23 May 2011-ci il tarixdə Şirvan İcma Məlumat mərkəzində İREX-in Məktəb şagirdlərinin tədqiqat layihəsinin yekununa həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Məktəb Şagirdlərinin Tədqiqat layihəsində Şirvan şəhərindən iştirak etmiş 7 məktəbdən direktorlar, müəllimlər və şagirdlər iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan İRE-in əməkdaşı Ələsgər Məmmədli İREX və Məktəb şagirdlərinin Təədqiqat layihəsi haqqınbda layihə haqqında məlumat verdi və bu layihədə iştirak edən bütün məktəblərə və şagirdlərə iştirakçı sertifikatları verdi
Məktəb şagirdlərinin tədqiqat layihəsində Şirvan şəhəri üzrə 1-ci yerə layiq görünən 10 saylı məktəbin şagirdi Ömürxan Qurbanova və 18 saylı məktəbin müəllimi İbrahim Həssasa netbuk, 2-ci yerə layiq görünən 20 saylı məktəbin şagirdi Fərrux Mirzəyevə flipkamera, 3-cü yerə 21 saylı məktəbin şagirdi Heydər Cəfərova və Ruqiiyyə Babayevaya flashkart, 9 saylı məktəbin müəllimi Əlizadə Hüseynova flaşkart və 16 saylı məktəbin müəlliməsi Sənubər İsayevaya da flaşkart hədiyyə olundu. İştirakçılar bu layihəni təşkil etdiyinə görə İREX-ə öz təşəkkürlərini bildirdilər.
20 May 2011-ci il tarixdə Şirvan şəhər Mərkəzi kitabxanasının qarşısındakı parkda
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş
“4-cü Kitab bayramı” keçirildi.
Bayram şənliyində şəhər İcra Hakimiyyəti Başçısının müavini Elmira xanım Ağayeva,
şəhər ictimaiyyəti, məktəblilər iştirak edirdi
Bayram münasibətilə parkda Heydər Əliyevin mədəniyyət, dil, kitab və kitabxana haqqında söylədikləri kəlamlar yazılmış plakatlar, bayramın adı yazılmış iri panno hazırlanmışdı.
İlk növbədə bayramın açılışı münasibətilə şəhər Musiqi məktəbinin uşaq xoru Azərbaycanın Dövlət Himnini ifa etdi.
Tədbirdə Mədəniyyət və Turizm şöbəsinin müdiri Əziz Abbasov giriş sözü ilə çıxış edərək “4-cü Kitab bayramının keçirilməsində məqsəd və şəhər əhalisinə kitabla xidmət işinin vəziyyəti barədə danışdı.
Daha sonra tədbirdə Fəal oxucu Lalə Mehdiyeva, kitabxananın ən yaxın dostu Yaqut Vafiqqızı (hər ikisinə hədiyyə verildi), yazıçı –publisist Alik Rzayev ( onun yerli müəllif kimi kitabları sərgiləndi) və başqaları çıxış etdilər.
Şəhər Musiqi məktəbinin xor kollektivinin (rəhbəri M. İsmayılova), skripkaçılar ansamblının (rəhb. S.Əliyeva), “Gənclik” instrumental ansamblının ifa etdikləri mahnılar, 18 saylı məktəbin təqdim etdiyi kompozisiya, qiraətçilərin söylədikləri şeirlər, kitab və mütaliə haqqında dahilərin söylədikləri kəlamlar və atalar sözləri əsasında hazırlanmış dialoqlar, yumoristik səhnəçik və başqa nömrələr maraqla qarşılandı.
17 may 2011-ci il tarixdə Şirvan İcma Məlumat MərkəzindəİTK ilə həyat daha yaxşıdır mövzusunda meydan tədbiri keçirilmişdir. 2006-cı ilin mart ayının 26-da BMT Baş Assambleyası 17 may tarixini Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü elan edən qətnamə qəbul edib. Bayramın tarixi 17 may 1865-ci ildə sonradan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) adlanan Beynəlxalq Teleqraf İttifaqının yaradılması günü ilə bağlıdır.
Mayın 17-i tarixinin qeyd olunmasında əsas məqsəd internetdən və informasiya-kommunikasiya texnologiyalarından istifadənin cəmiyyətlərə və ölkələrə verdiyi imkanlar barədə məlumat səviyyəsinin artırılmasına kömək etməkdən ibarətdir.
2011-ci ilin devizi: “Kənd yerlərində İKT ilə həyat daha yaxşıdır”
İnformasiya-kommunikasiya texnologiyaları (İKT) dünyanın ünsiyyət vasitələrini daim dəyişərək uzunmüddətli davamlı inkişaf yolu ilə həyatın, xüsusən də cəmiyyətin daha aztəminatlı təbəqələrinin yaşayışlarının yaxşılaşdırılması üçün yeni imkanlar yaradır.
