среда, 9 февраля 2011 г.

Beynəlxalq İnternet təhlükəsizliyi günü ilə əlaqədar tədbir


8 fevral 2011-ci il Beynəlxalq internet təhlükəsizliyi günü münasibəti ilə Şirvan İcma Məlumat Mərkəzində tədbir keçirilmişdir.
Tədbirdə 4 qadın və 7 kişi olmaqla əsasən yeniyetmə və gənclər iştirak edirdi/
Şirvan İcma Məlumat Mərkəzinin administratoru tədbiri giriş sözü ilə açaraq Beynəlxalq İnternet Təhlükəsizliyi gününün qeyd olunması Təşəbbüsünün Avropa Komissiyası tərəfindən irəli sürüldüyünü və dünyanın 60-dan çox ölkəsində qeyd olunduğunu vurğuladı.
Qeyd edildi ki, qurumun bu təşəbbüsü  “ Europen SchoolNet” və “İnsafe” qeyri-kommersiya təşkilatları tərəfindən dəstəklənib və 2004-cü ildən etibarən  bu gün fevral ayının ilk çərşənbə axşamı qeyd edilir.  Bu günün qeyd edilməsinin məqsədi  əsasən dünya üzrə uşaqlar  və yeniyetmələr arasında online texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdən ibarətdir.
Keçən il Təhlükəsiz internet günü “Think before you post!” ( Yerləşdirməzdən əvvəl fikirləşin şüarı) altında keçirilirdi. Həmin deviz istifadəçiləri hər bir informasiyanı qlobal şəbəkədə yerləşdirməzdən və ya ismarıc göndərməzdən əvvəl  düşünməyə çağırır.
Qeyd edək ki, Təhlükəsiz internet gününün keçirilməsi bu istiqamətdə təhlükəsizliyin artırılması və qanunsuz  kontentlə mübarizə məqsədlərini daşıyan və Avropa  Birliyində həyata keçirilən daha qlobal bir proqramın tərkib hissəsidir.
Son zamanlar ölkəmizdə internet sektoru sürətlə inkişaf etmişdir. İnternet provayderlərin dövlət qurumları ilə birgə fəaliyyəti nəticəsində ölkəmizdə internet sektoru sürətlə inkişaf edir. Ötən il “az” domen zonasında qeydiyyatdan keçən  domen adları 9  minə çatması ilə milli kontentin inkişafı istiqamətində  bir sıra addımlar atılmışdır. Dövlət orqanlarının, özəl sektorların saytlarının “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərinə uyğunlaşdırılaraq məzmun  və texniki  cəhətdən keyfiyyəti artırılmışdır.
Hal hazırda ölkəmizdə internet istifadəçiləri sayı sürətlə artır. İstifadəçilər arasında  uşaqların və yeniyetmələrin də kifayət qədər çox olduğunu nəzərə alaraq ölkədə təhlükəsiz internet mühitin vacibliyini, kiber cinayətkalığa qarşı mübarizənin genişləndirilməsinin  mühüm vəzifə olduğu tədbir iştirakçılarının nəzərinə çatdırıldı . İndi uşaq-yeniyetmə auditoriyası üçün pozitiv kontentin yaradılması, saxlanılması və yayılmasına hərtərəfli köməklik göstərmək lazımdır. Gənc nəsli zərərli kontentlərdən qorumaq lazımdır.
Tədbir çox maraqla qarşılandı. Yeniyetmələri maraqlandıran suallara cavab verildi.

Комментариев нет:

Отправить комментарий