четверг, 28 апреля 2011 г.

İctimai yerlərdə mütaliə etmək diqqəti cəlb etmək üçündür yoxsa maariflənmək üçün

28 aprel 2011-ci il tarixdə Şirvan İcma Məlumat mərkəzində İctimai yerlərdə mütaliə etmək diqqəti cəlb etmək üçündür yoxsa maariflənmək üçün mövzusuna həsr olunmuş meydan tədbiri keçirilmişdir. Meydan tədbirində əsasən gənclər olmaqla 43 nəfər iştirak edirdi. İştirakçılar çox olduğu üçün meydan tədbiri mərkəzi kitabxananın oxu zalında keçirildi.

Tədbirdə iştirak edən Mərkəzi kitabxananın direktoru gəncləri salamlayaraq dedi ki, gənclər bizim  gələcəyimizdir. Onların savadlı olması , mütaliə etməyə maraqlı olması gələcəyimizin daha parlaq olmasına, ölkəmizi layiqincə təmsil etməyə yardımçı olmağa kömək edəcəkdir.

Mərkəzi kitabxananın xidmət şöbəsini müdiri Əlimusəviyu Firuzə tədbir iştirakçılarından mütaliə ilə nə dərəcədə maraqlandıqlarını sorgu vasitəsi ilə öyrəndi

14 sayli məktəbin ədəbiyyat müəlliməsi Vəzifə Əliyeva isə  hansı kitablar gəncləri cəlb etdiyini, son zamanlar hansı janrda kitablar oxuduqlarını  soruşdu

Gənclərin əksəriyyəti kitab oxuduqlarını qeyd etdilər.
Bir çox gənclər isə kitabları internet vasitəsi ilə oxuduqlarını qeyd etdilər.
Şirvan Dövlət İqtisadiyyat Humanitar collecin ingilis dili fakultəsinin tələbəsi Bahar Əliyeva dedi ki, Mən mütaliə etməyi sevirəm bəzən ele olur ki parkda oturub mütaliə edirəm. Amma kənardan baxanlar , hətta məni tanıyanlar ele düşünürlər ki, mən özümə diqqəti cəlb etmək üçün parkda əyləşib kitab oxuyuram. Mənə ele gəlir ki, bu problemlə ele mütaliə etməyi sevən oğlanlarda da rastlaşırlar. Mən heç bilmirəm ki özümü mütaliə edəndə neçə rahat hiss edim.

Şirvan Şəhər Xalq Teatrının aktyoru Elşən Məmmədov. Mən bədii qiraəti çox sevirəm . Xoşladığım şerləri qiraət etmək üçün əzbərləməliyəm. Odur ki, yanımda həmişə kitab olur. Mən də Baharın rastlaşdığı problemlə rastlaşıram bəzən rahat oturub əzbərləyə bilmirəm hətta keçən oğlanlar belə xoşa gəlməz sözlər deyirlər. Mən başa düşmürəm parkda yüksəkdən danışmaq olar, layiqsiz hərəkət etmək olar kitab oxumaq olmaz
Gənclər sogulara cavab verdilər

среда, 27 апреля 2011 г.

Pullu proqramların pulsuz alternativləri


27 aprel 2011-ci il tarixdə Şirvan İcma Məlumat Mərkəzində Pullu proqramların pulsuz alternativləri mövzusuna həsr olunmuş treninq təşkil olunmuşdur


Tədbirdə  25 nəfər olmaqla əsasən gənclər iştirak edirdilər.


Təlimçi Əli Novruzov pullu proqramların pulsuz altevnativləri olmasının üstünlükləri haqqında məlumat verdi .  İştirakçılara bu alternativlərdən istifadə etmək üçün nələri bilmək olduğunu öyrətdi.


Təlim çox maraqla qarşılandı. İştirakçılar bu mövzuda təlimin təşkili üçün İREX öz minnətdarlığını bildirdilər. Bu mövzuda təlimlərin bir daha nə vaxt keçiriləcəyi sualı ilə təlimçiyə müarciət etdilər və qeyd etdilər ki bu mövzuda təlimlərin keçirilməsi onlar üçün cox vacibdir..



пятница, 8 апреля 2011 г.

