16 mart 2012-ci il tarixdə Şirvan İcma Məlumat Mərkəzində Novruz adətlərimizə həsr olumuş meydan tədbiri keçirilmişdir. Tədbirdə Şiirvan şəhərinin fəal qadınları olan Sevil Qadınlar Cəmiyyətinin üzvləri, Neftçi Qadınlar Cəmiyyətinin sədri Zenfira Məmmədova, 16 saylı məktəbin müəlliməsi , şairə Mehriban Həsənli, uşaq baxçasının əməkdaşı Firuzə xanım , Mərkəzi Kitabxananın direktor müavini Vəzifə Xuduyeva və gənclər iştirak edirdilər.
Şairə Məhriban həsənli unudulan Novruz adətlərindən cillə çıxarmağı qeyd etdi və dedi ki, qədim zamanlarda insanlar bir evə toplaşıb səhərə qədər yatmazdılar.çalıb oynayar , lətifə danışar, Novruz oyunlarını oynayardılar. Səhər isə iri yelləncələr qurular qadınlar kütləvi şəkildə Bayramda iştirak edərdilər.
Novruz adətlərindən danışan Sevil Qadınlar Cəmiyyətinin sədri Əzizə Məmmədova hal-hazırda Türkiyədə yaşadığı üçün onunla skype vasitəsi ilə online əlaqə saxlanıldı və o, qeyd etdi ki Novruz xalqımızın qədim bayramıdır. Keçmişdə Novruzu xalqımız neçə qarşılamağı haqqında məlumat verdi. Sovet dönəmində bu bayram qadağan olunsa da xalqımız Novruzu gizli yolla da olsa qoruyub saxlayıb və indiki nəslə ötürüb. İndiki nəslin də vəzifəsi bu Bayramı gələcək nəsillərə ötürməkdir.
Unudulan Novruz adətlərində onu qeyd etdi ki indi heç kim İsfahan halvası bişirmir.