четверг, 21 июля 2011 г.

MIlli mətbuatımız bu gün


21 iyul 2011-ci il tarixdə Şirvan İcma Məlumat Mərkəzində Milli Mətbuat günü münasibəti ilə "Milli mətbuatımız bu gün " mövzusuna həsr olunmuş meydan tədbiri keçirilmişdir. Tədbirdə 30 nəfər iştirakçı olmaqla jurnalistlər, kitabxanaçılar, müəllimlər və tələbələr iştirak edirdi.
Tədbirə ekspert qismində "İşıq" və Zaman qəzetlərində müstəqil müxbir işləyən Yaqut Vafiq qızı, "Bizim Vətən" qəzetindən Mirhüseyn Nağıyev , "Təzadlar" qəzetindən  Fərhad Səlimov," Sahibkarlıq və hüquq" qəzetindən Qaşay Həsənov dəvət edilmişdi.
Tədbiri giriş sözü ilə aşan Yaqut Vafiq qızı bu gün haqqında məlumat verərək dedi ki, 
Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. Böyük çətinliklərdən sonra o, Bakıda ana dilində “Əkinçi”qəzetinin nəşr edilməsi  üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı. “Əkinşı” qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmüşdu, 1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü.
“Əkinçi” qəzeti xalqımızın milli oyanışında , milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır. Qəzetin mütərəqqi ideyaları Rusiya hakim dairələrini narahat etmiş və iki il sonra qəzet bağlanmışdı.
Azərbaycan mətbuatının ilk müjdəçisi “Əkinçi”dən sonra bu sahədə xeyli irəliləyişlər olmuşdu. XIX əsrin sonlarında “Ziya”, ( 1879), “Kəşkül”(1880), “Kaspi”(80-90-cı illər) qəzetləri nəşrə başlamışdı.
XX əsrin əvvəlində C.Məmmədquluzadə, M.Şahtaxtinski, S. Hüseyn, Ö. Faiq Nemanzadə, Ü.Hacıbəyov və başqaları yeni demokratik mətbuatin yaranması uğrunda mübarizə apardılar. Bu gərgin mübarizə öz nəticəsini verdi “Şərqi Rus” (1903) “Həyat”(1905)  “Açıq söz” (1915) “Azərbaycan” (1918) kimi demokratik ruhlu , milli qayəli qəzetlər meydana şıxdı. 1906-cı ildə”Molla Nəsrəddin” jurnalının nəşrə başlanması ilə Azərbaycan mətbuatında siyasi satiranın əsasını qoyuldu. Redaktoru Xədicə xanım Əlibəyova olan “İşıq” jurnalının bütün əməkdaşları qadınlarından ibarət idi
     Sovet hakimiyyəti dövründə bütün sovet respublikalarında olduğu kimi Azərbaycanda da mətbuat sovet ideologiyasısının rupporuna çevrilmişdi . Azad və demokratik mətbuatdan söhbət gedə bilməzdi. Yalnız bolşevik rejiminin,kommunist ideyasının təbliği məşğul olan qəzet və jurnalların nəşr olunurdu. Mətbuat üzərində ciddi senzyra hökm sürürdü. Kommunist Partiyasının oqranı olan “Pravda”( bu qəzetin tərcüməsi Həqiqət olsa da, səhifələri qərb demokratiyasına qarşı iftiralarla, ictimai və iqtisadi-siyasi həyatın müxtəlif sahələrinə aid yalan informasiyalarla dolu idi) qəzetinin ilk nömrəsinin çapdan çixdığı gün- 5 May Mətbuat Günü  qeyd olunurdu.
Azərbayca öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan- qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əkinci” qəzetinin nəşrə başladığı gün – 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başladı.
1991-ci il iyulun 5-dən Azərbaycanın ilk mətbu orqanı «Əkinçi» qəzetinin nəşrə başladığı gün - iyulun 22-si ölkə jurnalistlərinin peşə bayramı kimi qeyd edilir.

