понедельник, 15 августа 2011 г.

Gənclərimiz gələcəyi neçə görürlər




12 avqust 2011-ci il tarixdə Şirvan İcma Məlumat Mərkəzində Gənclərimiz gələcəyi neçə görürlər mövzusuna həsr olunmuş meydan tədbiri keçirilmişdir.

Tədbirdə Şirvan şəhər Gənclər və İdman İdarəsinin məsul işçisi Əfqan Həsənov , Gənc Konullulər Klubunun üzvləri iştirak edirdilər

Tədbiri giriş sözü ilə açan  jurnalist Yaqut vafiq qızı gənclərimizin müasir həyatda rolu, ictimai-siyahi həyatda neçə təmsil olunduğundan söhbət açdı.

Əfqan Həsənov şəhərdə gənclərlə neçə işlədiyindən , hansı tədbirlər keçirdiyindən söhbət açdı.

Tədbidə  çox canlı  diskussiyalar oldu. Gəncləri maraqlandıran, onların problemlərini üzə çıxaran söhbətlər oldu.

 Və bu problemlərin həllini  ictimayyətin diqqətinə yönəldirlməsi üçün çox faydalı oldu.

Tədbir bambuser.com saytında yayımlandı

 http://bambuser.com/channel/Almacafarova/broadcast/1892684

среда, 10 августа 2011 г.

http://senetkarliq.blogspot.com blogunun təqdimatı

10 avqust 2011-ci il tarixdə Şirvan İcma Məlumat Mərkəzində http://senetkarliq.blogspot.com blogunun təqdimati keçirilmişdir.
 Tədbirdə 31 nəfər olmaqla jurnalist, müəllim,mədəniyyət işçiləri və tələbələr iştirak etmişdir.

Tədbir http://bambuser.com/channel/Almacafarova/broadcast/1888149  vasitəsi ilə  yayımlanmışdır.

Təqdimatda həviskar rəssam Nəzakət Allahverdiyeva öz əl işlərini internetdə yayımlamaq istədiyindən söhbət açdı. Və qeyd etdi ki, rəsm çəməyə həvəs onda lap kiçik yaşlarından olub. Bu işdə anası ona böyük dəstək olmuşdur. O qeyd etmişdir ki, o, onun fərdi sərgisi hələ açılmamışdır, amma bir neçə Respublika səviyyəli müsabiqələrdə iştirak etmişdir, Sertifikatları vardır.  İnternetdə yayımlamada Şirvan İcma Məlumat Mərkəzində blog təlimi keçmiş Elvira Rzayeva kömək etmişdir
Tədbir çox maraqla qarşılandı.
Öz əsərlərini internetdə yayımlaya bildiyinə görə  Nəzakət xanım İREX-ə öz təşəkkürünü bildirdi.

пятница, 5 августа 2011 г.

