среда, 18 января 2012 г.

Azadliğa aparan yol




18 Yanvar 2012-ci il tarixdə  Şirvan şəhər İcma Məlumat Mərkəzində 20 Yanvar hadisələrinin 22-ci il dönümünə həsr olunmuş Azadlığa aparan yol mövzusunda meydan tədbiri keçirilmişdir.

Meydan tədbirində 20 Yanvar şəhidi olan Elçin İmanovun kimya müəllimi Lətifə Əhmədova,  Şirvan şəhər 9 saylı məktəbin Uşaq birliyinin sədri Gülnarə Cəfərova , Mərkəzi Kitabxananın direktor müavini Vəzifə Xuduyeva, Qarabağ şəhidi Atayev Sadiqin bacısı Məmmədova Ləman , Neftçi Qadınlar Cəmiyyətinin sədri Zenfira Məmmədova və b. iştirak etdilər.
 Onlar 20 Yanvar hadisələrini Ölkəmizin azadlıq mübarizəsində böyük rol oynadığını qeyd etdilər. 20 Yanvar hadisələrində şəhid olanları yad etdilər.
20 Yanvar şəhidi Elçin İmanovun müəllimi onun haqqın öz xatirələrini danışmaqla bərabər həm indi gəncləri Elçin kimi azadlıq uğrunda mübariz olmağa səslədi. Qarabağ şəhidi Sadiq Atayevin bacısı Ləman xanım da  qardaşı haqqında öz fikirlərini bildirdi.
Meydan tədbirinin sonunda  Şirvan şəhər 9 saylı məktəbin şagirdləri Şahverdiyev Oruc, Mirzəyeva Saniyə, Qasımzadə Pəri, Sadıqova İlahə, Qocayeva Ulviyyə Şəhidlər və Vətən haqqında şerlər dedillər. 

Комментариев нет:

Отправить комментарий