Satirik jurnallarımız bu gün


Şirvan İcma Məlumat mərkəzində Satirik jurnallarımız bu gün  mövzusuna həsr olunmuş dəyirmi masa keçirilmişdir. Dəyirmi masaya Şirvan sakini bir çox şerlərin müəllifi şair Səda Mətləb oğlu dəvət edilmişdi. İşıq jurnalının müxbiri Yaqut Vafiq qızı da tədbirdə iştirak edirdi.
                 Tədbiri giriş sözü ilə açan  şair dedi ki, Azərbaycan milli mətbuatının inkişafında ən uca zirvəni böyük demokrat , yazıçı və görkəmli ictimai xadim C. Məmmədquluzadənin (1869-1932) redaktorluğu ilə nəşr olunan “Molla Nəsrəddin “jurnalı təşkil edir.  “Molla Nəsrəddin “ jurnalı ilə Azərbaycan milli satirik jurnalının əsası  qoyulmuşdur.
                1906-cı il aprelin 7-də ( köhnə təqvimlə 20-də ) Azərbaycan mətbuatı tarixində ən önəmli hadisələrdən olan “Molla Nəsrəddin “ adlı həftəlik  satirik jurnalı Tiflisdə işıq üzü görmüşdür. Daima məhrumiyyətlərlə və çətinliklərlə üzləşən , çar senzurası tərəfindən təqib olunan jurnal 1906-1918-ci illərdə Tiflisdə,  1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə  Bakıda nəşr edilib. Redaktoru vəəllifi Cəlil Məmmədquluzadə olub. 25 il ərzində 748 nömrəsi ( 340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda ) çap olunmuşdur.
                Azərbaycan ədəbiyyatında böyük bir məktəb yaratmış “Molla Nəsrəddin jurnalı , eyni zamanda təsviri sənətimizdə də yeni bir məktəbin yaranmasına səbəb oldu. Bilavasitə  “Molla  Nəsrəddin “in təsiri nəticəsində Bakıda Azərbaycan dilində  “Bəhlul” (1907), “Zənbur”( 1910-1911)ç “Kəlniyyət”
(1912-1913), “L
ək-Lək” (1914), “Tuti” (1914-1917), “Məzəli” (1914-1915), “Babayi-Əmir” (1915-1916), “Tartan-partan”(1918), “Şeypur” (1918-1919), “Məşəl” (1919-1920) kimi illüstrasiyalı jurnallarla yanşı bu dövrdə  Azərbaycanda  rus dilində çoxsaylı satirik məcmuələr “Cigit” ( 1907-1918), “Vay-vay”  “ Bakinskie streli “ (1910), “Baraban” (1912-1913) və digərləri  nəşr olunurdu. Daha uzun ömürlü olan “Molla Nəsrəddin” jurnalı müəyyən fasilələrlə  1931-ci ilə qədər dərc olundu.
                Bu mübariz jurnal  Azərbaycan milli istiqlalına mütəşəkkil, nizamlı bir ordudan artıq xidmət göstərmişdir. Molla Nəsrəddin “ jurnalı Azərbaycan xalqının  milli dirçəliş ideyalarından  və səfərbərlik ruhundan yoğrulmuş mənalı bir istiqlal kitabıdır. Həftədə bir dəfə nəşr olunan  bu jurnal rəngli və şəkilli satura jurnalı idi. Onun səhifələrində ictimai bəlaların tənqid və ifşası əsas yer tuturdu. Hər sayı 8 səhifə olan olan jurnalda rəngli karikaturalara geniş yer verilirdi. Nasirlər  cəmiyyətdəki kəsirləri açıb göstərməklə doğma xalqın ictimai-siyasi şüurunu inkişaf etdirmək , onu dünyanın ən qabaqcıl , mədəni xalqları sırasına çıxarmaq istəyirdilər. Bunlardan başqa jurnalın səhifələrində gülməli xəbərlər, məktublar, elanlar, atalar sözləri, məsəllər, atmacalar  geniş  yer tuturdu.
 “Molla Nəsrəddin “Azərbaycan xalqının  mütərəqqi qüvvələrini, demokratik düşüncəli  insanlarını öz ətrafında toplaya bilmişdi.  Jurnalda Ömər Faiq  Nemanzadə , Mirzə Ələkbər Sabir,Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadı,  Mirzəli Möçüz və başqa şair , yazıçı və Jurnalistlər, o cümlədən O. Şmerlinq, İ. Rotter, Əzim Əzimzadə kimi rəssamlar fəaliyyət göstərirdilər.
Səhifələrində beynəlxalq hadisələrə, imperialist dövlətlərin müstəmləkəçilik siyasətinin tənqidinə, Şərq xalqlarının azadlıq uğrunda mübarizəsinə geniş yer verən  “Molla Nəsrəddin” jurnalının şöhrəti  Rusiyanın , Qafqazın, Orta Asiyanın hər yerinə Yayılmış, türk müsəlman xalqlarının ictimai-siyasi inkişafında  əhəmiyyətli rol oynamışdır. Jurnal İran , Türkiyə, Misir, Hindistan, Mərakeş kimi ölkələrə də yayılaraq oradakı xalqların sosial-mədəni tərəqqisinə xeyirli təsir göstərmişdir.
Jurnalist Yaqut Vafiq qızı isə dedi ki, Yeni mərhələ və yenidən tanışlıq bir daha göstərir ki, “ Molla Nəsrəddin “jurnalı təkcə öz dövründə deyil , bütün zamanlar üçün aktual və müasirdir.
Tədbirdə iştirakçılar satiranın güclü silah olduğunu qeyd etdilər.
Tədbir iştirakçıları onu da qeyd etdilər ki indi satirik jurnalların yayılması o qədər də qənaətbəxş deyil. Tədbir iştirakçıları arasında  müasir dövrdə hansı satirik jurnalların çap olunduğunu və yayıldığı haqqında sorğu keçirildi. Sorğuların cavablandırılmasında iştirakçılar  çətinlik çəkdilər.
Sonda Səda Mətləb oğlunun şerləri səsləndi.

