вторник, 21 июня 2011 г.

Ümumdünya Qaçqınlar Günü qeyd olundu.

 20 İyun 2011-ci il tarixdə Şirvan İcma Məlumat Mərkəzində Ümumdünya Qaçqınlar gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə İşıq qəzetinin müxbiri Yaqut Vafiq qızı açmış və bu gün haqqında məlumat vermişdir.
 20 İyun dünyada Ümumdünya Qaçqınlar Günüdür. BMT Baş Assambleyasında 4 dekabr  200-ci ildə bu günün Ümumdünya Qaçqınlar günü kimi qeyd edilməsinə dair qətnamə qəbul edilmişdir.
Ümumdünya Qaçqınlar günü Münaqişələr nəticəsində doğma yurd-yuvalarında didərgin düşənlərə dəstək olmaq üçün imkan yaradır. Ümumdünya Qaçqınlar Gününün qeyd edilməsində əsas məqsəd dünya ictimayyətinin diqqətini bu insanların yaşadıqları ağır şəraitə cəlb etməkdir
o vaxtdan hər ilin bu günü dünya qaçqınlarına dəstək və ehtiram nümayış etdirilir. BMT-nin Ali Qaçqınlar Şurasının məlumatına görə son 7 ildə ilk dəfə olaraq düvnyadakı qaçqınların sayı artıb,  bunun əsas səbəbi kimi İraqda davam edən müharibə göstərilir. İndiyədək İraqı yarım milyonadək insan tərk edib, onların ə
ksəriyyəti qonşu Sutriya və İordaniyada məskunlaşıb. İraqda başqa Sudan , Somali və Konqo kimi ölkələrdən daha çx insan qaçqına çevrilir. Ümumilikdə qaçqınların dünyada ümüumi sayı 16 milyondan artıq həddə çatıb.
Çox təəssüflər ki, indi bu mövzu biz azərbaycanlılar üçün ən ağrılı mövzulardan biridir.Ermənistanın ölkəmizə təcavüzü Azərbaycana həm də 1 milyona yaxın qaşqın-köçkün verdi, Soydaşlarımız uzun illər ərzində qurduqları ev-eşiklərindən, topladıqları sərvətlərindən məhrum oldular, dədə baba yurdlarından didərgin düşdülər, çadır şəhərciklərini ümüdünə qaldılar.Heydər Əliyevin imzaladığı fərman və sərəncamlara əsasən 1993-2003-cü illərdə problemi siyasi yolla həlli istiqamətində, qaçqın və məcburi köçkünlərin mənzil -məişət şəraitini yaxşılaşdırılması ilə bağlı geniş miqyaslı tədbirlər həyata keçirilmişdir. Tez bir vaxtda çadır şəhərçiklərinin ləğvinə, yeni, müasir qəsəbələrin salınmasına başlanmışdır.Ulu öndərin bu qaygısini Prezident İlham Əliyev də uğurla davam etdirir. Ölkə rəhbərinin qətiyyəti ilə bu istiqamətdə dəiqqətə layiq tədbirlər reallaşdırıldı, çadır düşərgələri Azərbaycan tarixindən silindi. bu düşərgələri bütün infrastrukturaya malik müasir  qəsəbələr əvəz etdi. Bu gün  Azərbaycanda bir dənə də olsun çadır düşərgəsi qalmayıb.Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər isə davam etdirilir.Qaçqın və məcburi köçkünlərin yaşayış şərainin yaxsşılaşdırılması və məşğulluşunun artırılması üzrə Dövlət proqramına əlavələr edilməsi haqqında  Prezident İlham Əliyevin 31 oktyabr 2007-ci il tarixli sərəncamında nəzərdə tutulan tədbirlərin icrasına  başlamışdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində beynəlxalq səviyydə mühüm tədbirlərin həyata keçirilməsi davam etdirilir. 2008-ci ilin martında BMT-nin  Baş Assambleyasının 62-ci sessiyası çərçivəsində "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnamə qəbul ediulmişdir. Qətnamə Erməni silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan bütün ərazilərindən çıxarılması tələb edilərək bir daha  göstərilmişdir ki,problemin həlli 1 mənalı şəkildə Azərbaycan respublikasının Beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipinə əsaslanmalıdır.  Bu qətnamə , həmçinin Azərbaycanın işğal olunmuş ərazilərindən olan məcburi köçkünlərin qayıtmaq hüququnu təsdiq edir. Eyni zamanda, BMT üzvü olan dğvlətləri Azərbayacan ərazilərinin işğalı nəticəsində
 yaranmış vəziyyəti qanunu olaraq tanımamağa və bu vəziyyəti saxlanmasına dəstək verməməyə çağırır.
Cənab İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq ictimayyətə çatdırılması məqsədi ilə tədbirləri əhatə edən hesabat tolusu və kitablar nəşr olunmuş, qısa metrajlı filmlər çəkilmişdir.
Fəaliyyətə başladığı  ilk gündən etibarən Heydər Əliyev fondu qaçqın və məcburi köçkünlərin üzləşdikləri çox saylı problemləri dünya ictimayyətinə çatdırılmasına çalışmış və bu problemlərin həllinə daim diqqətlə yanaşmışdır. Heydər Əliyev fəndunun prezidenti , YUNESKO və İSESKO-nun xoşməramlı səfitri, Milli Məclisin deputatı Mehrfiban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış "Azərbaycan" internet portalının böyük əhəmiyyəti xüsusi qeyd olunmuşdur. Portalda Azərbaycan haqqında toplanmış geniş informasiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən , Xoicalı soyqırımından, ümumilikdə erməni təcavüzündən bəhs edən məlumatların dünya ictimayətinin diqqətinə çatdirilmasına şərait yaradır
Respublikada yoxsullugun ən yüksək həddi 25 % məhz məcburi köçkünlər arasında qeydə alınmışdır . Ölkəmizdə fəaliyyət göstərən 60 beynəlxalq və 40 yerli humanitar təşkilatlar tərəfindın indiyədək 750 milyon ABŞ dolları dəyərində humanitar layihələr icra edilmişdir. Bütün bunlara baxmayaraq bu problem ölkənin ən ağır və başlıca problemi olaraq qalır.
Azərbaycan prezidenti İlham Əliyev öz çıxışlarında ölkəmizin ərazi bütövlüyü ilə bağlı fikirlərini çatdırarkən daim  birmənalı olaraq bildirib ki,  işğal olunmuş torpaqlar erməni silahlı qüvvələrindən azad olunmalı, məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar. Təbii ki, torpaqlarımız Sülh yolu ilə azad edilməsə, istənilən vasitə ilə azad ediləcəkdir.
Prezident İlham Əliyevin Beynəlxalq tədbirlərdəki qətiyyətli bəyanatları öz yurd yuvalarından didərgin salınmış insanlarda sabah ümudi daha da artırır . İndi soydaşlarımız problemi siyasi həlli sahəsində ölkə prezidentinin fəaliyyətini müsbət nəticələr verəcəyinə daha dərindən inanır və tezliklə öz doğma yurdlarına qayıtmaq eşqi ilə yaşayırlar
Tədbirdə erməni təcavüzü zamanı öz yurd yuvalarında qaçqın düşmüş  qaçqınlar da iştirak edirdi. Tədbirdə maraqlı fikirlər səsləndirildi.
Tədbir  http://bambuser.com/channel/Almacafarova/broadcast/1757022
birbaşa yayımlanmışdır.