Bu il biz, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yaranmasının 146-cı ildönümünü qeyd edir və İKT üstünlüklərinin daha ucqar rayonlara çatdırılmasına çalışaraq diqqətimizi bütün dünyanın kənd cəmiyyətlərinə yönəldirik.
Bu gün qlobal iqtisadiyyatın inkişaf mənbəyi olan informasiya-kommunikasiya texnologiyaları davamlı iqtisadi artım və tərəqqinin əldə olunması üçün real həllər təqdim edir. Bundan əlavə İKT Minilliyin İnkişaf Məqsədlərinin yerinə yetirilməsinin sürətləndirilməsinə kömək edir. Müasir dövrdə İKT kənd şəraitində yoxsulluq, aclıq, xəstəlik, o cümlədən savadsızlıqla mübarizədə daha geniş imkanların yaradılmasında mühüm rol oynayır.
İKT və onun əsasında işlənib hazırlanan elektron əlavələr kənd yerlərində idarəetməni təkmilləşdirmək, eləcə də kənd cəmiyyətlərinin səhiyyə, içməli su, sanitariya vasitələri, təhsil, ərzaq və yaşayış yerləri ilə təmin edilməsi; anaların sağlamlığının yaxşılaşdırılması və uşaqlar arasında ölüm faizinin azaldılması; qadınların və cəmiyyətlərin daha zəif üzvlərinin hüquqlarının artırılması; ekoloji davamlığın təmin edilməsi kimi xidmətləri təqdim etmək üçün əsas alətlərdir.
Bu gün dünya əhalisinin yarısı, yəni 3,5 milyarda yaxın insan kənd rayonları və ayrı-ayrı yaşayış məntəqələrində yaşayır. Onlardan yoxsulluq içərisində yaşayan 1,4 milyardı İKT-nin üstünlüklərindən minimum istifadə edə bilənlərin sırasındadır. Bu vəziyyətin belə davam etməsinə yol vermək olmaz.
BTİ dünyanın ən ucqar yerlərinin İKT-nin üstünlükləri ilə əhatə və təmin edilməsi ideyasına sadiqdir. Böyük iftixarla söyləyə bilərəm ki, üçüncü minilliyin ikinci onilliyinə qədəm qoyduğumuz bir vaxtda BTİ-nin İKT standartlarının işlənib hazırlanması, son dərəcədə əhəmiyyətli tezlik və orbital resursların idarə edilməsi, lazımi insan, texniki və maliyyə resurslarının bir araya gətirilməsi, eləcə də məhvedici təbii fəlakətlərdən doğuran fövqəladə hallar zamanı əks-tədbir üsullarının möhkəmləndirilməsi istiqamətində fəaliyyəti böyük müvəffəqiyyətlə keçir.
Dünya üzrə abunəçi auditoriyasının 5,3 milyarddan artıq olan mobil rabitənin istifadə səviyyəsinin sürətlə artmasına baxmayaraq, bu gün kontentin inkişafı üçün əsas diqqət genişzolaqlı çıxış vasitələrinin təkmilləşdirilməsinə yönəldilir. Bu cür inkişafın əsas məqsədi həm kənd yerləri, həm şəhər mərkəzlərinin sakinlərinin niyyət və ümidlərinin həyata keçirilməsi üçün müxtəlif vasitələr təqdim edəcək informasiya-kommunikasiya magistral-şəbəkələr yaratmaqdır.
BTİ-nin Rəqəmli İnkişaf üçün Genişzolaqlı Komissiyada aparıcı rolu biliklərə əsaslanan universal informasiya cəmiyyətinin möhkəm özəyi olan ən müasir texnologiyaların təşkil olunması prosesinin genişləndirilməsinə yönəldilib.
Mən təkidlə hamınızı Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününü qeyd etməyə və bütün dünyada insanların birləşməsi, eləcə də İKT potensialının tam istifadə edilməsinə xüsusi diqqət yetirməyə çağırıram ki, biz hamımız, o cümlədən kənd sakinləri daha məhsuldar, dinc və bütün mənalarda yaxşı həyat yaşayaq.
Tədbirdə Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Turenin fikirləri səslənmişdir. Tədbirdə hər bir iştirakçı özinformasiya texnologiyalarından neçə istifadə etdikləri barədə fikirlərini bildirmişlər.Tədbir http://bambuser.com/channel/Almacafarova/broadcast/1661674 saytında yayımlanmışdır.
