воскресенье, 10 февраля 2013 г.

Göyçay təlimi



















Göyçay təlimi
9 fevral 2013-cü il tarixdə Göycay İcma Məlumat Mərkəzində Blog yeni Media aləti kimi mövzisuna həsr olunmuş  təlim keçirildi.
Təlimdə 11 nəfər iştirakçı iştirak etdi
  1. Təlimi təşkil edən USAİD və İREX haqqında iştirakçılara məlumat verildi.
  2. Blog haqqında iştirakçıların bilikləri öyrənildi (  bəzi iştirakçılar wordpress.com saytında blog yaratmaq təlimində iştirak etdiklərini bildirdi. Blogu yaratmaq zamanı wordpress.com  saytında 2 qrupa bölündüklərini bildirdilər ki, bu da təlimdən sonra onların  sərbəst şəkildə işləmələri üçün  əngəl olduğunu fikirləşdiklərini qeyd etdilər)
  3. Blogu harada yaratmalı bölməsində Blogları  blogspot.com saytında yerləşdirmək tövsiyyə olundu. Çünki qeydiyyatdan keçmək və istifadəsi çox asandır , həm də  Google tərəfindən 2003-cü ildə alınmışdır. Nə qədər ki, Googlə var o vaxta qədər də blogspotda olan məlumatlar yaşayacaqdır. Blogu  buradan piar etmək də çox aandır. Təlim iştirakçıları fərdi olaraq özləri üçün blog yaradan zaman da blogspot.com saytında blog açmaq onlar üçün çox asan olduğunu qeyd etdilər
  4. Təlimdə Bloga məlumaları, şəkil və videonu neçə yerləşdirməli bölməsi də uğurla istifadəçilər tərəfindən  mənimsənildi.
  5. Blogdakı informasiyanı neçə bölüşməli bölməsində  facebookda, google+  neçə  paylaşmaq öyrədildi.
  6. İçtirakçıları həvəsləndirən ən maraqlı amil blogun statistikasına baxan zaman  aşkar olundu. Onlar öz bloglarına ziyarətçi saylarına baxan zaman təəcübləndilər.Çünki blog yaratdıqları 1 saat ərzində onların  bloglarına ən azı 10 baxış olmuşdu ki, bloga baxan  ziyarətçilər əsasən  ABŞ, Azərbaycan  və Almaniyadan olmuşdur. İçtirakçılar qeyd etdilər bu onlar üçün  çox gözlənilməz oldu.. Təlimin sonuna yaxın iştirakçılar komputerin arxasından qalxmaq istəmirdilər.
  7. Gələcəkdə hansı təlimlər keçirilməsini istədiklərini öyrənən zaman  qeyd olununan təlimlər. Iqtisadiyyat, dizayin proqramları, əksəriyyəti iştirakçılar internetlə  öz blogu vasitəsi  ilə neçə pul qazamaq olar təlimi istədilər.Adsence.com
  8. Təlim zamanı yaradılmış blogların siyahısı
    1. elektronika19.blogspot.com – Əliyev Ülvi
    2. sinifmuellimliyi.blogspot.com – Teymurova Əsli
    3. mənim-heyatim.blogspot.com – Əhmədova Fəridə
    4. goychaynews.blospot.com – Behbudov Fərid
    5. sacustasi.blogot.com – Yahyayev Ülvi
    6. nesibenovruz.blogspot.com- Novruzova Nəsibə
    7. eksroheyat.blogspot.com – Kritskiy Ruslan , Məmmədov Nofəl
    8. heyatterzimiz.blogspot.com – Haqverdiyeva  Sədəf , Kərimova Nuranə










вторник, 29 января 2013 г.

XI Beynəlxalq Türk dili Olimpiadasının Azərbaycan seçmələri çərçivəsində Şirvan finalı

25 yanvar 2013-cü il tarixdə Şirvan şəhər Şirvan kinoteatrında XI Beynəlxalq Türk dili Olimpiadasının Azərbaycan seçmələri çərçivəsində Şirvan finalı olmuşdur.  Olimpiadada Şirvan , Sabirabad və Saatlı məktəblərindən şagirdlər iştirak etmişlər. 















четверг, 8 ноября 2012 г.

Dövlət Bayrağı günü Şirvan Mərkəzi Kitabxanada qeyd olundu

8 Noyabr 2012-ci il tarixdə Dövlət Bayrağı günü münasibəti ilə Şirvan şəhər Mərkəzi Kitabxanada tədbir keçirilmişdir.



Tədbiri Giriş sözü ilə açan Yaqut Vafiq qızı Azərbaycan Respublikasının Dövlət atrıbutlarından biri olan Dövlət Bayrağımızın tarixi haqqında məlumat verdi
                                   

Mərkəzi Uşaq Kitabxananın direktor müavini Vəzufə Xuduyeva Dövlət Bayrağımızın əbədiliyi haqqında çıxış etdi                             
Şirvan İcma Məlumat Mərkəzində Alma Cəfərova  Bayrağımızı  , dövlətimizi , xalqımızı, dilimizi,  sevməyi  və təbliğ etməyi uşaqlara tövsiyyə etdi . Azərbaycan Bayrağı haqqında öz xatirələrini bölüşdü





16 saylı orta məktəbin Azərbaycan dili və Ədəbiyyatı müəllimi Fəridə müəlimə və nu şagirdləri ədəbi kompazisiya ilə tədbiri canlandırdılar.

Tədbiri yekun sözü ilə Mərkəzi Kitabxananın direktor müavini Sədaqət Qarayev bitirdi. Arzu etdi ki Bayrağımız həmişə zirvələrdə olsun 

вторник, 6 ноября 2012 г.

Şirvan şəhər Bələdiyyəsi Demokratiya həftəsi keçirir

Şirvan şəhər Bələdiyyəsi  4 noyabrdan 10 noyabra kimi  Demokratiya həftəsi keçirir. Bu həftə ərzində Bələdiyyə üzvləri  yerli sakinlərlə görüşüb gördükləri işlər və layihələrlə tamış edirlər. Yerli  sakinlər üçün Şirvan şəhər Bələdiyyəsinin  binasının qarşısında poct qutusu quraşdırııb ki, sakinlər onları maraqlandıran məsələlər haqqında müraciət edə bilər, öz arzu və təkliflərini  bildirə bilərlər.
Demokratiya Həftəsi çərçivəsində noyabrın 5-də Şirvan Bələdiyyəsinin üzvləri yerli sakinlərlə görüşmüş, gördükləri işlər haqqında onları məlumatlandırmış və hansı məsələləri diqqəti yönəltmək lazım olduğu ilə maraqlanmışlar.
Sakinlər görülən işləri alqışlamış, gələcəkdə görüləcək işlərin çoxluğunu da nəzərə çatdırmışlar