понедельник, 7 мая 2012 г.
среда, 28 марта 2012 г.
Novruz adətlərimiz
16 mart 2012-ci il tarixdə Şirvan İcma Məlumat Mərkəzində Novruz adətlərimizə həsr olumuş meydan tədbiri keçirilmişdir. Tədbirdə Şiirvan şəhərinin fəal qadınları olan Sevil Qadınlar Cəmiyyətinin üzvləri, Neftçi Qadınlar Cəmiyyətinin sədri Zenfira Məmmədova, 16 saylı məktəbin müəlliməsi , şairə Mehriban Həsənli, uşaq baxçasının əməkdaşı Firuzə xanım , Mərkəzi Kitabxananın direktor müavini Vəzifə Xuduyeva və gənclər iştirak edirdilər.
Şairə Məhriban həsənli unudulan Novruz adətlərindən cillə çıxarmağı qeyd etdi və dedi ki, qədim zamanlarda insanlar bir evə toplaşıb səhərə qədər yatmazdılar.çalıb oynayar , lətifə danışar, Novruz oyunlarını oynayardılar. Səhər isə iri yelləncələr qurular qadınlar kütləvi şəkildə Bayramda iştirak edərdilər.
Novruz adətlərindən danışan Sevil Qadınlar Cəmiyyətinin sədri Əzizə Məmmədova hal-hazırda Türkiyədə yaşadığı üçün onunla skype vasitəsi ilə online əlaqə saxlanıldı və o, qeyd etdi ki Novruz xalqımızın qədim bayramıdır. Keçmişdə Novruzu xalqımız neçə qarşılamağı haqqında məlumat verdi. Sovet dönəmində bu bayram qadağan olunsa da xalqımız Novruzu gizli yolla da olsa qoruyub saxlayıb və indiki nəslə ötürüb. İndiki nəslin də vəzifəsi bu Bayramı gələcək nəsillərə ötürməkdir.
Unudulan Novruz adətlərində onu qeyd etdi ki indi heç kim İsfahan halvası bişirmir.
пятница, 2 марта 2012 г.
Bizə Sülh lazımdır.
1 mart 2012-ci il tarixdə Şirvan İcma Məlumat Mərkəzində Icma üzvlərinin iştirakı ilə şəhid Sadiq Atayevin blogunun təqdimatına həsr olunmuş tədbir keçirildi. Tədbirə giriş sözü ilə icma üzvü Sevil Qadınlar Cəmiyyətinin sədri Sadiq Atayevin müəlliməsi olan hal hazırda Türkiyənin Ankara şəhərində yaşayan Əzizə müəllimə ilə skype konfransla başladı. O Qarabağda atəşkəs zamanı həlak olan Sadiq Atayev haqqında öz fikirlərini bildirəndən sonra qeyd etdi ki, bütün insanlara Sülh lazımdır. Heç bir valideyin və icma Sadiq kimi gənclərini münaqişə zamanı itirmək istəmir. Sülh xüsusi ilə Azərbaycanlılara lazımdır.
Tədbirdə Jurnalist Yaqut Vafiq qızı Sadiqin müəllimləri dostları, qohumları Sadiq haqqında öz xatirələini bölüşdülər.
http://sadiq-atayev.blospot.com blogunun təqdimati oldu.
воскресенье, 26 февраля 2012 г.
21 fevral Beynəlxalq Ana Dili günü
21 fevral 2012-ci il tarixdə Şirvan İcma Məlumat Mərkəzində Beynəlxalq Ana Dilinə həsr olunmuş meydan tədbiri keçirimişdir. Tədbirdə çıxış edən Gültəkin Əliyeva və Şəhla Məmmədova Ana dilinin gözəliyi və millətin maddi və mənəvi irsini qorumasından söhbət açdılar.
Badam Həsənova isə qeyd etdi ki, hər bir insan ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsinə , dünyagörüşünün genişlənməsində , mükəmməl təhsil almasında , öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.
Beynəlxalq ana dili günü 1999-cu ilin noyabrında keçirilmiş YUNESKO-nun Baş konfransının qərarı ilə elan edilmişdir.
Badam Həsənova isə qeyd etdi ki, hər bir insan ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsinə , dünyagörüşünün genişlənməsində , mükəmməl təhsil almasında , öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.
Beynəlxalq ana dili günü 1999-cu ilin noyabrında keçirilmiş YUNESKO-nun Baş konfransının qərarı ilə elan edilmişdir.
четверг, 16 февраля 2012 г.
Mənim mikrofonum Layihəsinin təqdimatı
16 fevral 2012-ci il tarixdə Şirvan İcma Məlumat Mərkəzində Sülh Korpusu könüllüsü Malayka Mənim microfonum layihəsinin təqdimatını keçirmişdir.
Təqdimatda müəllimlər, həkimlər, kitabxanaçılar , tələbələr və gənclər iştirak edirdilər.
Sülh Korpusu könülüsü Mənim mikrafonum layihəsi haqqında məlumat verdi. Bu layihənin Şirvan şəhərində həyata keçib davamlı olub -olmayacağı haqqında tədbir iştirakçilarının fikrini öyrəndi.
вторник, 14 февраля 2012 г.
Radionun yaranması Azərbaycan televiziyasının yaranması
14 fevral 2011-ci il tarixdə Şirvan İcma Məlumat Mərkəzində 14 fevral tarixində baş verən əhəmiyyətli hadisələr və Azərbaycan televiziyasının ilk yayımının tarixi haqqında və Radionun yaranması tarixi və əhəmiyyəti haqqında məlumatlandırma tədiri keçirilmişdir.
Подписаться на:
Сообщения (Atom)