12 may 2011-ci il tarixdə Şirvan İcma Məlumat Mərkəzində tibb bacıları gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə əsasən gənclər, tələbələr, mədəniyyət işçiləri və əsasən də tibb baçıları olmaqla 15 nəfər iştirak edirdi. Tədbirdə çıxış edənlər qeyd etdi lər ki, Əksər peşə sahibləri üçün ümumdunya səviyyəsində qeyd edilən əlamətdar günlər mövcuddur. 1971-ci ildən başlayaraq 12 may tarixi Tibb bacılarının ümumdunya günü kimi qeyd edilir. Digər ölkələrdən fərqli olaraq Azərbaycanda orta tibb işçiləri həmin tarixi qeyd etmirlər.
Statistikaya əsasən hazırda Azərbaycanda 62 minə yaxın orta tibb işçisi fəaliyyət göstərir ki, bunun da 33 mindən çoxu tibb bacısıdır. İndi ölkədə hər 10 min nəfərə 39-40 tibb bacısı düşür. Azərbaycandakı təhsil müəssisələri hər il 850-ə yaxın tibb bacısı ixtisaslı kadr buraxır. Ölkəmizdə tibb bacılarının maddi durumu yaxşı deyil, onlar aldıqları maaşla dolana bilmirlər. Tibbi bacıları respublika üzrə orta aylıq əmək haqqından xeyli az maaş alırlar-
12 may Tibb bacıları günüdür. İngilis tibb bacısı Florens Naytinqeylin şərəfinə təsis olunan və 1971-ci ildən etibarən qeyd edilən 12 may tarixi Beynəlxalq Qırmızı Xaç Komitəsinin qərarına əsasən təsis olunub. Həmçinin, komitənin 1912-ci ildə keçirilən 9-cu konfransında yaralı əsgərlərə kömək edən tibb bacılarını təltif etmək üçün təsis edilmiş medala “Florens Naytinqeyl” adı verilib. Həmin konfransdan bəri səhiyyə sahəsində 40 ildən çox təcrübəsi olan, Qızıl Xaç və ya Qızıl Aypara Cəmiyyəti ilə fəal əməkdaşlıq edən, xüsusən döyüş bölgələrində çalışan tibb bacıları “Florens Naytinqeyl” medalı ilə təltif olunur
Əsilzadə... tibb bacısı
Varlı, yüksək təbəqəyə mənsub və səviyyəli əlaqələrə sahib bir ingilis ailəsi olan Naytinqeyllərin qızı olaraq, Böyük Toskana Hersoqluğuna tabe olan gözəl və möhtəşəm Florensiya şəhərində doğuldu. Hələ çox balaca olduğu vaxtlardan mənəviyyat sahəsinə maraq göstərdi. Valideynlərinin bütün etirazlarına baxmayaraq, tibb bacısı olmaq istəyirdi. Əsilzadəlik və tibb bacılığı!.. Bu o dövrdə əsilzadə ailələri üçün qəbuledilməz idi və ailəsi də tamamilə onun bu arzusuna qarşı idilər. Lakin tibb bacısı olmaq arzusu gənc qızın qəlbini fəth etmişdi. Onun statusuna sahib olan bir qadın üçün, üzərinə götürdüyü iş, bəlkə də ona layiq görülən “həyat yoldaşı” və “ana” rollarına üsyan mahiyyətində idi! O dövrdə tibb bacılığı yoxsul qadınların və başqa çarəsi olmayanların seçdiyi bir iş kimi qəbul edilirdi. Lakin Florens anasının qəzəbinə və maneçilik törətməsinə baxmayaraq, tibb bacısı olmaq qərarından əl çəkmədi.
1844 -cü ildə dövlətin yardımıyla yaşayan bir yoxsulun Londondakı xəstəxanalardan birində ölməsi, ictimai qalmaqala səbəb oldu. Bu qalmaqal Florensdə seçdiyi yolda nə qədər haqlı olduğu qənaətini daha da möhkəmləndirdi. Tibb xidməti sahəsində vəziyyət acınacaqlı idi. Naytinqeyl, tibbi imkanların inkişaf etdirilməsini və xəstəxanalarda şəraitin yaxşılaşdırılmasını tələb edənlərin qabaqcıllarından oldu.