Maarifçilik hərəkatının görkəmli xadimlərindən olan Həsən bəy Zərdabi 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində Azərbaycan dilində «Əkinçi» qəzetinin nəşrinə nail olur. Bununla da milli mətbuatın əsası qoyulur. 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən qəzet ayda iki dəfə 300-400 tirajla nəşr olunurdu. Bu illər ərzində qəzetin 56 nömrəsi çıxıb.

1991-ci ildə Azərbaycanın müstəqillik əldə etməsi mətbuatın inkişafına da təsir etdi. Əsası Nəcəf Nəcəfov tərəfindən qoyulan «Azadlıq», eyni zamanda «Azərbaycan», «Odlar Yurdu» və s. kimi qəzetlər ictimai fikrin formalaşmasına ciddi təsir göstərdi. Hazırda ölkədə çoxlu sayda qəzet və jurnal nəşr olunur. Beynəlxalq təşkilatlar Azərbaycan jurnalistlərinin əsas problemi kimi «Diffamasiya haqqında» qanunun qəbul edilməməsini, media işçilərinin hökumət tərəfindən təqiblərə məruz qaldığını, informasiya əldə etmək hüquqlarının pozulmasını və s.-ni göstərir.
 Sonra jurnalistlər və iştirakçılar arasında müzakirələr başladı.
Tədbir http://bambuser.com/channel/Almacafarova/broadcast/1835264  saytı ilə birbaşa yayımlandığı üçün Tovuz, Quba, Mingəçevir İcma Məlumat Mərkəzlərindən də tədbirə qoşuldular
Mətbuat xalqin səviyyesine enməlidir yoxsa xalqı öz səviyyəsinə qaldırmalıdır? Bu gün Azərbaycan mətbuatı bunlardan hansının təmsilçisidir?
.Mətbuat gücdür. Azərbaycan mətbuatında bu gücü görmürük. Onda bizi şəxsi mənafeyinə xidmət edən qrup və ya qorxaq adlandırmaq olarmı?
.Bu günlərdə Rusiya prezidenti mətbuata dövlət dotasiyalarının ləğv olunmasına qərar verdi və bununla mətbuatın dövlətdən asılılığına son qoydu. Azərbaycanda isə ildən ilə mətbuata dəstək çoxalır. Bunu necə qiymətləndirirsiniz?
 Tam səmimi istəyirəm bilim. Hər hansisa yazını yazmamaq üçün və ya yaxşı tərif yazdiginiza görə sizə rüşvət və ya "hörmət" təkilf ediblərmi?
Mətbuat bu gün azad fəaliyyət göstərə bilirmi?
 Hər kitab yazana yaziçi demək olarmi?
 Mətbuat işçileri jurnalist etikasına riayət edirlərmi?

вторник, 19 июля 2011 г.

ABA CEELI-nin Bakı ofisinin “Səyyar hüquqşünaslar” proqramı çərçivəsində 19iyul 2011-ci il tarixdə saat 10.00-16.00 kimi Şirvan şəhərində növbəti görüş olub. Görüş İREX-in Şirvan İcma Məlumat Mərkəzində baş tutub. Görüşdə 21 nəfər olmaqla müxtəlif təbəqələrdən olan insanlar iştirak edib

Görüşdə ABA CEELİ-nin əməkdaşı Pərviz Abbasov ABA CEELİ-nin “Səyyar hüquqşünaslar” proqramı haqqında məlumat verdi və iştirakçılardan pulsuz hüquqi yardım haradan almaları barədə suallar verdi. İştirakçılar pulsuz hüquqi yardımı İREX mərkəzindən ABA CEELİ-dən aldıqlarını bildirdilər. 