Ümumdunya sağlamlıq günü


6 Aprel 2011-ci il tarixdə Şirvan İcma Məlumat mərkəzində Sağlamlığımızı sağlam olarkən qoruyaq mövzusuna həsr olunmuş diskusiya keçirildi. Diskusiyada 12 nəfər olmaqla əsasən gənclər iştirak edirdi. Diskusiyanı girış sözü ilə xəstəxananın həkimi Mehri İmanova açaraq qeyd etdi ki, Bu gün cəmiyyətib bütün qrupları iqlim dəyişiklərinin , qeyri-sabitliyin və kəskin hava şəraitinin təsirinə məruz qalır. İnsan sağlamlığına olan təsirlər artıq Ümumdünya Səhiyyə təşkilatının Avropa Regionunda müşahidə olunmuşdur.12  Avropa  ölkəsindən alınmış  məlumatlara əsasən 2003-cü ilin yayında havaların həddindən artıq isti keçməsi nəticəsində 70 000 nəfərdən artıq adam ölmüşdür. Müqayisə üçün qeyd etmək lazımdır ki, ötən beş il ərzində yalnız bir həyəcan doğrucu hal baş vermişdir.
Tədbir iştirakçısı Nailə Cəfərova isə 7 aprel Ümumdünya Sağlamlıq gününün tarixi barədə danışaraq  dedi ki, 1948-ci birinci Ümumdünya Səhiyyə Assambleyası Ümumdünya Səhiyyə Təşkilatının yaradılmasını qeyd etmək üçün Ümumdünya Sağlamlıq günün təsis edilməsi təşəbbüsü ilə çıxış etdi. 1950-ci ildən başlayaraq Ümumdünya Sağlamlıq günü hər il 7 aprel tarixində qeyd edilir.
Hər il Ümumdünya Sağlamlıq Gününün mövzusu  Ümumdünya Səhiyyə Təşkilatı üçün prioriet sayılan bir problemi diqqət mərkəzinə gətirir.  Ümumdünya Sağlamlıq Günü diqqəti səhiyyə sahəsində beynəlxalq ictimaiyyətə təsir göstərən başlıca problemlərə yönətmək üçün dünya səviyyəsində bir imkandır. Ümumdünya Sağlamlıq Günü 7 apreldən sonra  belə davam edən uzunmüddətli ictimai maarifləndirmə proqramlarının başlanması ilə səciyyələnir.
Ümumdünya Səhiyyə Təşkilatı Birləşmiş Millətlər Təşkilatının səhiyyə məsələləri üzrə ixtisaslaşmış agentliyidir. ÜST-ün Nizamnaməsində müəyyən olunduğu kimi ,  onun əsas məqsədi bütün insanların mümkün ola biləcək ən yüksək sağlamlıq səviyyəsinə nail olmalarını təmin etməkdir. Sağlamlıq ÜST-ün Nizamnaməsində yalnız xəstəliklərin , yaxud fiziki qüsurların olmamağı ilə deyil, tam fiziki, psixi və sosial sağlamlıq vəziyyəti kimi müəyyən olunur.
ÜST ozünü ümumdünya Səhiyyə Assambleyası vasitəsilə 193 üzv dövlət tərəfindən idarə olunur. Bu Assambleya  ÜST-ə üzv dövlətlərdən olan nümayəndələrdən ibarətdir. Ümumdünya Səhiyyə Assambleyasının əsas vəzifəsi ÜST-ün proqramı və növbəti ikiillik müddət üzrə büdcənin təsdiqi və siyasət məsələləri üzrə qərarların qəbul edilməsidir.
Tədbir iştirakçısı İbrahim Məmmədov sağlam olmaq üçün ekologiyanı qorumaq lazım olduğunu və sağlam qidalanmaq labudlüyünü qeyd etdi.
Tədbirdə iştirakçıları sağlamlığa təsir edən amillərdən biri də insanların son zamanlar aqresiv olmasının  və əsəb gərginliyinin olması hallarını qeyd etdilər. 

