1 Aprel Ümumdünya Gülüş günü münasibəti ilə Şirvan İcma Məlumat Mərkəzində gənclərin iştirakı ilə dəyirmi masa keçirilmişdir
Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi qeyd olunur. Böyük
Britaniyada 1 apreli "Səfehlər Günü", Fransada isə "Aprel balığı Günü" adlandırırlar. Məsələ burasındadır
ki, əvvəllər Fransada yeni il bayramı məhz aprelin 1-də qeyd olunardı. Həmin gün insanlar bir-birlərini
təbrik edər və hədiyyə olaraq təzə balıq göndərərdilər. Lakin XVI əsrdən etibarən kralın fərmanı ilə yeni
il dekabrın 31-i - yanvarın 1-i günlərində bayram edilməyə başlamışdı. Lakin "Aprel balığı Günü" də
unudulmamışdı. Həmin gün fransızların gülüş gününə çevrilmişdi.
Qədim zamanlarda bir çox ölkələrdə ildə bir dəfə - məhz aprelin 1-də "İtaətsizlik bayramı"
keçirilirdi. Həmin gün adamlar cəzasız olaraq öz hökmdarlarını lağa qoya, gündəlik davranış qaydalarını
poza bilər, öz mənfi emosiyalarını "söndürə bilərdilər". Eyni zamanda Səfehlər kralı və ya Zarafatlar kralı
təyin edər, şənlənər, lətifələr söyləyərdilər. "Səfehlər Günü"ndə maska geyinmək qayda idi. Çünki belə
etdikdə daha təhlükəsiz halda "xuliqanlıq etmək" mümkün idi.
Bizim ölkəmizdə isə bu gün daha çox insanların bir-birlərini aldatması ilə müşayiət olunur. Özü
də bundan heç kəs incimir. Amma hamı çalışır ki, aprelin 1-i günü aldanmasın. Lakin bu, çox az adamlara
müyəssər olur.
Tədbir http://bambuser.com/channel/Almacafarova/broadcast/1545662 saytında yayımlanmışdır
Комментариев нет:
Отправить комментарий