понедельник, 13 июня 2011 г.

Insan Alveri Sahəsində Maarifləndirmə və Hüquqi Yardım Təşəbbüsü

11 iyun 2011-ci il tarixdə Şirvan İcma Məlumat mərkəzində İnsan Alveri Sahəsində Maarifləndirmə  və Hüquqi Yardım Təşəbbüsü " Layihəsi  dəstəyi ilə  İnsan alveri problemi sahəsində maarifləndirmə təlimi keçirilmişdir

Təlimdə 45 nəfər iştirakçı olmaqla əsasən qadınlar iştirak edirdi.

Təlimdə İnsan alveri anlayışı , səbəbləri, və növləri haqqında  Mehriban  Zeynalova məlumat verdi.

 O, İnsan alveri probleminin müxtəlif aspektləri. İnsan İnsan alverinin əsas elementləri, İstismar nədir İnsan alverinin növləri haqqında ətraflı məlumat verdi  və İştirakçıların fikirlərini öyrəndi.

 Uşaqlarla bağlı olduqda insan alverinin xüsusiyyətləri haqqında Gunel Quliyeva məlumat verdi.
İnsan alverinin potensial qurbanları Hansı yollarla insan alveri qurbanları qurbanları cəlb edilir suallarını Amerika Hüquqşünaslar Assosiyasının hüquqşünası   Günel Quliyeva  cavablandirdi.

