Müəllimlərin işə qəbulunun elektron variantda aparılması vacant yerlər haqqında məlumat almağa şərait yaradır. Gənc müəllimlərin işlə təminatını yaxşılaşdırır. Bir sözlə korrupsiyanın azalmasına xidmət edir. Mən müəllimlərin işə qəbulunun elektron variantda aparılmasından cox razıyam deyən müəllimlər öz fikirlərini aşagıdakı videoda bildirdilər
вторник, 24 июля 2012 г.
Azərbaycanda siyasi , seçkili orqanlarında və dövlət idarəetmə orqanlarında qadınların sayı statistikası , qadın rəhbərlərin sayı
17 iyul 2012-ci il tarixdə Şirvan İcma Məlumat Mərkəzində Azərbaycanda siyasi , seçkili orqanlarında və dövlət idarəetmə orqanlarında qadınların sayı statistikası , qadın rəhbərlərin sayı mövzusuna həsr olunmuş meydan tədbiri keçirilmişdir.
İcra hakimiyyətinin təhsil səhiyyə və mədəniyyət məsələləri üzrə müavini qadındır. Bu linkə daxil olmaqla İcra Hakimiyyətinin sturukturu ilə tanış ola bilərsiniz
Şirvan şəhər Bələdiyyəsində də qadınlar təmsil olunub
Bir neçə məktəbin direktoru qadındır
Mədəniyyət evinin direktoru qadındır
Heydər Əliyev adına Mərkəzin və Şirvan şəhər Tarix və Diyarşünaslıq muzeyinin də direktoru da qadındir.
Heydər Əliyev adına Mərkəzin və Şirvan şəhər Tarix və Diyarşünaslıq muzeyinin də direktoru da qadındir.
Bir Bankın direktoru qadındır.
QHT sektorunda da qadınların təmsil olunması Şirvan şəhərində də bütün Azərbaycanda olduğu kimidir.
Tədbir iştirakçılarının əksəriyyəti qadınlar olsalar da onlar nədənsə qadınların ictimai-siyasi həyatdə rəhbər vəzifələr tutmasına öz narazılıqlarını bildirdilər və qeyd etdilər ki, vəzifə kişi üçün yaranıb . Tədbir iştirakçılarından yalnız bir nəfər qadın qadınların da vəzifədə olmağına tərəfdar oldu.
Mən həmin tədviin video yazısını blogda yerləşdirirəm Əgər Sizə bu mövzu maraqlıdırsa öz fikrinizi bildirə bilərsiniz
Bəs Sizin tərəflərdə Qadınlar İctimai-siyasi həyatda neçə təmsil olunub?
Doğrudanmı vəzifə ancaq kişilər üçün yaradılıb?
среда, 20 июня 2012 г.
Görmək istədiyim gələcək
20 iyun 2012-ci il tarixdə Şirvan İşcma Məlumat Mərkəzində Ümumdünya Qaşqınlar günü münasibəti ilə tədbir keçirilmişdir.
Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf üzrə Rio+20 konfransı başlayır. Dünyanın müxtəlif ölkələrindən 50 000-dən artıq iştirakçı ilə bu günə qədər keçiriləcək ən geniş miqyaslı konfransıdır Bu münasibət ilə BMT Baş katibi cənab Pan Ki munun “Görmək istədiyim Gələcək” adlı müraciət etmişdir
BMT-nin Baş katibi Pan Ki munun Görmək İstədiyim Gələcək adlı müraciətinin Azərbaycan dilində tərcüməsi aşağıdakı mətndir.
Rio+20 konfransı qurmaq istədiyimiz gələcək, bizim birgə məqsədlərimiz haqqındadır. İcazə verin, mən sizə görmək istədiyim gələcək haqqında danışım. Mən Birləşmiş Millətlər Təşkilatının Baş katibiyəm, eyni zamanda mən həm də valideynəm.
