среда, 9 февраля 2011 г.

İncəsənət layihəsi


9.02.2011-ci il tarixdə Şirvan İcma Məlumat Mərkəzində Sülh Korpusu könüllüsü  Jarrett Dunnın təşkilatçılığı ilə incəsənət layihəsinə start verildi.
            Bu layihə çərçivəsində ingilis dili danışıq klubunun üzvləri müəyyən mövzuya həsr olunmuş  rəsm əsərləri çəkərək, rənglənir. Beləliklə, istifadəçilər arasında rəsm qabiliyyəti olan istifadəçilər tanınır. Gələcəkdə çəkilən şəkillər http://facebook.com saytında yayımlanacaq və müzakirə olunacaq.
            Bu gün müəyyən vaxt ərzində istifadəçilər “Müharibəyə yox deyək”  logosunu hazırlamaq üzərində işlədilər. Bununla da, istifadəçilər Yer kürəsinin hamının evi olduğunu və Yer kürəsini öz evləri kimi qorumaq üzərində düşündülər, Yer kürəsində Sülhü dəstəkləmək üçün öz fikirlərini incəsənət vasitəsi ilə bildirmək və  dünya xalqları arasında öz həmyaşıdlarına çatdırmaq istədilər. Onların şüarı  “Mən sevgini və Sülhü dəstəkləyirəm ” oldu.
            Bu layihəyə  10 nəfər (8 qadın və 2 kişi) başladı. Bu layihəyə gələcəkdə daha çox gənc qatılacağı gözlənilir.
            Layihədə iştirak edən Lalə Mehdiyeva qeyd etdi ki, bu layihə mənim üçün çox maraqlıdır. Mən özümdə rəssamlıq qabiliyyətimin olduğunu kəşf etdim. Öz fikirlərimi dünya gəncləri ilə bölüşmək üçün əla imkandır.
            İbrahim Məmmədov isə qeyd etdi ki, bu layihə nə qədər geniş vüsət alsa bir o qədər gəncdə vətənpərvərlik hissi oyadar və hamı başa düşər ki, dünyaya sevgi və sülh gərəkdir

Beynəlxalq İnternet təhlükəsizliyi günü ilə əlaqədar tədbir


8 fevral 2011-ci il Beynəlxalq internet təhlükəsizliyi günü münasibəti ilə Şirvan İcma Məlumat Mərkəzində tədbir keçirilmişdir.
Tədbirdə 4 qadın və 7 kişi olmaqla əsasən yeniyetmə və gənclər iştirak edirdi/
Şirvan İcma Məlumat Mərkəzinin administratoru tədbiri giriş sözü ilə açaraq Beynəlxalq İnternet Təhlükəsizliyi gününün qeyd olunması Təşəbbüsünün Avropa Komissiyası tərəfindən irəli sürüldüyünü və dünyanın 60-dan çox ölkəsində qeyd olunduğunu vurğuladı.
Qeyd edildi ki, qurumun bu təşəbbüsü  “ Europen SchoolNet” və “İnsafe” qeyri-kommersiya təşkilatları tərəfindən dəstəklənib və 2004-cü ildən etibarən  bu gün fevral ayının ilk çərşənbə axşamı qeyd edilir.  Bu günün qeyd edilməsinin məqsədi  əsasən dünya üzrə uşaqlar  və yeniyetmələr arasında online texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdən ibarətdir.
Keçən il Təhlükəsiz internet günü “Think before you post!” ( Yerləşdirməzdən əvvəl fikirləşin şüarı) altında keçirilirdi. Həmin deviz istifadəçiləri hər bir informasiyanı qlobal şəbəkədə yerləşdirməzdən və ya ismarıc göndərməzdən əvvəl  düşünməyə çağırır.
Qeyd edək ki, Təhlükəsiz internet gününün keçirilməsi bu istiqamətdə təhlükəsizliyin artırılması və qanunsuz  kontentlə mübarizə məqsədlərini daşıyan və Avropa  Birliyində həyata keçirilən daha qlobal bir proqramın tərkib hissəsidir.
Son zamanlar ölkəmizdə internet sektoru sürətlə inkişaf etmişdir. İnternet provayderlərin dövlət qurumları ilə birgə fəaliyyəti nəticəsində ölkəmizdə internet sektoru sürətlə inkişaf edir. Ötən il “az” domen zonasında qeydiyyatdan keçən  domen adları 9  minə çatması ilə milli kontentin inkişafı istiqamətində  bir sıra addımlar atılmışdır. Dövlət orqanlarının, özəl sektorların saytlarının “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərinə uyğunlaşdırılaraq məzmun  və texniki  cəhətdən keyfiyyəti artırılmışdır.
Hal hazırda ölkəmizdə internet istifadəçiləri sayı sürətlə artır. İstifadəçilər arasında  uşaqların və yeniyetmələrin də kifayət qədər çox olduğunu nəzərə alaraq ölkədə təhlükəsiz internet mühitin vacibliyini, kiber cinayətkalığa qarşı mübarizənin genişləndirilməsinin  mühüm vəzifə olduğu tədbir iştirakçılarının nəzərinə çatdırıldı . İndi uşaq-yeniyetmə auditoriyası üçün pozitiv kontentin yaradılması, saxlanılması və yayılmasına hərtərəfli köməklik göstərmək lazımdır. Gənc nəsli zərərli kontentlərdən qorumaq lazımdır.
Tədbir çox maraqla qarşılandı. Yeniyetmələri maraqlandıran suallara cavab verildi.

