пятница, 19 ноября 2010 г.

18 noyabr - Dünya Fəlsəfə Günüdür


18 noyabr Dünya Fəlsəfə Günü YUNESKO-nun təşəbbüsü ilə 2002-ci ildə təsis edilmişdir. Həmin vaxtdan etibarən hər il noyabr ayının üçüncü cümə axşamı günü Dünya Fəlsəfə Günü kimi qeyd edilir.
Dünya Fəlsəfə Gününün keçirilməsində əsas məqsəd hazırda baş verən qlobal sosial-mədəni dəyişikliklərin müzakirəsinin ümumi platformasını tapmaq, insanları fəlsəfi irsin qorunmasına cəlb etmək, yeni ideyalar üçün təfəkkür dairəsini genişləndirmək, vətəndaş cəmiyyətinin və mütəfəkkirlərin açıq debatlarını stimullaşdırmaqdır.
Hazırda dünyanın 70-dən çox ölkəsində bu gün YUNESKO-nun təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans və iclaslar, “dəyirmi masa” və seminarlar, fəlsəfənin aktual problemlərinə həsr olunmuş kitabların sərgisi ilə qeyd olunur.
Azərbaycan dünya elminə böyük töhfələr bəxş edən ölkələr sırasındadır. Ölkəmizdə elmin müxtəlif sahələrində, o cümlədən fəlsəfə sahəsində əhəmiyyətli nailiyyətlər qazanılmışdır. Azərbaycan elmi-fəlsəfi fikrinin dünya elminə inteqrasiyası qarşıda duran ən aktual vəzifələrdən biridir.
Hər il olduğu kimi, bu il də ölkəmizdə Dünya Fəlsəfə Günü müxtəlif tədbirlərlə qeyd olunur. Noyabrın 19-da isə bu tədbirlərin davamı olaraq, dünya alimlərinin iştirakı ilə Bakıda bu günə həsr olunan beynəlxalq elmi-praktiki konfrans keçiriləcəkdir. 

Комментариев нет:

Отправить комментарий