10 dekabr 2010-cu ildə Şirvan İcma Məlumat mərkəzində İnsan Hüquqları gününə həsr olunmuş məlumatlandırıcı tədbir keçirildi. Tədbirdə gənclər, tələbələr, qadınlar və QHT nümayəndələri iştirak edirdi. Tədbiri giriş hissəsində Mərkəzi kitabxananın xidmət şöbəsinin işçisi Xuduyeva Vəzifə bu günün tarixi haqaında məlumat verdi.1948-ci il dkabrın 10-da BMT Baş Məclisi " İnsan Hüquqları haqqında Ümumi Bəyannamə" qəbul etdi. Bu sənədin qəbul edilməsində məqsəd insan hüquqlarını və bütün ölkələrin əməl etməli olduqları normaları müəyyən etmək idi. " Bəyannamə"ni qısa bir müddətdə dünya ölkələrinin böyük əksəriyyəti, hətta ən qəddar diktaturalar belə imzalamışdılar.
"İnsan Hüquqları haqqında Ümumi Bəyannamə" müxtəlif sosial -iqtisadi quruluşu dövlətlərin insan hüquqlarının müdafiəsi sahəsində əməkdaşlıq inkanlarını nümayiş etdirmiş mühüm beynəlxalq sənəddir . O, dünya dövlətlərinin konstitusiya və qanunlarına öz müsbət təsirini göstərir. Dünya xalqları " Bəyannamə"nin müddəalarından öz hüquqları, sülh, demokratiya və tərəqqi uğrunda mübarizədə istifadə edirlər.
"Soyuq müharibə illərində sosialist bloku və Qərb demokratiyası arasında qarşıdurma güclənmişdi. Mübarizə aparan ölkələr insan hüquqları və azadlıqları barədə müxtəlif mövqelərdə dururdular. Qərb demokratiyaları insanın mülki və siyasi hüquqlarının ( söz, fikir azadlığı , siyasi plüralizm , ölkədən sərbəst getmk və yenidən qayıtmaq vəs) zəruriliyini təkidlə irəli sürür, sisialist ölkələri isə iqtisadi və sosial hüquqlarının vacibliyini qabardırdılar.
1966-ci ildə qızğın gedən müzakirələrdən sonra iki sənəd -Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və iqtisadi , Sisial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt qəbul edildi.
Dünya ictimaiyyəti tərəfindən tanınan yeni növ insan hüquqlarının siyahısı ilbəli artır. Bu gün dünya artıq insanın ekoloji hüququnu tanlımaqdadır, gələcək nəsillərin ləyaqətlə və layiqincə yaşamaq hüququ müzakirə edilir. Bu günə qədər insan hüquqları üzrə yeni-yeni sənədlər hazırlanır və qəbul edilir.
Müasir dünyada insan hüquqları daha geniş bir anlayışdır və aşağıdakıları əhatə edir
Hər bir ayrı-seçkilikdən azadlıq, o cümlədən irqi, cinsi, milli, yaxud dini ayrı-seçkilikdən azadlıq
Qorxudan azadlıq şəxsi təhlükəsizlik üçün qorxudan səbəbsiz azadlıqdan məhrum edilməkdən , işgəncə və digər zorakılıqdan azadlıq
Fikir və söz azadlığı, qərar qəbul etmə prosesində iştirak və birliklər yaratmaq hüququ
Yoxsulluqdan azadlıq, layiqli həyat sürmək hüququ
insan potensialının inkişafı və onu həyata keçirmk üçün azadlıq
Ədalətsizlikdən və qanun qanun pozuntusu ilə rastlaşmaqdan azadlıq
İstismar olunmadan layiqli işləmək hüququ
İnsan hüquqlarının qorunmasının əhəmiyyəti o qədər böyükdür ki, BMT Baş Məclisi 1950-ci ildə bütün dövlətlərə və maraqlı təşkilatlara dekabrın 10-u gününü İnsan Hüquqları Günü kimi qeyd etməyi tövsiyyə etmişdir.
Sonra sözü Gender Bərabərliyi və Qadın Hüquqları İctimai birliyinin sədri Nəzakət Səmədova öz hüquqlarımızı yaxçı bilməyin əhəmiyyətindən , insanların öz hüquqlarını az bilməsi ucundan problemlərlə rastlaşmasından bəhs edildi.
Tədbirdə bildirildi ki, sosial şəbəkədən istifadə eədənlər birbaşa olaraq Amerika Hüquqşünaslar Assosiasiyasının əməkdaşları ilə birbaşa əlaqə saxlayıb öz suallarını verə bilərlər.
Tədbir çox maraqla qarşılandı və bambuser.com saytında yayımlandı
Комментариев нет:
Отправить комментарий