilməsidir.
Tədbir iştirakçısı İbrahim Məmmədov sağlam olmaq üçün ekologiyanı qorumaq lazım olduğunu və sağlam qidalanmaq labudlüyünü qeyd etdi.
Tədbirdə iştirakçıları sağlamlığa təsir edən amillərdən biri də insanların son zamanlar aqresiv olmasının  və əsəb gərginliyinin olması hallarını qeyd etdilər. 

Комментариев нет:

Отправить комментарий