Təlimin sonunda təlimləndirilənlərə hüquq məsləhəti Azərbaycan Respublikasının Vəkillər kollegiyasının üzvü vəkil Şəfa Camalzadə cavablandırdı.

вторник, 7 июня 2011 г.

Sülh Korpusundan qonaqlar

7 iyun 2011-ci il tarixdə Şirvan İcma Məlumat Mərkəzində  Sülh Korpusundan qonaqlar ziyarət etmişlər Onlar mərkəzlə tanış olmuşlar.
 İştirakçılarla söhbət etmişlər

Dostlar insana nə üçün lazımdır

7 İyun 2011-ci il tarixdə Şirvan İcma Məlumat Mərkəzində  Dostlar insana nə üçün lazımdır mövzusuna həsr olunmuş diskussiya keçirilmişdir
Tədbirdə iştirakçılar dostlar insanlara niyə lazım olduğu haqqında öz fikirlərini bildirdilər 

Ətraf mühiti necə qoruyuruq

6 İyun 2011-ci il tarixdə Şirvan İcma Məlumat Mərkəzində Ətraf mühiti necə qoruyuruq adlı tədbir keçirilmişdir. Tədbirə Şirvan şəhər Ekoloji Tərbiyə Mərkəzindən müəllim nvə şagirdlər dəvt olunmuşdular.
Tədbir iştirakçıları Ətraf mühitin qorunmasının insanlar üçnü niyə əhəmiyyətli olduğu haqqında fikirlər irəli sürdülər  və Ətraf mühiti qorumaq hamı üçün vacib olduğunu qeyd etdilər. Çünki Yer kürəsi hamımızın evidir. Bu evin qayğısına qalmaq hamının vəzifəsidir. Bunun uçun də gənclər xüsusi ilə yeniyetmələr və uşaqlar arasında ekoloji tərbiyə düzgün qurulmalıdır ki, bu tərbiyədən bəhrələnənlər də ğz ətraflarında maarifləndirmə işləri aparmalıdırlar.

пятница, 3 июня 2011 г.

1 Iyun Uşaqların Beynəlxalq Müdafiə günü münasibətilə Şirvan şəhərində tədbir

1 İyun Uşaqları Beynəlxalq Müdafiə günü münsibəti ilə Şirvan şəhər Heydər Əliyev adına parkda böyük bayram tədbiri keçirilmişdir. Tədbirdə Şirvan şəhər İcra hakimiyyəti nmayəndələri, Şirvan şəhər Təhsil şöbəsinin əməkdaşları, Uşaq bağcaları kollektivləri, Şirvan şəhər Şəkil qalereyasının kollektivi və Şirvan şəhər Estetik Tərbiyə Mərkəzinin əməkdaşları , mədəniyyət işçiləri və s. iştirak edirdilər. Tədbirə Uşaqları şənləndirmək üçün Bakidan aktyorlar da dəvət edilmişdilər. Tədbirdə uşaqları təbrik edəndən sonra uşaq bğçaları kollektivləri, məktəblərdə təhsil slan uşaqlar öz istedadlarını nümayiş etdirdilər.

среда, 1 июня 2011 г.

Uşaqları qoruyaq



1 iyun 2011-ci il tarixdə hər  yerdə olduğu kimi Şirvan İcma Məlumat Mərkəzində də  Uşaqların Beynəlxalq Müdafiə günü münasibəti ilə   Uşaqları qoruyaq adlı tədb ir keçirilmişdir. Tədbiri giriş sözü ilə Mərkəzin fəal istifadəçisi Dinarə ismayılova açmış, bu Bayram haqqında  məlumat verəndən sonra sözü təbir iştirakçılarına vermişdir.
XX əsrdə Uşaqlar daha çox təcavüzə , zorakılığa, irqi-ayrı seçkiliyə , deportasiya və soyqırımlara məruz qalmış insanlardır. Bu əsrdə baş vermiş iki dünya müharibəsi, lokal müharibələr, dini, irqi və etnik zəmində toqquşmalar, aparteid, soyqırımlar yüz minlərlə uşağı valideyin himayəsindən məhrum etmiş, onların həyatına son qoymuş, ən adi insnların hüquqları kobudcasına pozulmulmuşdur. İndi də dünyanın bir çox ölkələrində uşaqlar aclıqdan əziyyət çəkirlər. Uşaq alveri , uşaqların bədən orqanlarının çıxarılaraq satılması kimi insanlığa yaraşmayan hərəkətlər hələ də davam etməkdədir. Erməni faşistləri minlərlə azərbaycanlı uşagını xüsusi amansızlıqla qətlə yetirmuş, onlara qarşı misli görünməmiş zorakılıqlar törətmişdir.