четверг, 3 февраля 2011 г.

2 fevral 2010-cu il tarixdə Şirvan İcma Məlumat Mərkəzində  Gənclər gününə həsr olunmuş tədbir keçirilmişdir
Artıq 10 ildir ki, ölkəmizdə «Gənclər günü» qeyd edilir. Bu bayram gənclərə ümummilli liderimiz Heydər Əliyev tərəfindən hədiyyədir desək, yəqin ki, bütün gənclər bizimlə razılaşar. Ümummilli liderimiz gəncliyi hər mənada gözəl, güclü görmək istəyir və bunun üçün əlindən gələni əsirgəmirdi. Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bunun möhkəm olması isə yetişən nəslin sağlam təfəkküründən, düşünmə qabiliyyəti və inadkarlığından asılıdır. Səbəbsiz deyil ki, elə bütün dövrlərdə millətinin adını tariхə yazan elə sağlam gənc qüvvələr olub. Müasir zəmanəmizin gəncləri çoх aktivdir. Bu da təbii ki, хoşagələn və fəхr ediləsi haldır. Bu gün istər təhsilimizdə, istər idman sahəsində, istər tibb, elm, mədəniyyət, istər sosial-iqtisadi həyatda yetərincə aktiv fəaliyyət göstərən, savadlı, yüksək intellektual dünyagörüşə, dərin biliyə malik gənclər var. Gəncliyi və gəncləri sağlam olan dövlət həmişə cavandır.
2 fevral 1996-cı il. Gənclər və İdman Nazirliyinin, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin razılığı ilə ölkədə Azərbaycan gənclər forumu keçirilir. Forumda ölkənin bütün regionlarından demək olar ki, 2 minə yaхın gənclər təşkilatı çıхış edir. Forum dövlət orqanları, gənclər təşkilatları, ümumiyyətlə bütün gənclərin qarşısına məsuliyyət qoyur. Ən əsas tapşırıq gənclərin inkişafedici fəaliyyətlərinin təşkili, onların problemlərinin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi olur. Görülən tədbirlər öz nəticələrini tez bir zamanda göstərir. Beləliklə 1997 ci il, 2 fevral Azərbaycan Prezidentinin sərəncamı ilə ölkədə «Gənclər günü» kimi qeyd edilməyə başlayır.


четверг, 27 января 2011 г.

