http://bambuser.com/channel/Almacafarova/broadcast/1757092
21 iyun 2011-ci il tarixdə Şiravn İcma məlumat Mərkəzində Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq mü barizə gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə əsasən valideynlər və gənclər olmaqla 23 nəfər iştirak edirdi . Tədbiri giriş sözü ilə Yaqut Vafiq qızı açdı
Narkomaniya "ağ ölümdür" , həyatdan üz çevirməkdir. "Narkomaniya" və "ölüm"sözləri bü gün insanların təsvvüründə sinonim sözlərə çevrilib.
Müasir dövrümüzdəinsanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılmışdır. Bu bəla ilə mübarizə etmək o qədər də asan deyil. Narkotik maddə alverçiləri uşaqların çox olduğu yerlərdə olur, onlara həmin məhsulları təkilif edirlər. Pul qazanmaq naminə onlar insanları , xüsusilə uşaqları ölümə aparan bu pis vərdişə alışdırırlar.
Narkotik maddələr müxtəlif çeşidlidir. Daha çox yayılanları isə xaşxaş, tiryək , marixuana. heroin, kakoin və s-dir. Son illər kimyəvi laboratoriyalarda hazırlanan yeni sintetik nartotik maddələr meydana gəlmişdir. Bunlar xüsusilə təhlükəlidir, çünki birinci dəfədən adamı özünə alışdıra bilir. Narkotikdən asılılıq ağır xəstəliyə -narkomaniyaya gətirib çıxarır. Narkotik maddələr insan sağlamlığına bərpaedilməz ziyan vurur, fiziki qüvvələri tükəndirir, bədənin çəkisini birdən-birə azalır, ümumi zəhərlənmə baş verir.
Narkomaniya keçici xəstəliklərin sürətlə yayılmasına səbəb olur. Narkotik maddələrin bir çoxu şprislə qana ötürüldüyündən və narkoman qrupları daxilində eyni şpisdən istifadə edildiyindən narkomanlar arasında QİDS və başqa xəstəliklərə tutulmuş insanlar çoxdur.Narkotik maddə alverçiləri heroin vəkaoini yuyucu toz və ya şəkər tozu qatıb satırlar, ona görə də narkomanda şəkər diabeti tez inkişaf edir. Əgər "xalis mal" , yəni heç bir qarışığı olmayan narkotik maddə qəbul olunarsa, zəhərin güclü təsirindən o saat ölmək olar. Ən dəhşətlisi odur ki, bir neçə dəqiqə ərzində baş beyin zədələnə və bununla da yaşaya-yaşaya şikəstlik əmələ gələ bilər. Belə halda adam düşünmək, hərəkət etmək, reaksiya vermək qabiliyyətini itirir, danışmaq və müxtəlif əşyalardan istifadə etmək imkanından məhrum olur. Bu vəziyyət illərlə davam edə bilər.
Narkotik maddələrlə ticarət böyük gəlir gətirir. Milyard dollarla qazanc əldə edən cinayətkarlar üçün bacardıqca daha çox adamı "İynəyə oturmaq", daha çox gəncləri və uşaqları narkomaniyaya sövq etmək sərfəli işdir. Bir az "yüngül " narkotikdən başlayan insan tez bir zamanda çox təsiredici narkotiklərə alışır və müalicəsi mümkün olmayan xəstəliyə mübtəla olur.
Nəyə görə müasir dünyamızda narkomaniya bu qədər geniş yayıla bilmişdir, 1960-cı illərdə "gənclik inqilabı" adlanan dövrdə gənc sənət adamları arsında narkotik maddələrin qəbulu dəbə düşmüş, bu, hətta özünəməxsus həyat tərzinə çevrilmişdi. Onlar bunu ictimayyətdən gizlətmir, bəzən sənət uğurlarını narkotik maddənin qəbulu ilə əlaqələndirirdilər. Bu sənətçilərin pərəstişkarları onların həyat tərzini təqlid edərək narkotik maddə qəbul edirdilər. Bu nəsildən olan bir çoxları belə məst olmaqla günlərini , həyatlarını başa vururdular. Tanınmış adamların arasında da narkomaniyanın qurbanları olmuşdur.
o illərdən xeyli vaxt keçmişdir. Lakin narkomaniya ilə məşğul olanlar narkotiklərin insanı ağır problemlərdən xilas etməsi, həyatı daha rəgarəng , maraqlı olması haqqında xülyanı yayamaqda davam edirdilər.
Narkotik maddələrin gənc nəsillər arasında yayılması tıhlükəsini nəzərə alaraq , bir çox ölkələr "Narkotiksiz gələcək naminə " milli proqramlar qəbul edirlər. Buraya təhsil ocaqlarında , hüquq mühafizə orqanqanlarında, təşkilatlarda narkomaniyanın ziyanı haqqında maarifləndirmə kompaniyaları daxildir. Bu kompaniyalar kütləvi informasiya vasitələri, o cümlədən internet şəbəkəsi vasitəsi ilə aparılır.
Narkomaniya ilə bağlı problemləri daim ictimayyətin nəzərəti altında saxlamaq məqsədi ilə BMT iyun ayının 26-nı Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günü elan etmişdir.

Комментариев нет:
Отправить комментарий