понедельник, 4 апреля 2011 г.

Beynəlxalq uşaq kitabı günü


5 aprel 2011-ci il tariixdə Şirvan İcma Məlumat Mərkəzində Milli uşaq ədəbiyyatının bu günki vəziyyəti mövzusuna həsr olunmuş meydan tədbiri keçirilmişdir. Tədbirdə 25 nəfər olmaqla əsasən kitabxanaçılar, müəllimlər, uşaqlar, və jurnalistlər iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan mərkəz administratoru qeyd etdi ki, 1953-cü ildən etibarən uşaq ədəbiyyatının inkişafındakı xidmətlərinə görə məşhur nağılçı Hans Xristian Andersenin doğum günü uşaq kitabı günü kimi qeyd olunur. Hər il bu günün qeyd edilməsində məqsəd cəmiyyətin diqqətini uşaq ədəbiyyatına , onun problemlərinə cəlb etməkdir.

Amma nədənsə , uşaq ədədbiyyatı sahəsində problemlərin günbəgün artdığı bir vaxtda ölkəmizdə 2 aprel xüsusi gün kimi qeyd olunmur. Kitab mağazalarında əcnəbi uşaq ədəbiyyatı kifayət qədərdir.Milli ədəbiyyata dair nümunələr isə o qədər çox deyil. Bununla belə uşaqların kitaba marağı azalmayıb. Amma onlar çox vaxt axtardıqlarını tapmırlar. Psixoloqlar uşaqların kitaba marağını artırmaq üçün  rəng və tərtibat seçiminə ciddi önəm verməyi tövsiyə edirlər. Mağazalarda rast gəldiyimiz əcnəbi nəşrlər nəinki azyaşlıların , hətta böyüklərin diqqətini çəkəcək qədər nəfis tərtibata malikdir.

Mərkəzi kitabxanın metodika şöbəsinin müdiri Şəfəq Səlimova qeyd etdi ki, mən bilavasitə uşaqlarla işləməsəm də  uşaqlar üçün milli dildə  çap olunan ədəbiyyatın  sayının artmasına təsadüf olunur. Amma uşaqlar üçün Milli ədəbiyyat qıtlığı kitabxanalara da təsir edir. Xüsusən uşaq kitabxanalarına müraciət edən uşaq oxucularımızın tələbatını kitabxananın fondunun milli ədəbiyyatla komplektləşdirilməsi qarşıda duran başlıca problemlərdəndir.

Mərkəzi kitabxananın komplekləşdirmə şöbəsinin müdiri  Dilbər Əsədova dedi ki, Uşaq üçün yazıb yaradan qələm əhli gənc nəsli uşaq ədəbiyyatına marağı artmağa çağırır.  Almaniyalı pedaqoqlar deyir ki, nağıllara inamın öldüyü gün uşaqların inkişafı dayanacaq. Bu inamı yaşatmaq üçün isə uşaq ədəbiyyatının nəşrini gücləndirmək, səmərəli təcrübələrdən yararlanmaq gərəkdir.

