пятница, 5 августа 2011 г.

Hərbi donanma günü

http://bambuser.com/channel/Almacafarova/broadcast/1868494
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycanın Hərbi Dəniz  Donanması yaradıldı. Belə ki, 1919-cu ilin yayaında İngilislər Bakını tərk edərkən şəhər limanının idarəçiliyini və hərbi gəmilərin bir hissəsini Azərbaycan hökümətinə təhvil verdilər.Bu gəmilərin əsasında Azərbaycan Xəzər Hərbi Dəniz Donanması təşkil olundu. Azərbaycan hökumətinin bu tədbiri ölkənin dəniz sərhədlərinin qorunmasında mühüm addım oldu.  Lakin bu addım general Denikinin başçılıq etdiyi Cənubi Rusiya Silahlı qüvvələrinin ( Könüllü ordu da deyirdilər) kəskin etirazı ilə qarşılandı. Silahlı Qüvvələrin hərbi Dəniz Donanamasının vitse admiralı Gerasimovun Azərbaycan hökumətinə verdiyi notada Azərbaycan Hərbi  Dəniz  Donanamasının ləğv edilməsi tələb edilirdi. Burada qeyd olunurdu ki, Xəzərdə Hərbi donanma saxlamaq hüququ yalnız Rusiyaya məxsusdur. Bu əsasız nota Azərbaycan Dövlət Müdafiə komitəsində müzakirə olundu. Cənubi Rusiya Silahlı Qüvvələri Baş Komandanlığına göndərilən cavab notasında bildirilirdi ki, Xəzərdə donanama saxlamaq hüququ Azərbaycan dövlətinin suveren hüququdur. Azərbaycanın limanları və ticarət gəmiləri vardır . Bu gəmilər Azərbaycan bayrağı altında üzəcəkdir.
Azərbaycan hökumətinin qətiyyəti və göstərdiyi diplomatık səylər öz nəticəsini verdi. Denikin beynəlxalq ictimayyətin sərt reaksiyası ilə üzləşdiyindən öz iddialarından əl çəkdi.
Azərbaycan Hökumətinin Hərbi Nazirliyi Hərbi Donanmanın maddi-texniki bazasının gücləndirməsinə diqqəti ayırmışdı. 1919-cu ilin sonlarında general İbrahim Ağausubovun başçılıq etdiyi Azırbaycan Hərbi missiyası donanma üçün xaricdən 6 birtoplu qırıcı kater, 12 qırıcı kater, 6 sualtı qayıq , 92 gəmi topu , 10 sahil topu, simsiz teleqraf qurğuları və s. almışdı.Azərbaycan Hökuməti rus donanması admiralı , Şimal qütbünə ekspedisiyanın iştirakçisi, türk əsilli İslamovu milli donanmanın yaradılması işinə kömək göstərmək üçün 1919-cu ilin yayında Azərbaycana dəvət etmişdi.
"Astrabad" , "Qars" və "Ərdəhan" hərb gəmilərinin komandirliyi azərbaycanlı kapitanlara tapşırıldı. Hərbi donanmanın maddı texniki bazasının  və kadr təminatının gücləndirilməsi  planları aprel işğalı nəticəsində həyata keçirilməmiş qaldı . Az sonra bolşeviklərin gəlişi ilə Azərbaycan hərbi donanması ləğv olundu.
SSRİ dağılsdıqdan sonra Azərbaycanda da hərbi-dəniz donanamasının təşkilinə şərait yaradıldı. 1992-ci il aprelin 7-də Azərbaycan Respublikası Hərbi-Dəniz Qüvvələri Qərargahı, mühafizə və təminat notası yaradıldı. Xəzər Hərbi-Dəniz donanmasının 25%-i və Ali Hərbi Dənizcilik məktəbi Azərbaycan Respublikasının ixtiyarına verildi. 1992-ci il iyunun 26-da "Bakılı" keşikçi gəmisində Azərbaycan Respublikasının dövlət bayrağı qaldırıldı. 1996-cı ildə  Ali Hərbi Dənizçilik Məktəbi əsasında Dəniz Akademiyası təşkil olundu. Azərbaycan prezidenti H.Əliyevin fərmanına əsasən hər il avqustun 5-i Azərbaycan Respublikası Hərbi Donanma Günü kimi qeyd olunur.

Комментариев нет:

Отправить комментарий