Hərbi donanma günü

http://bambuser.com/channel/Almacafarova/broadcast/1868494
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycanın Hərbi Dəniz  Donanması yaradıldı. Belə ki, 1919-cu ilin yayaında İngilislər Bakını tərk edərkən şəhər limanının idarəçiliyini və hərbi gəmilərin bir hissəsini Azərbaycan hökümətinə təhvil verdilər.Bu gəmilərin əsasında Azərbaycan Xəzər Hərbi Dəniz Donanması təşkil olundu. Azərbaycan hökumətinin bu tədbiri ölkənin dəniz sərhədlərinin qorunmasında mühüm addım oldu.  Lakin bu addım general Denikinin başçılıq etdiyi Cənubi Rusiya Silahlı qüvvələrinin ( Könüllü ordu da deyirdilər) kəskin etirazı ilə qarşılandı. Silahlı Qüvvələrin hərbi Dəniz Donanamasının vitse admiralı Gerasimovun Azərbaycan hökumətinə verdiyi notada Azərbaycan Hərbi  Dəniz  Donanamasının ləğv edilməsi tələb edilirdi. Burada qeyd olunurdu ki, Xəzərdə Hərbi donanma saxlamaq hüququ yalnız Rusiyaya məxsusdur. Bu əsasız nota Azərbaycan Dövlət Müdafiə komitəsində müzakirə olundu. Cənubi Rusiya Silahlı Qüvvələri Baş Komandanlığına göndərilən cavab notasında bildirilirdi ki, Xəzərdə donanama saxlamaq hüququ Azərbaycan dövlətinin suveren hüququdur. Azərbaycanın limanları və ticarət gəmiləri vardır . Bu gəmilər Azərbaycan bayrağı altında üzəcəkdir.
Azərbaycan hökumətinin qətiyyəti və göstərdiyi diplomatık səylər öz nəticəsini verdi. Denikin beynəlxalq ictimayyətin sərt reaksiyası ilə üzləşdiyindən öz iddialarından əl çəkdi.
Azərbaycan Hökumətinin Hərbi Nazirliyi Hərbi Donanmanın maddi-texniki bazasının gücləndirməsinə diqqəti ayırmışdı. 1919-cu ilin sonlarında general İbrahim Ağausubovun başçılıq etdiyi Azırbaycan Hərbi missiyası donanma üçün xaricdən 6 birtoplu qırıcı kater, 12 qırıcı kater, 6 sualtı qayıq , 92 gəmi topu , 10 sahil topu, simsiz teleqraf qurğuları və s. almışdı.Azərbaycan Hökuməti rus donanması admiralı , Şimal qütbünə ekspedisiyanın iştirakçisi, türk əsilli İslamovu milli donanmanın yaradılması işinə kömək göstərmək üçün 1919-cu ilin yayında Azərbaycana dəvət etmişdi.
"Astrabad" , "Qars" və "Ərdəhan" hərb gəmilərinin komandirliyi azərbaycanlı kapitanlara tapşırıldı. Hərbi donanmanın maddı texniki bazasının  və kadr təminatının gücləndirilməsi  planları aprel işğalı nəticəsində həyata keçirilməmiş qaldı . Az sonra bolşeviklərin gəlişi ilə Azərbaycan hərbi donanması ləğv olundu.
SSRİ dağılsdıqdan sonra Azərbaycanda da hərbi-dəniz donanamasının təşkilinə şərait yaradıldı. 1992-ci il aprelin 7-də Azərbaycan Respublikası Hərbi-Dəniz Qüvvələri Qərargahı, mühafizə və təminat notası yaradıldı. Xəzər Hərbi-Dəniz donanmasının 25%-i və Ali Hərbi Dənizcilik məktəbi Azərbaycan Respublikasının ixtiyarına verildi. 1992-ci il iyunun 26-da "Bakılı" keşikçi gəmisində Azərbaycan Respublikasının dövlət bayrağı qaldırıldı. 1996-cı ildə  Ali Hərbi Dənizçilik Məktəbi əsasında Dəniz Akademiyası təşkil olundu. Azərbaycan prezidenti H.Əliyevin fərmanına əsasən hər il avqustun 5-i Azərbaycan Respublikası Hərbi Donanma Günü kimi qeyd olunur.

четверг, 4 августа 2011 г.

Azərbaycan dili və Əlifbası bu gün

http://bambuser.com/channel/Almacafarova/broadcast/1865463
4 avqust 2011-ci il tarixdə Şirvan İcma Məlumat Mərkəzində "Azərbaycan dili və əlifbası bu gün" mövzusuna həsr olunmuş növbəti meydan tədbiri təşkil olundu.

Tədbirə ekspert kimi 18 saylı orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İbrahim Həsas və 21 saylı orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Rüqiyyə Babayeva dəvət olunmuşdu.

