четверг, 25 ноября 2010 г.

Qadınlara qarşı zorakılığın aradan qaldırılması

25 noyabrda Şirvan İcma Məlumat Mərkəzində "Qadınlara qarşı zorakılığın aradan qaldırılması" mövzusuna həsr olunmuş tədbir keçirilmişdir. Tədbirə ekspert qismində Lalə Zöhrablı dəvət olunmuşdu. Lalə xanım bu günün tarixi haqqında tədbir iştirakçılarına məlumat verdi ki, bu tarix 1960-cı ildə Dominikan Respublikasında Rafael Trujillanin sifarişi ilə  3 fəal Mirabal bacılarını  qəddarçasına  qətlə yetirdilər.
17 dekabr 1999-cu ildə 54.134 saylı qərarı ilə BMT-nin Baş Assambleya Qadınlara qarşı zorakılıgı aradan qaldırılması üçün gün  kimi 25 noyabrı müəyyən etdi Hökumətləri, Beynəlxalq təşkilatları, QHT-ləri həmin günü problemin  ictimayyəti  məlumatlandırılması üçün fəaliyyətlərini təşkil etdi.
1981-ci ildən bəri 25 noyabr Qadın fəalların  Zorakılığa qarşı gün kimi qeyd edilir.
İstifadəçilər onları maraqlandıran suallarla muraciət etdilər.  Bir dəqiqəlik sükütla Salatın Əsgərovanı yad etdilər

Комментариев нет:

Отправить комментарий