четверг, 27 января 2011 г.

Avropa Şurası və biz

Böyük Britanianın Baş naziri olmuş Uinston Çörçil 1946-cı ildə Sürixdə etdiyi bir çıxışda Avropa Şurası yaratmaq fikrini irəli sürmüşdür. 1949-cu ilin yanvarında Avropa Şurasınin yaradılması qərara alındı. Təşkilatın funksiya və sturukturuna dair ətraflı qərarın hazırlanması üçün 1949-cu ilin martında Londonda Brüssel
Paktına daxil olan ölkələr( Böyük Britaniya, Fransa, Belçika, Hollandiya, Lüksemburq), eləcə də Danimarka , İtaliya, İrlandiya, Norveç, İsveç səfirlərinin iştirakı ilə keçirilən müşafirədə Avropa Şurasının Nizamnaməsi hazırlandı. 1949-cu il may  ayının 5-də adı çəkilən ölkələrin xarici işlər nazirləri Nizamnaməni və bu səbəbdən hər il 5 may Avropa Şurasının yaradılması günü kimi qeyd olunur.
Avropa Şurasının məqsədləri üzv dövlətlərin ideya və prinsiplərinin müdafiəsi və həyata keçirilməsi üçün onlar arasında sıx əlaqələr yaratmaq, Avropanın demokratik və təhlükəsiz  əraziyə çevrilməsinə kömək emək, plüralist demokratiya və insan hüquqlarının müdafiəsi, vahid mədəniyyətin formalaşması üçün Avropa özünüdərkini möhkəmləndirmək və inkişaf etdirmək, üzv dövlətlərin iqtisadi və sosial tərəqqisinə yardım etmək, XXI yüzillikdə meydana çıxa biləcək problemlərin həlli yollarının axtarılması, təçkilatın fəaliyyətini demokratik və təhlükəsiz Avropa  yaratmaq prosesində iştirak edən başqa institutların işi ilə sıx əlaqələndirmək və s. ibarətdir. Hərbi məsələlər Avropa Şurasının səlahiyyətlərinə aid edilmir.
Hazırda 47 dövləti özündə birləşdirən Avropa Şürası hüquqi statusuna görə regional beynəlxalq təşkilatdır. Belə ki, eyni region dövlətləri tərəfindən beynəlxalq saziş əsasında yaradılmış bu təşkilatın fəaliyyəti BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyöundur. Avropa strukturlarında təmsilçiləik ölkəmizin sivil  bir Avpropa ölkəsi kimi qurulması baxımından mühüm əhəmiyyət daşıyır. Müstəqilliyini əldə etdikdən sonra Azərbaycanın əməkdaşlığa böyük maraq göstərdiyi nüfuzlu təşkilatlardan biri  də məhz Avropa Şurasıdır.
Azərbay can Respublikası  1992-ci ilin yanvarında ona " xüsusi dəvət edilmiş qonaq" statusu verilməsi üçün Avropa Şurasına rəsmi müraciət etdi
Avropa Şürası  Nazirlər Komitəsinin 2001-ci il yanvarın 17-də nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edildi. Yanvarın 25-də Azərbaycan Prezidenti Heydər Əliyevin iştirakı ilə Starsburqda ölkəmizin bu təşkilata üzv qəbul edilməsi münasibəti ilə rəsmi mərasim keçirilmiş və dövlətimizin üçrəngli bayrağı ucaldılmışdır.

Комментариев нет:

Отправить комментарий