                İşıq qəzetinin jurnalist Yaqut vafiq qızı  demişdir, Gələcəyin qurucuları olan uşaqları haqsızlıqlardan qorumaq bəşəriyyəti daim narahat edən məsələlərdəndir.  İyunun 1-ni Uşaqları Beynəlxalq Müdafiə Günü elan etmək bu zərurətdən doğmuşdur. Beynəlxalq bayramlar içərisində daha çox tarixə malik olanı da məhz bu bayramdır. Həmin günün qeyd olunması haqqında qərar Beynəlxalq Demokratik Federasiyanın 1949-cu ilin noyabrında keçirilmiş xüsusi sessiyasında qəbul olunmuşdur. Uşaqların Beynəlxalq Müdafiəsi ilk dəfə 1950-ci ilin 1 iyununda qeyd olunmuşdur. BMT bu təşəbbüsü bəyənmiş və uşaqların hüquqlarını, həyat və sağlamlıqlarını öz fəaliyyətinin prioritet  istiqamətlərdən biri kimi elan etmişdir. BMT-nin “Uşaq hüquqları haqqında Konvensiya adlı sənədi uşaqların hansı dövlətdə yaşamasından asılı olmayaraq , onların hüquqlarını tam əhatə edir.Konvensiyaya qoşulan dövlətlər onun müddəaları ilə hüquqi nöqteyi-nəzərdən razılaşdıqlarını bəyan edirlər, yəni bu müddəalardakı göstərişlərin  yerinə yetirilməsi öhdəliyini öz üzərlərinə götürürlər.Onlar bu istiqamətdə görülən tədbirlər haqqında məlumatı vaxtaşırı olaraq BMT-nin İnsan hüquqları haqqında Komitəsinə təqdim edirlər. Hazırda Konvensiyaya 189 ölkə qoşulub. Azərbaycan Respublikası bu Konvensiyanı 1992-ci ildən ratifikasiya edib.
Konfensiyanin əsas fəlsəfi ideyası uşaq şəxsiyyətidir. Konfensiyada əsas müddəa uşağın maksimum  müdafiəsi dir.Bununla yanaşı Konfensiya iştirakçı ölkələri uşaqların öz ölkəsinin sosial–siyasi həyatında  daha fəal və yaradıcı iştirakına imkan verən şəraiti yaratmağa çağırır.
Konvensiyanın mühüm prinsipi irqi ayrıseçkiliyə yol verməməkdir. Uşaqlar irqindən , dərisinin rəngindən , cinsin, mənşəyindən əmlak vəziyyətindən asılı olmayaraq öz hüquqlarından istifadə etməlidirlər.
Uşagın bütün hüquqları əhəmiyyətlidir. Bununla belə bəzi hüquqalar daha vacib hesab edilir. Bunla ilk növbədə uşağın yaşamaq hüquq , habelə bərabərlik və onun şəxsi rəyinə hörmət hüququdur.
YUNİSEF-in XXI əsr üçün gündəlik “ XXI  yüzillikdə ətraf mühit və inkişaf üzrə Qlobal Fəaliyyət  Proqramında deyilir ki “Uşaqların gələcəkdə yaşlıların qeyri –kamil dünyasının passiv qurbanları rolunu oynaması üçün onlar öz hüquqlarını bilməli gələcək üçün öz məqsədlərini başa düşməli və buna uyğun hərəkət etməlidirlər.”
Azərbaycan dövləti də bu Konvensiyadan ireli gələn ğhdəliklərin yerinə yetirilməsinə çalışır Bu sahədə əsas milli sənəd olan  “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu qəbul olunmuşdur. Hər il iyunun 1-i günü ölkəmizdə də Uşaqların Beynəlxalq Müdafiə günü kimi geniş qeyd olunur.
Tədbirdə 21 saylı məktəbdən Məhəmməd Alxaslı, Cəfərova Səidə, Quliyeva  Günay, Fətiyeva Fatimə, Heydərova Sevinc, Rəhmanova  Aysel , Şirvan Dövlət İqtsadiyyat və Humanitar Collecin tələbəri  Həsənova Şəlalə və Şərbətova Solmaz uşaqların neçə müdafiə olunduqları və onların hansı hüquqları olması haqqında öz fikirlərini bildirdilər. Tədbir http://bambuser.com/channel/Almacafarova/broadcast/1704958  vasitəsi ilə yayımlanmışdır.