Mən, bütün insanların təmiz hava udduğu, içməli su ilə təmin olunduğu və normal qidalana bildiyi bir dünya istəyirəm. Elə bir dünya ki, orada hər kəs təhsil ala, şərəfli və layiqli ömür sürə bilər. Bunu bacaracağımızı bilirəm. Yaşadığım və işlədiyim illər boyu böyük çətinliklərlə qarşılaşsam da, ümid hər zaman olub. Görmək istədiyin gələcək barədə bütün dünyaya danış! Birlikdə dəyişiklik yaratmaq gücünə malikik. Birlikdə biz dünyanı dəyişə bilərik
Qeyd edək ki, Azərbaycanın da müşahidəçi ölkə kimi iştirak etdiyi konfrans haqqında ətraflı məlumat almaq üçünhttp://www.uncsd2012.org/ rio20/about.html səhifəsinə daxil ola bilərsiniz.
Konfransın keçirildiyi 20 iyun tarixi həm də Ümumdünya Qaçqınlar Gününə təsadüf edir.
Ümumdünya Qaçqınlar günü ölkəmiz üçün də çox önəmli bir gündür. Çünki Azərbaycan Respublikasında Erməni təcavüzü nəticəsində 20 minə yaxın qaşqın və məcburuköçkün yaşayır Bu haqda İşıq qəzetinin müxbiri Yaqut Vafiq qazı , Rəşad Heydərov və Mərkəzi Kitabxananın direktor müavini Vəzifə Xuduyeva bu haqda danışdılar
Tədbir birbaşa olaraq http://bambuser.com/v/2765298 vasitə si ilə yayımlandı.
Gün barədə daha ətraflı öyrənmək üçün aşağıdakı keçiddən istifadə edin:
вторник, 19 июня 2012 г.
Qalib qızlar
Bayramova Xədicə öz kamerasını alıb sevincini qızlarla bölüşür.
14 Iyun 2012-ci ildə Şirvan İcma Məlumat Mərkəzində Azərbaycan Yeni Media Layihəsi çərşivəsində 13-17 yaş arası olan qızlar üçün Yeni Mediza bacarıqları və Vətəndaş jurnalistikası istiqamətində Video kameralar , səs yazıcılar və rəqəmsal cameralardan istifadə etməklə video roliklərin hazırlanması üçün sistematik treninqlərdən sonra video roliklər çəkən qalib qızların təqdim olunması mərasimi keçirildi.
Tədbirdə qeyd olundu ki bu layihə Respublikmızın əksər regionlarında keçirilmişdir. Hər regiondan qalib 1 nəfər qız seçılmişdir. Şirvan şəhərindən 40 nəfər qız bu layihəyə qoşulmaq üçün ərizə vermişdir. Onların arasından 12 nəfər seçilmişdir. Seçilən qızlar arasından onları düşündürən mövzulara uyğun video roliklər çəkmişlər . Və Şirvan şəhərindəm 4 qalib qız seçilmişdir.
Abdullayeva Günel Bokscu qız haqqında video rolik çəkmişditr.
Məmmədova Vüsalə öz voleybol komandasını çəkmiş və qalib olmuşdur.
Bu qızlar həm də İKT qızlar konfransının iştirakçısı olmuşlar
Öz həmyaşıdları qalib qızları təbrik edir
среда, 23 мая 2012 г.
Şirvan şəhər Tarix Diyarşünaslıq Muzeyi
Ailələrimizi qoruyaq
15 May 2012-ci il tarixdə Şirvan İcma Məlumat Mərkəzində Ailələrimizi qoruyaq mövzusuna həsr olunmuş meydan tədbiri keçirilmişdir. Meydan tədbirində Şirvan şəhər Sevil qadınlar Cəmiyyətinin üzvləri şairə Mehriban Həsənli, Mədəniyyət Evinin direktoru Elmira müəllmə , Mərkəzi kitabxananın direktor müavini Vəzifə Xuduyeva və başqaları ailə haqqında öz fikirlərini bölüşdülər.
Подписаться на:
Сообщения (Atom)