    Görüşdə ABA CEELİ-nin əməkdaşı Pərviz Abbasov, ABŞ-dan gəlmiş könüllü interna keçən Geoff Shaw, eləcə də İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsi İctimai Birliyinin Hüquqi Yardım Mərkəzinin əməkdaşı vəkil Camalzadə Şəfa və təşkilatda könüllü interna keçən Məmmədova Lamiyə iştirak etdilər


Görüş zamanı 13 şəxsə hüquqi yardım göstərilmiş , lazımı məsləhətlər verilmişdir. Müraciətlər , əsasən, mülki xarakterli olmuş, ünvanlı sosial yardımın alınması , vərəsəlik və torpaq mübahisələrini əhatə etmişdir.

вторник, 28 июня 2011 г.

Səməd Vurğun küçəsində nələr baş verir

Şirvan şəhəri 2 hissədən ibarətdir -Köhnə şəhər və Təzə şəhər.
Səməd Vurğun küçəsi Təzə şəhərdə ən köhnə məhəllələrdən biridir. Burada insanlar Keçən əsrin 50-ci illərin sonu və 60-ci illərin əvvəllərində məşkunlaşıblar. Bu məhəllədə hamı bir-birini tanıyır və hörmət edir. Amma son ayda dəfələrlə baş verən hadisələr bu küçə haqqında yaxşı fikirləşmək üçün adamı bir az düşünməyə sövq edir
Son bir ay ərzində bir məhəllədə 3 kriminal hadisəsi qeydə alınıb.
Ailədə ər  həyat yoldaşının başını kəsmişdir. Qadının öldüyünü zənn edən kişi evdən çıxmışdır. Qadın özünə gəlib balkona çıxmış, onun  köməyinə qonşular gəlmiş və  qadını xəstəxana çatdırmiışlar. Hal hazırda qadın xəstəxanadadır.
İkinci hadisə gecə yarısı  yaşayış binasının həyətində saxlanılan Juquli markalı maşının akkumliyatorunu ogurladılar. Bu haqda polisə xəbər verildi. Polis operativ ishləyərək həmin günü akkumlyator ogrularını tapdı
Üçünçü hadisə Saxta pul gəzdirən gənclər sahibkar qadına hücüm edib həm onu döymuş həm də əlindəki pulları alıb qaçmışlar.
Keçən il isə bu məhhəllədə yeniyetmə qız 2 gənc oğlana bıçaqla xəsarət yetirmişdir.
Görəsən bütün məhəllələr eyni problem yaşayırlar
Belə vəziyyətlər azalsın deyə görəsən hansı təbirləri görmək lazımdır?
Görəsən bu məhəllədə nələr baş verir? Ya bütün məhəllələr bu gündədir.

воскресенье, 26 июня 2011 г.

Saxta pul gəzdirənlərdən ehtiyatlı olun


26 iyun 2011-ci il tarixdə günorta radələrində Şirvan şəhər Səməd Vurğun küçəsində sahibkar Yaqut xanıma öz mağazasında  saxta pul gəzdirən 3 nəfər gənc   hücüm etmişdir. Günorta günün qizmar vaxtını olduğunu, bu vaxt şəhər sakinlərinin ən vacib hallarda küçəyə çixdıgını  bilən bu gənclər sakitlikdən istifadə edərək Yaqut xanımın magazasına daxil olmuş , ondan alış veriş edərək  50 manatlıq əskinaz uzadaraq pulun qalığını istəmişlər . Yaqut xanım 50 manata xirdalayaraq pulu alanda 50 manatin saxta olduğunu başa düşmüş və gənclərə bildirmişdir ki, pul saxta olduğu üçün qəbul edə bilməyəcək. Bundan təşvişə düşən gənclər Yaqut xanıma baş nahiyəsindən zərbələr endirmiş əlindəki pulları da alaraq və öz saxta pullarını da götürərək aradan çıxmışlar. Özünə gələn kimi sahibkar qadın  haray salmışdır. Səsinə Bütün məhəllədə yaşayan sakınlər gəlmiş və polisə xəbər vermişlər.  Bu hadisə barəsində cinayət hadisə işi  qaldırılmışdır. Artıq bu gənclər axtarışdadır.  Qeyd etmək lazımdır ki bir neçə il bundan əvvəl də Şirvan şəhərində saxta pul kəsən cinayətkar qrup aşkarlanmış və azadlıqdan məhrum edilmişlər.
Onu da qeyd etmək lazımdır 27 iyun 2011-ci il tarixdə  Yaqut xanımın oğlunu toyudur. Bəziləri belə mülahizə yürüdürlər ki, toy qabağı bəlkə də qanqaraçılığı salmaqdan ötrü bu hadisə törədilmişdir. Hər 2 halda  əgər belədirsə  saxta pul bu gənclərdə haradandır? 

