9 dekabr 2010-cu il tarixdə Salyan rayon Mərkəzi kitabxanasında Mədəniyyət və Turizm şöbəsinin İnformasiya Texnologiyalarının mədəniyyət müəssisələrində inkişaf etdirilməsinə həsr olunmuş zonalararası müşavirə təşkil olunmuşdu.
Müşavirəni giriş sözü ilə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı açaraq bildirdi ki, XXI əsrdə yeni informasiya texnologiyalarından istifadə etmədən inkişafdan söhbət etmək olmaz. O, bildirdi ki, nazirlik Mədəniyyət və Turizm portalı yaratmagı nəzərdə tutur. Bu portala regionda olan madəniyyət xəbərləri də yerləşdiriləcək. Bütün bunlar infirmasiyanı əhaliyə daha tez çatdırmağa xidmət edəcək və regionda olan hadisələr haqqında hamı xəbər tutacaq.
O nazirliyin 147 nömrəli qaynar xətt yaradıldığını qeyd etdi. Bu da istənilən şəxsin bu xəttin xidmətindən istifadə edərək müəyyən informasiya ala bilməsinə və hər hansı bir şəxs korrupsiya ilə rastlaşarsa bu xətt vasitəsi ilə bildirmək imkanı olduğunu qeyd etdi.
Комментариев нет:
Отправить комментарий