четверг, 21 июля 2011 г.

Ankaranın ETİ MESGUT bələdiyyəsi üzvləri Şirvan şəhərində

20 İyul 2011-ci il tarixdə Şirvan şəhərinin Heydər Əliyev meydanı bayramsayağı bəzədilmişdir.Bayrama səbəb Qardaş Türkiyənin paytaxtı  Ankaranın Eti MESGUT üzvləri Şirvan şəhərinə qonaq gəlməsidir. Çoxsaylı tamaşaçıların alqış sədaları altında  türkiyəli qonaqlar, şəhər rəhbərliyinin və şəhər bələdiyyəsinin nümayəndələri meydana daxil oldular və onlar üçün ayrılmış yerlərdə əyləşdilər.
Tədbirdə  Şirvan şəhər rəhbərliyi , Şirvan şəhər Bələdiyyəsi və Şirvan şəhərində fəaliyyət göstərən idarə və təşkilatlardan nümayəndələr  və şəhər əhalisi iştirak edirdi.


Tədbirdə Şirvan şəhər Bələdiyyəsinin sədri Ə.Babayev çıxış etdi 


  Şirvan şəhər İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalov qonaqları salamlayır və onlara Xoş Gəlmisiniz deyir Tədbirdə Şirvan şəhər İcra  Hakimiyyətinin başçısı Mərdan camalov qonaqları salamladı və bu görüşün şəhərimiz üçün çox faydalı olduğunu qeyd etdi.

Ansambl Türkiyə-Azərbaycan dostluğunu tərənnüm edən əzəmətli bir musiqi çaldı

Şəhər sakinlərdən  qeyd etdi ki, Bu gün şəhərimizin həyatında əlamətdar bir gündür. Qardaş Türkiyənin payatxtı Ankaranın ETİ MESGUT bələdiyyəsinin üzvləri Şirvan şəhərinə qonaq gəlmişlər. Onların hər birinə "Xoş gəlmisiniz" deyirik.

Şəhərimizə təşrif buyurmuş türkiyəli qardaşlarımızı qonaq adlandırdıq. Düşünürük ki, indiki halda bu həm doğru , həm də yanlış bir sözdür. Doğrudur, ona görə ki, azərbaycalılar üçün qonaq sözü dərin məzmunlu, hətta müqəddəs bir sözdür. Azərbaycanlılar qonağı həmişə allah qonağı adlandırar və onu ən yaxın , ən əziz admı qədər sevərlər.

Qonaq sözünün indiki halda həm də yalnış bir söz olduğunu dedik. Bu da doğrudur. Çünki şəhərimizə təşrif buyurmuş türkiyəli qardaşlarımız yad bir ölkədə deyillər. Onlar öz qardaşlarının evinə gəlmişlər. Biz dili bir, dini bir, qanı bir qardaşlarıq. Biz bir millət , iki dövlətik.  Belə olan halda türkiyəli qardaşlarımız  Vətəndən Vətənə gəlmiş müsafirlər adlandırsaq  daha doğru olar.

Türkiyə və azərbaycan zəngin tarixə malik ölkələrdir. Bu ölkələrin adları çəkiləndə adamın yadına saysız-hesabsız müdrik filosoflar, görkəmli elm , ədəbiyyat, mədəniyyət xadimləri, öz ölkələrinin tarixini qılıncla yazmış sərkərdələr gəlir. Amma bunlardan əvvəl müasir Türkiyənin və müasir Azərbaycanın quruculari və baniləri olan iki böyük şəxsiyyət gəlir Atatürk və Hetdər Əliyev Türkiyə və Azərbaycan xalqları xoşbəxtdirlər ki, onların hər xalqa nəsib olmayan belə əzəmətli şəxsiyyətləri, belə uca zirvələri var.

Sonra Türkiyəli qonaqlar adında  Ankanın ETİ MESGUT bələdiyyəsinin sədri cənab Elxan Dəmir öz ürək sözlərini dedi
Tədbirdə respublikanın tanınmış müğnnisi Nadir Bayramlı öz repertuarı ilə çıxış etdi.

Tədbirdə türkiyəli qonaqlar və şəhər əhalisi birlikdə rəqs etdilər.

http://www.youtube.com/watch?v=vCCHI8qANKE

Tədbirin sonunda atəşfəşanlıq oldu.