Tədbir iştirakçısı valideyn Firəngiz Həmidova isə qeyd etdi ki , Mən uşaq olanda uşaq baxçasında müəllimələr bizim üçün nagıllar oxuyardı. İndi mənim iki uşağım baxçaya gedir. Müəllimələr ancaq onlara müxtəlif uşaq şerlərindən parcalar verir ki, evdə valideynləriniz əzbərlətsin. Uşaq kitabları şəkillərlə bəzədilməlidir ki, uşaqları özünə cəlb etsin.

Rəssam Nəzakət Allahverdiyeva Bu gün milli uşaq kitabları haqqında danışarkən onu qeyd etmək lazımdır ki, tərtibat o qədər də yaxşı deyil. Uşaqları cəlb edən tərtibatda kitablar çap etmirlər.

Uşaq kitabxanasının kitabxanaçısı  Mətanət Zərbəliyeva  isə qeyd etdi ki, Son zamanlar milli uşaq ədəbiyyatları  çap olunur amma kitabxanalara nüxsələr az verilir. Çirvan şəhərində əksər ailələr azərbaycan dilində danışdığı üçün milli dildə olan uşaq ədəbiyyatına təlabat böyükdür. 10 dəfə istifadədən sonra kitablar yararsız hala düşür. Azərbaycan Nagılları hər nağıl ayriliqda və şəkillərlə tərtib olunsa çox yaxşı olar.

Mehriban Alxaslı isə qeyd etdi ki, Uşaq kitabxanaları üzrə metodiki mərkəz olan Köçərli adına kitabxana  Göy qurşağı adında jurnal çap edir və Respublikada olan bütün uşaq Kitabxanalarına bu vəsaiti göndərirlər. Bu da Uşaqların böyük marağına səbəb olur.

İşıq qəzetinin müxbiri Yaqut Vafiq qızı isə qeyd etdi ki, Uşaqlar üçün layihələr hazırlanıb həyata kemçirilsə çox yaxşı olar. Bizim Şirvan şəhərində 2 uşaq kitabxanası var ki onların oxu zalları yoxdur. Uşaq mərkəzləri olsa, bu mərkəzlər uşaqların zövqlərini oxşasa uşaqların niyə mütaliəyə marağının olmadığından şikayətlənmərik.

пятница, 1 апреля 2011 г.

Ümumdünya gülüş günü

1 Aprel Ümumdünya Gülüş günü münasibəti ilə Şirvan İcma Məlumat Mərkəzində gənclərin iştirakı ilə dəyirmi masa keçirilmişdir

Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi qeyd olunur. Böyük

Britaniyada 1 apreli "Səfehlər Günü", Fransada isə "Aprel balığı Günü" adlandırırlar. Məsələ burasındadır

ki, əvvəllər Fransada yeni il bayramı məhz aprelin 1-də qeyd olunardı. Həmin gün insanlar bir-birlərini

təbrik edər və hədiyyə olaraq təzə balıq göndərərdilər. Lakin XVI əsrdən etibarən kralın fərmanı ilə yeni

il dekabrın 31-i - yanvarın 1-i günlərində bayram edilməyə başlamışdı. Lakin "Aprel balığı Günü" də

unudulmamışdı. Həmin gün fransızların gülüş gününə çevrilmişdi.

Qədim zamanlarda bir çox ölkələrdə ildə bir dəfə - məhz aprelin 1-də "İtaətsizlik bayramı"

keçirilirdi. Həmin gün adamlar cəzasız olaraq öz hökmdarlarını lağa qoya, gündəlik davranış qaydalarını

poza bilər, öz mənfi emosiyalarını "söndürə bilərdilər". Eyni zamanda Səfehlər kralı və ya Zarafatlar kralı

təyin edər, şənlənər, lətifələr söyləyərdilər. "Səfehlər Günü"ndə maska geyinmək qayda idi. Çünki belə

etdikdə daha təhlükəsiz halda "xuliqanlıq etmək" mümkün idi.

Bizim ölkəmizdə isə bu gün daha çox insanların bir-birlərini aldatması ilə müşayiət olunur. Özü

də bundan heç kəs incimir. Amma hamı çalışır ki, aprelin 1-i günü aldanmasın. Lakin bu, çox az adamlara

müyəssər olur.