9.02.2011-ci il tarixdə Şirvan İcma Məlumat Mərkəzində Beynəlxalq Stomatoloqlar gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə nəfər olmaqla qadın və kişi iştirak edirdi.
Tədbirə ekspert qismində Mərkəzi Xəstəxananın stomatoloqu Aynur Nəsirova dəvət edilmişdi.
Tədbirə giriş sözü ilə başlayan Aynur xanım stomatologiya haqqında tədbir iştirakçılarına məlumat verərək bildirdi ki, insanlar gərək uşaq yaşlarında öz sağlamlıqları qayğısına qalsınlar. Ağız boşluğunda və dişlərdə olan problemlər insanın bütün orqanizmlərinin sıradan çıxmasına səbəb olur. Çox vaxt insanlar ağız boşluğunda olan problemlərə əhəmiyyət vermir. Kiçik yaşlarından başlayaraq hamı öz dişlərinin və ağız boşluğunun sağlamlığına fikir verməlidir.
Həkim stomatoloq ağız boşluğunda və dişlərdə olan xəstəliklər haqqında məlumat verdi və onların müalicəsi haqqında da istifadəçilərə ətraflı məlumat verdi
Tədbir iştirakçısı Nəsibə Təhməzova diş ətinin qanamasından əziyyət çəkdiyini dedi və bu problemi aradan qaldırmaq üçün məsləhətlər aldı
İştirakçılar ağız boşluğu və dişlərdə olan xəstəlikləri barədə məlumat verərək onların müalicəsi haqqında məlumatlar aldılar
Fidan Əhədova qeyd etdi ki, bu cür maarifləndirici tədbirlərin keçirilməsi çox faydalıdır. Bu tədbiri təşkil etdiyinə görə Şirvan İcma Məlumat Mərkəzinə və həkim stomatoloq Aynur Nəsirovaya öz təşəkkürümü bildirirəm.
Комментариев нет:
Отправить комментарий