вторник, 19 июня 2012 г.

Qalib qızlar

Bayramova Xədicə öz kamerasını alıb sevincini qızlarla bölüşür.
14 Iyun 2012-ci ildə Şirvan İcma Məlumat Mərkəzində  Azərbaycan Yeni Media  Layihəsi çərşivəsində 13-17 yaş arası olan qızlar üçün Yeni Mediza bacarıqları və Vətəndaş jurnalistikası istiqamətində Video kameralar , səs yazıcılar və rəqəmsal cameralardan istifadə etməklə video roliklərin hazırlanması üçün sistematik treninqlərdən sonra video roliklər çəkən qalib  qızların təqdim olunması mərasimi keçirildi.
Tədbirdə qeyd olundu ki bu layihə Respublikmızın əksər regionlarında keçirilmişdir. Hər regiondan qalib 1 nəfər qız seçılmişdir. Şirvan şəhərindən 40 nəfər qız bu layihəyə qoşulmaq üçün ərizə vermişdir. Onların arasından 12 nəfər seçilmişdir. Seçilən qızlar arasından onları  düşündürən mövzulara uyğun  video roliklər çəkmişlər . Və Şirvan şəhərindəm 4 qalib qız seçilmişdir. 

Abdullayeva Günel Bokscu qız haqqında video rolik çəkmişditr.

Məmmədova Vüsalə öz voleybol komandasını çəkmiş və qalib olmuşdur.
Bu qızlar həm də İKT qızlar konfransının iştirakçısı olmuşlar

Öz həmyaşıdları qalib qızları təbrik edir







среда, 23 мая 2012 г.

Şirvan şəhər Tarix Diyarşünaslıq Muzeyi

18 may 2012-ci  il tarixdə Beynəlxalq Muzeylər günü münasibəti ilə Şirvan şəhər Tarix və  Diyarşünaslıq Muzeyində açıq qapı  günü keçirildi. Açıq qapı gününündə hamı müzeyi pulsuz ziyarət edə bilərlər. Şirvan şəhər Tarix Diyarşünaslıq Muzeyinin direktoru Gülşən xanım Şirvan şəhərinin tarixi haqqında məlumat verdi. Ziyarətçilərdən Şirvan şəhər Şirvan şəhər İqtisadiyyat və Humanitar Kollecin müəlliməsi Solmaz müəllimə belə tədbirlərin  keçirilməsi çox vacibdir

Ailələrimizi qoruyaq


15 May 2012-ci il tarixdə  Şirvan İcma  Məlumat Mərkəzində Ailələrimizi qoruyaq mövzusuna həsr olunmuş meydan tədbiri keçirilmişdir. Meydan tədbirində  Şirvan şəhər Sevil qadınlar Cəmiyyətinin  üzvləri  şairə Mehriban Həsənli, Mədəniyyət Evinin direktoru Elmira müəllmə , Mərkəzi kitabxananın direktor müavini Vəzifə Xuduyeva  və başqaları ailə haqqında öz fikirlərini bölüşdülər.