Avropa Şurası və biz

Böyük Britanianın Baş naziri olmuş Uinston Çörçil 1946-cı ildə Sürixdə etdiyi bir çıxışda Avropa Şurası yaratmaq fikrini irəli sürmüşdür. 1949-cu ilin yanvarında Avropa Şurasınin yaradılması qərara alındı. Təşkilatın funksiya və sturukturuna dair ətraflı qərarın hazırlanması üçün 1949-cu ilin martında Londonda Brüssel
Paktına daxil olan ölkələr( Böyük Britaniya, Fransa, Belçika, Hollandiya, Lüksemburq), eləcə də Danimarka , İtaliya, İrlandiya, Norveç, İsveç səfirlərinin iştirakı ilə keçirilən müşafirədə Avropa Şurasının Nizamnaməsi hazırlandı. 1949-cu il may  ayının 5-də adı çəkilən ölkələrin xarici işlər nazirləri Nizamnaməni və bu səbəbdən hər il 5 may Avropa Şurasının yaradılması günü kimi qeyd olunur.
Avropa Şurasının məqsədləri üzv dövlətlərin ideya və prinsiplərinin müdafiəsi və həyata keçirilməsi üçün onlar arasında sıx əlaqələr yaratmaq, Avropanın demokratik və təhlükəsiz  əraziyə çevrilməsinə kömək emək, plüralist demokratiya və insan hüquqlarının müdafiəsi, vahid mədəniyyətin formalaşması üçün Avropa özünüdərkini möhkəmləndirmək və inkişaf etdirmək, üzv dövlətlərin iqtisadi və sosial tərəqqisinə yardım etmək, XXI yüzillikdə meydana çıxa biləcək problemlərin həlli yollarının axtarılması, təçkilatın fəaliyyətini demokratik və təhlükəsiz Avropa  yaratmaq prosesində iştirak edən başqa institutların işi ilə sıx əlaqələndirmək və s. ibarətdir. Hərbi məsələlər Avropa Şurasının səlahiyyətlərinə aid edilmir.
Hazırda 47 dövləti özündə birləşdirən Avropa Şürası hüquqi statusuna görə regional beynəlxalq təşkilatdır. Belə ki, eyni region dövlətləri tərəfindən beynəlxalq saziş əsasında yaradılmış bu təşkilatın fəaliyyəti BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyöundur. Avropa strukturlarında təmsilçiləik ölkəmizin sivil  bir Avpropa ölkəsi kimi qurulması baxımından mühüm əhəmiyyət daşıyır. Müstəqilliyini əldə etdikdən sonra Azərbaycanın əməkdaşlığa böyük maraq göstərdiyi nüfuzlu təşkilatlardan biri  də məhz Avropa Şurasıdır.
Azərbay can Respublikası  1992-ci ilin yanvarında ona " xüsusi dəvət edilmiş qonaq" statusu verilməsi üçün Avropa Şurasına rəsmi müraciət etdi
Avropa Şürası  Nazirlər Komitəsinin 2001-ci il yanvarın 17-də nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edildi. Yanvarın 25-də Azərbaycan Prezidenti Heydər Əliyevin iştirakı ilə Starsburqda ölkəmizin bu təşkilata üzv qəbul edilməsi münasibəti ilə rəsmi mərasim keçirilmiş və dövlətimizin üçrəngli bayrağı ucaldılmışdır.

пятница, 14 января 2011 г.

ari: İqri ayrıseçkiliyə qarşı fəal mübariz

ari: İqri ayrıseçkiliyə qarşı fəal mübariz: "14 yanvar 2011-ci il tarixdə Sirvan İcma Məlumat Mərkəzində Sülh Korpusu könüllüsü Jerret Dunun təşkilatçılığı ilə İngilis dili danışıq klub..."

İqri ayrıseçkiliyə qarşı fəal mübariz

14 yanvar 2011-ci il tarixdə Sirvan İcma Məlumat Mərkəzində Sülh Korpusu könüllüsü Jerret Dunun təşkilatçılığı ilə İngilis dili danışıq klubunda  İqri ayrıseçkiliyə qarşı fəal mübariz olan Martin Luther King haqqında məlumat və diskusiya xarakterli tədbir keçirilmişdir.
Tədbirdə 18 saylı məktəbin ingilis dili müəllimə İradə Əliyeva , Bakı Biznes Universitetinin tələbələri Nailə Cəfərova və Gunay Cəfərova , Lalə Mehdiyeva Şirvan Dövlət İqtisadiyyat və Humanitar Collecinin tələbəri iştirak etmişdir.
Diskusiyada Susan Altmannın  " Extraordinary African-Americans" kitabından Martin Luther King haqqında olan məlumatları danışıq klubunun üzvləri tərəfindən ucadan oxundu.  Məqalə Martin LutHer Kingin bu sözləri ilə başlanırdı "Mənim bir arzum var ki, dörd kiçik uşaqlarım bir gün elə bir ölkədə yaşasınlar  ki, orada onları dərilərinin rənginə görə deyil, şəxsi keyfiyyətlərinə görə mühakimə etsinlər. " Martin King 1929-cu il 15 yanvar ayında Georgia ştatının Atlanta şəhərində   African - amerika ailəsində anadan olmuşdu.
1955-ci ildən Vətəndaş Hüquqları hərakatına qoşulur, irqi ayrıseçkiliyə qarşı mübarizəni davam etdirir. O, iqri ayrıseçkiliyə qarşı fəal mübariz idi
  Martin Luther Kingin anadan olmasının ildönümü  şərəfinə ,  1986-ci ildən başlayaraq hər il Amerikada 15 yanvar  onun anım günü  qeyd olunur.
Tədbirdə ucadan oxudan sonra başa düşülməsində çətinlik çəkilən sözləri Jerret Dunn tədbir iştirakçılarına aydınlaşdırdı.
Və bu mövzu ətrafında müzükirələr aparıldı. Şirvan Dövlət İqtisadiyyat və Humanitar Collecinin tələbəsi Səkinə İslamova qeyd etdu ki, bizim ölkəmizdə milli , irqi  və dini ayrıseçkilik yoxdur. Təəssüflə qeyd etməliyik ki, amma islam dininin nümayəndələri dini geyimlərinə görə bəzi ölkələrdə çətinliklərlə qarşılaşırlar