Bundan əlavə İşıq qəzetinin müxbiri Yaqut Vafiq qızı, Şirvan İqtisadiyyat və Humanitar Kollecin ingilis dili müəllimi Ağayar Nəsirov və mədəniyyət işçiləri , kitabxanaçılar, tələbələr və b. 30 nəfər  iştirak edirdi.

Tədbirə giriş sözü ilə başlayan Yaqut Vafiq qızı qeyd etdi ki, Azərbaycan xalqının dünya sivilizasiyasına bəxş etdiyi nadir töhfələrdən biri Qobusta və Gəmiqaya təsvirləri, həmçinin epiqrafiq abidələrdir. Tarixi faktlar sübut edir ki, bu qiymətli əsəsrləri yaradarkən xalq müxtəlif yazı növlərindən  və əlifbadan istifadə etmişdir. Qədim Manna dövlətində yerli yazı növü ilə yanaşı, heroqriflərdən də istifadə olunduğu məlumdur. Ulu əcdadlarımız olan Albanların 52 hərfdən ibarət əlifbası vardır.

Ölkəmizdə islam dinin yayılması ilə əlaqədar ərəb əlifbasından geniş istifadə olunmuş, yüz illər boyu ərəb dili dil, elm və təhsil dili rolunu oynamışdır, lakin əsrlərlə müxtəlif xalqların mədəni əlaqələrinə xidmət etmiş ərəb qrafıkası dilimizin səs stemini bütün dolğunluğu ilə əks etdirə bilmir. Onun quruluşu və xarakteri haqqında tam aydın təsəvvür yaratmırdı. Bu çatışmamazlıqlar M. F. Axundzadə başda olmaqla dövrün mütərəqqi maarifçi ziyalılarında əlifba islahatı ideyaları yaratmışdı. Lakin  o vaxt bu ideyanı həytata keçirmək mümkün olmamışdı.
1922-ci ildə Azərbaycan hökümətinin qərarı ilə Yeni Əlifba Komitəsi yaradıldı. Bu Komitəyə Azərbaycan (Türk) dili üçün latın qrafikalı əlifba tərtib etmək tapşırığı verildi. Bu yeni əlifbaya keçilməsi yolunda atılmış ilk ciddi addım oldu.

1923-ci ildən etibarən latın qrafikalı əlifbaya keçmə prosesi sürətləndi.1926-cı ildə keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayı tösiyəsinə əsasən 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi. Bu hadisə Azərbaycanda savadsızlığın ləğv olunmasında mühüm rol oynadı

Lakin Türkiyə Cumhiriyyətində də latın qrafikalı əlifbaya keçirilməsi və bunun nəticəsində SSRİ-də və xaricdə yaşayan türk xalqları arasında mədəni əlaqələrin güclənməsi qonrxusu Sovet imperiyası rəhbərliyində Azərbaycan əlifbasını yenidən dəyişdirilməsi planlarını yaratdı. Nəticədə 1940-cı il yanvarın 1-də kiril qrafıkalı əlifbaya keçmək haqqında qərar qəbul olundu.
Sonralar kiril qafıkasının Azərbaycan dilinin fonetik səs steminə uygunlaşdırılması üçün Azərbaycan kiril qrafıkasında müəyyən dəyişikliklər aparıldı. Yarım əsrdən çox bir müddət ərzində kiril qrafikası ilə Azərbaycan elminin və mədsəniyyətinin qiymətli nmüunələri yaradıldı.
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra latın qrafikalı Azərbaycan əlifbasının bərpası üçün tarixi şərait yarandı. Nəticədə 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə qanun qəbul olundu.

2001-ci ildə isə latın qrafıkalı Azərbaycan əlifbasına kecid başa çatdı
Latın qrafikalı əlifbanın tətbiqini Azırbaycan Respublikasının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq Azırbayca Prezidenti H. Əliyev 2001-ci il avqustun 9-da fərman imzalamışdır. Bu fərmanla avqustun 1-i  Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azırbaycan dili günü elan edilmişdi.