Tanıdım səni Şirvan şəhərində

25 İyun 2011-ci il tarixdə Azad Azərbaycan televiziyasında yayımlanan  Tanıdım səni  Şirvan şəhərinin qonağı olmuşdur. Şirvan şəhərinin mərkəzi meydanında qurulan kameralar şəhərdən və qonçu regionlardan olan istedadlı gənclərin seçimi ilə məşğul oldular.   Arzu edirik ki, bu seçimdə istedadlı gənclər tanınsın.

четверг, 23 июня 2011 г.

Ürəyimizə yaxın şerlər

23.06.2011-ci il tarixdə Şirvan İcma Məlumat Mərkəzində Ürəyimizə Yaxın şerlər mövzusuna həsr olunmuş Tədbir keçirilmişdir
Tədbirdə Şirvan şəhərində yaşayan Divanə Ozan təxəllüsü ilə yazan şair  Divanə  Ozan və Yaqut Vafiq qızı öz şerlərini səsləndirmişdir. Gənclər  ürəklərinə yaxın olan , xoşladıqları mövzuda şerlər səsləndirdilər. Tədbir  saytda da birbaşa yayımlanmışdır

  • http://bambuser.com/channel/Almacafarova/broadcast/1761953
  • http://bambuser.com/channel/Almacafarova/broadcast/1761958
  • http://bambuser.com/channel/Almacafarova/broadcast/1761961
  • http://bambuser.com/channel/Almacafarova/broadcast/1761963
  • http://bambuser.com/channel/Almacafarova/broadcast/1761966
  • http://bambuser.com/channel/Almacafarova/broadcast/1761968
  • http://bambuser.com/channel/Almacafarova/broadcast/1761969

вторник, 21 июня 2011 г.

