понедельник, 14 ноября 2011 г.

Ümumdünya Diabet günü

14 noyabr 2011-ci il tarixdə Şirvan İcma Məlumat Mərkəzində Ümumdünya Diabet günü münasibəti ilə meydan tədbiri keçirilmişdir. Meydana ekspert qismində Şirvan şəhər mərkəzi xəstəxananın həkimi Əsədullayev Rahil Malik oğlu dəvət edilmişdir. Doktor əsədullayev diabet xəstəliyi barədə ətraflı məlumat verdi və tədbir iştirakçılarının bu xəstəliklərin yaranma səbələri və müalicəsi ilə bağlı suallarını cavablandırdı. Həkimin vaxtı məhdud olduğu üçün o, tədbir iştirakçılarının Mərkəzi Xəstəxanada açılan Diabet məktəbinə dəvət etdi. Tədbir çox maraqla qarşılandı. Həkim hətta tədbir iştirakçılarının suallarına tədbirdən iş işinə qayıtmaq üçün maşına minmənə qədər yolüstü də cavablandırdı.

Комментариев нет:

Отправить комментарий