среда, 20 июня 2012 г.

Görmək istədiyim gələcək

 20 iyun 2012-ci il tarixdə Şirvan İşcma Məlumat Mərkəzində Ümumdünya Qaşqınlar günü münasibəti  ilə tədbir keçirilmişdir.
Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf üzrə Rio+20 konfransı başlayır. Dünyanın müxtəlif ölkələrindən 50 000-dən artıq iştirakçı ilə bu günə qədər keçiriləcək ən geniş miqyaslı konfransıdır Bu münasibət ilə BMT Baş katibi cənab Pan Ki munun “Görmək istədiyim Gələcək” adlı müraciət etmişdir

BMT-nin Baş katibi Pan Ki munun Görmək İstədiyim Gələcək  adlı müraciətinin Azərbaycan dilində tərcüməsi aşağıdakı mətndir.
 Rio+20 konfransı qurmaq istədiyimiz gələcək, bizim birgə məqsədlərimiz haqqındadır. İcazə verin, mən sizə görmək istədiyim gələcək haqqında danışım. Mən Birləşmiş Millətlər Təşkilatının Baş katibiyəm, eyni zamanda mən həm də valideynəm.

Mən, bütün insanların təmiz hava udduğu, içməli su ilə təmin olunduğu və normal qidalana bildiyi bir dünya istəyirəm. Elə bir dünya ki, orada hər kəs təhsil ala, şərəfli və layiqli ömür sürə bilər. Bunu bacaracağımızı bilirəm. Yaşadığım və işlədiyim illər boyu böyük çətinliklərlə qarşılaşsam da, ümid hər zaman olub. Görmək istədiyin gələcək barədə bütün dünyaya danış! Birlikdə dəyişiklik yaratmaq gücünə malikik. Birlikdə biz dünyanı dəyişə bilərik
Qeyd edək ki, Azərbaycanın da müşahidəçi ölkə kimi iştirak etdiyi konfrans haqqında ətraflı məlumat almaq üçünhttp://www.uncsd2012.org/rio20/about.html səhifəsinə daxil ola bilərsiniz.

Konfransın keçirildiyi 20 iyun tarixi həm də Ümumdünya Qaçqınlar Gününə təsadüf edir.

                                      


Ümumdünya Qaçqınlar günü ölkəmiz üçün də çox önəmli bir gündür. Çünki Azərbaycan Respublikasında Erməni təcavüzü nəticəsində 20 minə yaxın qaşqın və məcburuköçkün yaşayır Bu haqda İşıq qəzetinin müxbiri Yaqut Vafiq qazı , Rəşad Heydərov və Mərkəzi  Kitabxananın direktor müavini Vəzifə Xuduyeva bu haqda danışdılar

Tədbir birbaşa olaraq http://bambuser.com/v/2765298 vasitə si ilə yayımlandı.






Gün barədə daha ətraflı öyrənmək üçün aşağıdakı keçiddən istifadə edin:
 





вторник, 19 июня 2012 г.

Qalib qızlar

Bayramova Xədicə öz kamerasını alıb sevincini qızlarla bölüşür.
14 Iyun 2012-ci ildə Şirvan İcma Məlumat Mərkəzində  Azərbaycan Yeni Media  Layihəsi çərşivəsində 13-17 yaş arası olan qızlar üçün Yeni Mediza bacarıqları və Vətəndaş jurnalistikası istiqamətində Video kameralar , səs yazıcılar və rəqəmsal cameralardan istifadə etməklə video roliklərin hazırlanması üçün sistematik treninqlərdən sonra video roliklər çəkən qalib  qızların təqdim olunması mərasimi keçirildi.
Tədbirdə qeyd olundu ki bu layihə Respublikmızın əksər regionlarında keçirilmişdir. Hər regiondan qalib 1 nəfər qız seçılmişdir. Şirvan şəhərindən 40 nəfər qız bu layihəyə qoşulmaq üçün ərizə vermişdir. Onların arasından 12 nəfər seçilmişdir. Seçilən qızlar arasından onları  düşündürən mövzulara uyğun  video roliklər çəkmişlər . Və Şirvan şəhərindəm 4 qalib qız seçilmişdir. 

Abdullayeva Günel Bokscu qız haqqında video rolik çəkmişditr.

Məmmədova Vüsalə öz voleybol komandasını çəkmiş və qalib olmuşdur.
Bu qızlar həm də İKT qızlar konfransının iştirakçısı olmuşlar

Öz həmyaşıdları qalib qızları təbrik edir