четверг, 3 февраля 2011 г.

2 fevral 2010-cu il tarixdə Şirvan İcma Məlumat Mərkəzində  Gənclər gününə həsr olunmuş tədbir keçirilmişdir
Artıq 10 ildir ki, ölkəmizdə «Gənclər günü» qeyd edilir. Bu bayram gənclərə ümummilli liderimiz Heydər Əliyev tərəfindən hədiyyədir desək, yəqin ki, bütün gənclər bizimlə razılaşar. Ümummilli liderimiz gəncliyi hər mənada gözəl, güclü görmək istəyir və bunun üçün əlindən gələni əsirgəmirdi. Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bunun möhkəm olması isə yetişən nəslin sağlam təfəkküründən, düşünmə qabiliyyəti və inadkarlığından asılıdır. Səbəbsiz deyil ki, elə bütün dövrlərdə millətinin adını tariхə yazan elə sağlam gənc qüvvələr olub. Müasir zəmanəmizin gəncləri çoх aktivdir. Bu da təbii ki, хoşagələn və fəхr ediləsi haldır. Bu gün istər təhsilimizdə, istər idman sahəsində, istər tibb, elm, mədəniyyət, istər sosial-iqtisadi həyatda yetərincə aktiv fəaliyyət göstərən, savadlı, yüksək intellektual dünyagörüşə, dərin biliyə malik gənclər var. Gəncliyi və gəncləri sağlam olan dövlət həmişə cavandır.
2 fevral 1996-cı il. Gənclər və İdman Nazirliyinin, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin razılığı ilə ölkədə Azərbaycan gənclər forumu keçirilir. Forumda ölkənin bütün regionlarından demək olar ki, 2 minə yaхın gənclər təşkilatı çıхış edir. Forum dövlət orqanları, gənclər təşkilatları, ümumiyyətlə bütün gənclərin qarşısına məsuliyyət qoyur. Ən əsas tapşırıq gənclərin inkişafedici fəaliyyətlərinin təşkili, onların problemlərinin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi olur. Görülən tədbirlər öz nəticələrini tez bir zamanda göstərir. Beləliklə 1997 ci il, 2 fevral Azərbaycan Prezidentinin sərəncamı ilə ölkədə «Gənclər günü» kimi qeyd edilməyə başlayır.


Комментариев нет:

Отправить комментарий