четверг, 13 января 2011 г.

Şirvan şəhər Təhsil şöbəsində məktəb şagirdlərinin Tədqiqat Layihəsinə həsr olunmuş təqdimat mərasimi

12 yanvar 2011-ci il tarixdə Şirvan şəhər təhsil şöbəsində  Məktəb Şagirdlərinin Tədqiqat layihəsinə həsr olunmuş təqdimat mərasimi keçirmişdir.
Mərasimdə Şirvan şəhərində fəaliyyət göstərən 15 məktəbin  direktorları və təhsil şöbəsinin əməkdaşları iştirak edirdi.
Təqdimat mərasimini giriş sözü ilə açan layihənin kordinatoru Amalya xanım  İREX-in Media Layihəsi çərçivəsində keçirilən Məktəb Şagirdlərinin Tədqiqat   Layihəsi haqqında məlumat verdi “Bildiyiniz kimi 2009-2010-cu tədris ilində Media Layihəsi çərçivəsində təşkilatımız 8 bölgədə məktəb şagirdləri arasında tədqiqat layihəsini həyata keçirmişdir. Layihə uğurlu olduğu və iştirakçılar arasında maraq doğurduğu üçün onun 2010-2011-ci tədris ilində də davam etdiriləcəkdir. Artıq bu il bu layihə 11 regionda keçiriləcəkdir  .”
Layihə haqqında Amalya xanım  məlumat verdikdən sonra layihənin təddimatını keçirdi.
Sonra layihə haqqında məktəb direktorları öz fikir və təkliflərini bildirdilər.
18 saylı  tam orta məktəbin direktoru  Yusubov İsmayıl qeyd etdi ki, Keçən tədris ilində keçirilən layihədə 1-ci yerin qalibi bizim məktəbdən seçilməsi çox sevindirici haldır. Bu layihənin yenidən başlanmasını bizim məktəbin şagirdləri çox səbirsizliklə gözləyirdilər. Çünki, keçən ilki qaliblərin hədiyyəsi bütün məktəb şagirdlərinin gözləri önündə təqdim olunması onlarda bu layihəyə olan marağı daha da artırmışdır. Hər bir məktəbli belə layihələrin çox olmasını arzulayır və özünü sınamaq istəyir.
20 saylı  məktəbin  direktoru Allahverdiyev Əyyub qeyd etdi ki,  keçən tədris ilində bizim məktəb bu layihədə ikinci yerə layiq görülmüşdür. Bizim məktəblilər də bu layihənin yenidən başlanmasını səbirsizliklə gözləyirlər. Onu da qeyd etmək istəyirəm ki, bu cür layihələrin keçirilməsi və məktəb şagirdlərində tədqiqatlar aparılmasını məktəb yaşlarından öyrədilməsində bu layihənin önəmli yeri var. Bu layihəni təşkil etdiyi üçün İREX təşkilatına öz məktəbin kollektivi və şagirdləri adından minnətdarlığımızı bildiririk.
9 saylı  məktəbin direktoru Hüseynov Əlizadə qeyd etdi ki, mən də bu layihələrin keçirilməsi tərəfdarıyam. Düzdür keçən il bizim məktəbdən qalib olan olmadı , amma biz ümidimizi üzmürük Mənim bir təklifim var bu Layihələrdə iştiraka görə sertifikatları keçən il şagirdlərə verdiniz. Mən təklif edirəm ki, sertifikatları həm şagirdə, həm müəllimə, həm məktəblərə versəniz daha yaxşı olar.
1 saylı məktəbin direktoru Mirzəyev İlyas qeyd etdi ki  bu layihələrdə  qalıb olmayan şagirdlər üçün kiçik həvəsləndirici hədiyyələr də olsa onların maraqlarının daha da artmasına səbəb olar.