среда, 1 июня 2011 г.

Uşaqları qoruyaq



1 iyun 2011-ci il tarixdə hər  yerdə olduğu kimi Şirvan İcma Məlumat Mərkəzində də  Uşaqların Beynəlxalq Müdafiə günü münasibəti ilə   Uşaqları qoruyaq adlı tədb ir keçirilmişdir. Tədbiri giriş sözü ilə Mərkəzin fəal istifadəçisi Dinarə ismayılova açmış, bu Bayram haqqında  məlumat verəndən sonra sözü təbir iştirakçılarına vermişdir.
XX əsrdə Uşaqlar daha çox təcavüzə , zorakılığa, irqi-ayrı seçkiliyə , deportasiya və soyqırımlara məruz qalmış insanlardır. Bu əsrdə baş vermiş iki dünya müharibəsi, lokal müharibələr, dini, irqi və etnik zəmində toqquşmalar, aparteid, soyqırımlar yüz minlərlə uşağı valideyin himayəsindən məhrum etmiş, onların həyatına son qoymuş, ən adi insnların hüquqları kobudcasına pozulmulmuşdur. İndi də dünyanın bir çox ölkələrində uşaqlar aclıqdan əziyyət çəkirlər. Uşaq alveri , uşaqların bədən orqanlarının çıxarılaraq satılması kimi insanlığa yaraşmayan hərəkətlər hələ də davam etməkdədir. Erməni faşistləri minlərlə azərbaycanlı uşagını xüsusi amansızlıqla qətlə yetirmuş, onlara qarşı misli görünməmiş zorakılıqlar törətmişdir.

                İşıq qəzetinin jurnalist Yaqut vafiq qızı  demişdir, Gələcəyin qurucuları olan uşaqları haqsızlıqlardan qorumaq bəşəriyyəti daim narahat edən məsələlərdəndir.  İyunun 1-ni Uşaqları Beynəlxalq Müdafiə Günü elan etmək bu zərurətdən doğmuşdur. Beynəlxalq bayramlar içərisində daha çox tarixə malik olanı da məhz bu bayramdır. Həmin günün qeyd olunması haqqında qərar Beynəlxalq Demokratik Federasiyanın 1949-cu ilin noyabrında keçirilmiş xüsusi sessiyasında qəbul olunmuşdur. Uşaqların Beynəlxalq Müdafiəsi ilk dəfə 1950-ci ilin 1 iyununda qeyd olunmuşdur. BMT bu təşəbbüsü bəyənmiş və uşaqların hüquqlarını, həyat və sağlamlıqlarını öz fəaliyyətinin prioritet  istiqamətlərdən biri kimi elan etmişdir. BMT-nin “Uşaq hüquqları haqqında Konvensiya adlı sənədi uşaqların hansı dövlətdə yaşamasından asılı olmayaraq , onların hüquqlarını tam əhatə edir.Konvensiyaya qoşulan dövlətlər onun müddəaları ilə hüquqi nöqteyi-nəzərdən razılaşdıqlarını bəyan edirlər, yəni bu müddəalardakı göstərişlərin  yerinə yetirilməsi öhdəliyini öz üzərlərinə götürürlər.Onlar bu istiqamətdə görülən tədbirlər haqqında məlumatı vaxtaşırı olaraq BMT-nin İnsan hüquqları haqqında Komitəsinə təqdim edirlər. Hazırda Konvensiyaya 189 ölkə qoşulub. Azərbaycan Respublikası bu Konvensiyanı 1992-ci ildən ratifikasiya edib.
Konfensiyanin əsas fəlsəfi ideyası uşaq şəxsiyyətidir. Konfensiyada əsas müddəa uşağın maksimum  müdafiəsi dir.Bununla yanaşı Konfensiya iştirakçı ölkələri uşaqların öz ölkəsinin sosial–siyasi həyatında  daha fəal və yaradıcı iştirakına imkan verən şəraiti yaratmağa çağırır.
Konvensiyanın mühüm prinsipi irqi ayrıseçkiliyə yol verməməkdir. Uşaqlar irqindən , dərisinin rəngindən , cinsin, mənşəyindən əmlak vəziyyətindən asılı olmayaraq öz hüquqlarından istifadə etməlidirlər.
Uşagın bütün hüquqları əhəmiyyətlidir. Bununla belə bəzi hüquqalar daha vacib hesab edilir. Bunla ilk növbədə uşağın yaşamaq hüquq , habelə bərabərlik və onun şəxsi rəyinə hörmət hüququdur.
YUNİSEF-in XXI əsr üçün gündəlik “ XXI  yüzillikdə ətraf mühit və inkişaf üzrə Qlobal Fəaliyyət  Proqramında deyilir ki “Uşaqların gələcəkdə yaşlıların qeyri –kamil dünyasının passiv qurbanları rolunu oynaması üçün onlar öz hüquqlarını bilməli gələcək üçün öz məqsədlərini başa düşməli və buna uyğun hərəkət etməlidirlər.”
Azərbaycan dövləti də bu Konvensiyadan ireli gələn ğhdəliklərin yerinə yetirilməsinə çalışır Bu sahədə əsas milli sənəd olan  “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu qəbul olunmuşdur. Hər il iyunun 1-i günü ölkəmizdə də Uşaqların Beynəlxalq Müdafiə günü kimi geniş qeyd olunur.
Tədbirdə 21 saylı məktəbdən Məhəmməd Alxaslı, Cəfərova Səidə, Quliyeva  Günay, Fətiyeva Fatimə, Heydərova Sevinc, Rəhmanova  Aysel , Şirvan Dövlət İqtsadiyyat və Humanitar Collecin tələbəri  Həsənova Şəlalə və Şərbətova Solmaz uşaqların neçə müdafiə olunduqları və onların hansı hüquqları olması haqqında öz fikirlərini bildirdilər. Tədbir http://bambuser.com/channel/Almacafarova/broadcast/1704958  vasitəsi ilə yayımlanmışdır.

Комментариев нет:

Отправить комментарий