Yola düşərkərkən Türkiyəli nümayəndələr arasında ola Emine Ünal demək olar ki, Şirvan şəhərinin bütün sakinləri ilə yaxından görüşdü və şəkillər şəkdirdi.


MIlli mətbuatımız bu gün


21 iyul 2011-ci il tarixdə Şirvan İcma Məlumat Mərkəzində Milli Mətbuat günü münasibəti ilə "Milli mətbuatımız bu gün " mövzusuna həsr olunmuş meydan tədbiri keçirilmişdir. Tədbirdə 30 nəfər iştirakçı olmaqla jurnalistlər, kitabxanaçılar, müəllimlər və tələbələr iştirak edirdi.
Tədbirə ekspert qismində "İşıq" və Zaman qəzetlərində müstəqil müxbir işləyən Yaqut Vafiq qızı, "Bizim Vətən" qəzetindən Mirhüseyn Nağıyev , "Təzadlar" qəzetindən  Fərhad Səlimov," Sahibkarlıq və hüquq" qəzetindən Qaşay Həsənov dəvət edilmişdi.
Tədbiri giriş sözü ilə aşan Yaqut Vafiq qızı bu gün haqqında məlumat verərək dedi ki, 
Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. Böyük çətinliklərdən sonra o, Bakıda ana dilində “Əkinçi”qəzetinin nəşr edilməsi  üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı. “Əkinşı” qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmüşdu, 1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü.
“Əkinçi” qəzeti xalqımızın milli oyanışında , milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır. Qəzetin mütərəqqi ideyaları Rusiya hakim dairələrini narahat etmiş və iki il sonra qəzet bağlanmışdı.
Azərbaycan mətbuatının ilk müjdəçisi “Əkinçi”dən sonra bu sahədə xeyli irəliləyişlər olmuşdu. XIX əsrin sonlarında “Ziya”, ( 1879), “Kəşkül”(1880), “Kaspi”(80-90-cı illər) qəzetləri nəşrə başlamışdı.
XX əsrin əvvəlində C.Məmmədquluzadə, M.Şahtaxtinski, S. Hüseyn, Ö. Faiq Nemanzadə, Ü.Hacıbəyov və başqaları yeni demokratik mətbuatin yaranması uğrunda mübarizə apardılar. Bu gərgin mübarizə öz nəticəsini verdi “Şərqi Rus” (1903) “Həyat”(1905)  “Açıq söz” (1915) “Azərbaycan” (1918) kimi demokratik ruhlu , milli qayəli qəzetlər meydana şıxdı. 1906-cı ildə”Molla Nəsrəddin” jurnalının nəşrə başlanması ilə Azərbaycan mətbuatında siyasi satiranın əsasını qoyuldu. Redaktoru Xədicə xanım Əlibəyova olan “İşıq” jurnalının bütün əməkdaşları qadınlarından ibarət idi
     Sovet hakimiyyəti dövründə bütün sovet respublikalarında olduğu kimi Azərbaycanda da mətbuat sovet ideologiyasısının rupporuna çevrilmişdi . Azad və demokratik mətbuatdan söhbət gedə bilməzdi. Yalnız bolşevik rejiminin,kommunist ideyasının təbliği məşğul olan qəzet və jurnalların nəşr olunurdu. Mətbuat üzərində ciddi senzyra hökm sürürdü. Kommunist Partiyasının oqranı olan “Pravda”( bu qəzetin tərcüməsi Həqiqət olsa da, səhifələri qərb demokratiyasına qarşı iftiralarla, ictimai və iqtisadi-siyasi həyatın müxtəlif sahələrinə aid yalan informasiyalarla dolu idi) qəzetinin ilk nömrəsinin çapdan çixdığı gün- 5 May Mətbuat Günü  qeyd olunurdu.
Azərbayca öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan- qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əkinci” qəzetinin nəşrə başladığı gün – 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başladı.
1991-ci il iyulun 5-dən Azərbaycanın ilk mətbu orqanı «Əkinçi» qəzetinin nəşrə başladığı gün - iyulun 22-si ölkə jurnalistlərinin peşə bayramı kimi qeyd edilir.

