воскресенье, 26 февраля 2012 г.

21 fevral Beynəlxalq Ana Dili günü

21 fevral 2012-ci il tarixdə Şirvan İcma Məlumat Mərkəzində Beynəlxalq Ana Dilinə həsr olunmuş meydan tədbiri keçirimişdir. Tədbirdə çıxış edən Gültəkin Əliyeva və Şəhla Məmmədova Ana dilinin gözəliyi və millətin maddi və mənəvi irsini qorumasından söhbət açdılar.
Badam Həsənova isə  qeyd etdi ki, hər bir insan ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsinə , dünyagörüşünün genişlənməsində , mükəmməl təhsil almasında , öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.
Beynəlxalq ana dili günü 1999-cu ilin noyabrında keçirilmiş YUNESKO-nun Baş konfransının qərarı ilə elan edilmişdir.

Комментариев нет:

Отправить комментарий