Narkomaniyaya və Narkobiznesə qarşı mübarizə günü qeyd olundu

http://bambuser.com/channel/Almacafarova/broadcast/1757092
21 iyun 2011-ci il tarixdə Şiravn İcma məlumat Mərkəzində Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq mü barizə gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə əsasən  valideynlər və gənclər olmaqla 23 nəfər iştirak edirdi . Tədbiri giriş sözü ilə Yaqut Vafiq qızı açdı
Narkomaniya "ağ ölümdür" , həyatdan üz çevirməkdir. "Narkomaniya"   və "ölüm"sözləri bü gün insanların təsvvüründə sinonim sözlərə çevrilib.
Müasir dövrümüzdəinsanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılmışdır. Bu bəla ilə mübarizə etmək o qədər də asan deyil. Narkotik maddə alverçiləri uşaqların çox olduğu yerlərdə olur, onlara həmin məhsulları təkilif edirlər.  Pul qazanmaq naminə onlar insanları , xüsusilə uşaqları ölümə aparan bu pis vərdişə alışdırırlar.
Narkotik maddələr  müxtəlif çeşidlidir. Daha çox yayılanları isə xaşxaş, tiryək , marixuana. heroin, kakoin və s-dir. Son illər kimyəvi laboratoriyalarda hazırlanan yeni sintetik nartotik maddələr meydana gəlmişdir. Bunlar xüsusilə təhlükəlidir, çünki birinci dəfədən adamı özünə alışdıra bilir.  Narkotikdən asılılıq ağır xəstəliyə -narkomaniyaya gətirib çıxarır. Narkotik maddələr insan sağlamlığına bərpaedilməz ziyan vurur, fiziki qüvvələri tükəndirir, bədənin çəkisini birdən-birə azalır, ümumi zəhərlənmə baş verir.
Narkomaniya keçici xəstəliklərin  sürətlə yayılmasına səbəb olur. Narkotik maddələrin bir çoxu şprislə qana ötürüldüyündən  və narkoman qrupları daxilində eyni şpisdən  istifadə edildiyindən narkomanlar arasında  QİDS və başqa xəstəliklərə tutulmuş insanlar çoxdur.Narkotik maddə alverçiləri heroin vəkaoini yuyucu toz və ya şəkər tozu qatıb satırlar, ona görə də narkomanda şəkər diabeti tez inkişaf edir. Əgər "xalis mal" , yəni heç bir qarışığı olmayan narkotik maddə qəbul olunarsa, zəhərin güclü təsirindən o saat ölmək olar. Ən dəhşətlisi odur  ki, bir neçə dəqiqə ərzində baş beyin zədələnə  və bununla da yaşaya-yaşaya şikəstlik əmələ gələ bilər.  Belə halda adam düşünmək, hərəkət etmək, reaksiya vermək qabiliyyətini itirir, danışmaq və müxtəlif əşyalardan istifadə etmək imkanından məhrum olur. Bu vəziyyət illərlə davam edə bilər.
Narkotik maddələrlə  ticarət böyük gəlir gətirir. Milyard dollarla qazanc əldə edən cinayətkarlar üçün bacardıqca daha çox adamı  "İynəyə oturmaq", daha çox gəncləri və uşaqları narkomaniyaya sövq etmək sərfəli işdir. Bir az "yüngül " narkotikdən başlayan insan tez bir zamanda çox təsiredici narkotiklərə alışır və müalicəsi mümkün olmayan xəstəliyə mübtəla olur.
Nəyə görə müasir dünyamızda narkomaniya bu qədər geniş yayıla bilmişdir, 1960-cı illərdə "gənclik inqilabı" adlanan dövrdə gənc sənət adamları arsında  narkotik maddələrin qəbulu dəbə düşmüş, bu, hətta özünəməxsus həyat tərzinə çevrilmişdi. Onlar bunu ictimayyətdən gizlətmir, bəzən sənət uğurlarını narkotik maddənin qəbulu ilə əlaqələndirirdilər. Bu sənətçilərin pərəstişkarları onların həyat tərzini təqlid edərək narkotik maddə qəbul edirdilər. Bu nəsildən olan bir çoxları belə məst olmaqla günlərini , həyatlarını başa vururdular. Tanınmış adamların arasında da narkomaniyanın qurbanları olmuşdur.
o illərdən xeyli vaxt keçmişdir. Lakin narkomaniya ilə məşğul olanlar narkotiklərin insanı ağır  problemlərdən xilas etməsi, həyatı daha rəgarəng , maraqlı olması haqqında xülyanı yayamaqda  davam edirdilər.
Narkotik maddələrin gənc nəsillər arasında yayılması tıhlükəsini nəzərə alaraq , bir çox ölkələr "Narkotiksiz gələcək naminə " milli proqramlar  qəbul  edirlər. Buraya təhsil ocaqlarında , hüquq mühafizə orqanqanlarında, təşkilatlarda narkomaniyanın ziyanı haqqında maarifləndirmə kompaniyaları daxildir. Bu kompaniyalar kütləvi informasiya vasitələri, o cümlədən internet şəbəkəsi vasitəsi ilə aparılır.
Narkomaniya ilə bağlı problemləri daim ictimayyətin nəzərəti altında saxlamaq məqsədi ilə BMT iyun ayının 26-nı Narkomaniyaya və Narkobiznesə qarşı  Beynəlxalq Mübarizə günü elan etmişdir.