Maarifçilik hərəkatının görkəmli xadimlərindən olan Həsən bəy Zərdabi 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində Azərbaycan dilində «Əkinçi» qəzetinin nəşrinə nail olur. Bununla da milli mətbuatın əsası qoyulur. 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən qəzet ayda iki dəfə 300-400 tirajla nəşr olunurdu. Bu illər ərzində qəzetin 56 nömrəsi çıxıb.

1991-ci ildə Azərbaycanın müstəqillik əldə etməsi mətbuatın inkişafına da təsir etdi. Əsası Nəcəf Nəcəfov tərəfindən qoyulan «Azadlıq», eyni zamanda «Azərbaycan», «Odlar Yurdu» və s. kimi qəzetlər ictimai fikrin formalaşmasına ciddi təsir göstərdi. Hazırda ölkədə çoxlu sayda qəzet və jurnal nəşr olunur. Beynəlxalq təşkilatlar Azərbaycan jurnalistlərinin əsas problemi kimi «Diffamasiya haqqında» qanunun qəbul edilməməsini, media işçilərinin hökumət tərəfindən təqiblərə məruz qaldığını, informasiya əldə etmək hüquqlarının pozulmasını və s.-ni göstərir.
 Sonra jurnalistlər və iştirakçılar arasında müzakirələr başladı.
Tədbir http://bambuser.com/channel/Almacafarova/broadcast/1835264  saytı ilə birbaşa yayımlandığı üçün Tovuz, Quba, Mingəçevir İcma Məlumat Mərkəzlərindən də tədbirə qoşuldular
Mətbuat xalqin səviyyesine enməlidir yoxsa xalqı öz səviyyəsinə qaldırmalıdır? Bu gün Azərbaycan mətbuatı bunlardan hansının təmsilçisidir?
.Mətbuat gücdür. Azərbaycan mətbuatında bu gücü görmürük. Onda bizi şəxsi mənafeyinə xidmət edən qrup və ya qorxaq adlandırmaq olarmı?
.Bu günlərdə Rusiya prezidenti mətbuata dövlət dotasiyalarının ləğv olunmasına qərar verdi və bununla mətbuatın dövlətdən asılılığına son qoydu. Azərbaycanda isə ildən ilə mətbuata dəstək çoxalır. Bunu necə qiymətləndirirsiniz?
 Tam səmimi istəyirəm bilim. Hər hansisa yazını yazmamaq üçün və ya yaxşı tərif yazdiginiza görə sizə rüşvət və ya "hörmət" təkilf ediblərmi?
Mətbuat bu gün azad fəaliyyət göstərə bilirmi?
 Hər kitab yazana yaziçi demək olarmi?
 Mətbuat işçileri jurnalist etikasına riayət edirlərmi?

вторник, 19 июля 2011 г.

ABA CEELI-nin Bakı ofisinin “Səyyar hüquqşünaslar” proqramı çərçivəsində 19iyul 2011-ci il tarixdə saat 10.00-16.00 kimi Şirvan şəhərində növbəti görüş olub. Görüş İREX-in Şirvan İcma Məlumat Mərkəzində baş tutub. Görüşdə 21 nəfər olmaqla müxtəlif təbəqələrdən olan insanlar iştirak edib

Görüşdə ABA CEELİ-nin əməkdaşı Pərviz Abbasov ABA CEELİ-nin “Səyyar hüquqşünaslar” proqramı haqqında məlumat verdi və iştirakçılardan pulsuz hüquqi yardım haradan almaları barədə suallar verdi. İştirakçılar pulsuz hüquqi yardımı İREX mərkəzindən ABA CEELİ-dən aldıqlarını bildirdilər. 

    Görüşdə ABA CEELİ-nin əməkdaşı Pərviz Abbasov, ABŞ-dan gəlmiş könüllü interna keçən Geoff Shaw, eləcə də İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsi İctimai Birliyinin Hüquqi Yardım Mərkəzinin əməkdaşı vəkil Camalzadə Şəfa və təşkilatda könüllü interna keçən Məmmədova Lamiyə iştirak etdilər


Görüş zamanı 13 şəxsə hüquqi yardım göstərilmiş , lazımı məsləhətlər verilmişdir. Müraciətlər , əsasən, mülki xarakterli olmuş, ünvanlı sosial yardımın alınması , vərəsəlik və torpaq mübahisələrini əhatə etmişdir.