O, xəstələrin necə müalicə olunduğunu öyrənmək üçün 1850-ci ildə kilsəyə getdi. Florens burada xeyriyyəçilik işləriylə məşğul olan qadınların xəstələri necə müalicə etdiklərini müşahidə etdi. Qazandığı təcrübə, onun həyatında dönüş nöqtələrindən biri oldu. İlk öncə öyrəndiklərini, “Kilsədə fəaliyyət göstərən qadınlar üçün müalicədə praktik üsullar” adlı bir kitabda topladı. O, tibb bacılığı ixtisasının kitabını yazmaq qərarına gəlmişdi…
Şəfqət və şəfqətli Bacı
Krım müharibəsi, Florens Naytinqeylin şöhrətinin surətlə artdığı və onun tibb bacılığı ixtisası üçün yeni bir istiqamət müəyyənləşdirdiyi bir hadisə oldu. 1854-cü ilin mart ayında İngiltərə və Fransa Rusiyaya müharibə elan etmişdilər. Sentyabr ayında isə müttəfiq orduları Krıma çıxmışdı. Qanlı döyüşlər gedirdi. “Tayms” qəzetində cəbhədəki ingilis səhra hospitallarındakı yaralılar barəsində dəhşətli xəbərlər dərc edilirdi. Müharibə naziri Sidney Herbert, mövcud duruma etirazını bu sözlərlə bildirmişdi: “Nə üçün bizim şəfqətli tibb bacılarımız yoxdur?” Nazir bu iş üçün ən əlverişli adama məktub yazaraq onu iş başına çağırdı… Onu… Florens Naytinqeyli…
Nazir ən doğru qərarı qəbul etmiş və ən doğru insana müraciət etmişdi. 1854-cü ilin oktyabr ayında Naytinqeyl və onun yetişdirməsi olan 38 könüllü tibb bacısı İstanbuldakı ingilis hərbi düşərgəsinə gəldi. Üsküdarda yerləşən Səlimiyyə kazarmasına gələn Naytinqeyl, burada durumu çox ağır olan yaralı əsgərlərlə qarşılaşdı. Sayca az olan tibb işçiləri də səlahiyyətli şəxslərin öz işlərini layiqincə yerinə yetirməməsi ucbatından çarəsiz qalmışdı. Dərman çatışmır, gigiyena qaydalarına əməl edilmir və ölümcül infeksiyalar yayılırdı. Xəstələr yaxşı qidalanmır, tibb ləvazimatı çatışmırdı. Naytinqeylin Üsküdarda keçirdiyi ilk qış mövsümündə 4 min 77 əsgər, müharibədə aldıqları yaralardan çox, səpmə yatalaq, qarın yatalağı, xolera və dizenteriya kimi xəstəliklər ucbatından öldü. Ancaq Naytinqeyl, bu şəraitdə belə necə hərəkət etməli olduğunu bilirdi! Naytinqeyl, yoldaşlarıyla birgə, hər şeydən öncə xəstəxananın və tibb alətlərinin başdan-başa təmizlənməsinə və yaralıların hospitalda saxlanması işinin yenidən təşkil edilməsinə girişdi. Hospitalın müvəqqəti daxmalarındakı gigiyena şəraiti, çox sayda xəstənin qalması üçün əlverişli deyildi. Daxmaların hava almaması durumu daha da ağırlaşdırırdı. Ancaq İngiltərə hökuməti, gecəni gündüzə qataraq böyük fədakarlıqla işləyən Florensə köməkçi heyət göndərdi və ölüm hadisələrinin sayı sürətlə azalmağa başladı.
Florent Naytinqeyl Krım müharibəsi dövründə statistik analiz metodunu ilk dəfə tətbiq edən şəxs oldu!
Florens inanırdı ki, ölüm hadisələrinin çox olmasının səbəbi ərzaq və dərmanların çatışmaması, habelə tibb işçilərinin sayının azlığıdır. O, İngiltərəyə qayıdandan sonra da öz fikrindən dönmədi və əsgərlərin çox əlverişsiz şəraitdə yaşadıqlarını sübut etmək üçün dəlillər toplamağa başladı. O, bu dəlilləri ordu rəhbərliyinə təqdim etmək üçün toplayırdı. Ancaq əldə etdiyi nəticələr başqa bir mənzərəni də ortaya çıxardı. Məlum oldu ki, ölüm hadisələrinin çoxu gigiyena şəraitinin qənaətbəxş səviyyədə olmaması üzündən baş verirdi. Ancaq onun buradan əldə etdiyi acı təcrübələr, bundan sonrakı karyerası üçün çox vacib idi. Binanın təmizliyindən çox gigiyenaya fikir verən Naytinqeyl, sülh dövründə əsgər ölümlərinin azalmasında böyük rol oynayaraq, xəstəxanalardakı gigiyena şəraitinin yenidən gözdən keçirilməsinin önəmini vurğuladı.
“Qoruyucu mələk” əfsanəsi
Krım müharibəsi dövründə çətin şəraitdə gecəni gündüzə qataraq yaralılara baxdığı üçün, əsgərlər Florens Naytinqeylə “lampalı qadın” deyirdilər. “Tayms”da dərc edilən bir məqalədə “qoruyucu mələk” kimi təqdim edilən Florens Naytinqeyl haqqında deyilirdi ki, onun kölgəsi xəstəxananın bütün koridorlarında gəzir, onu görən hər kəsin üzünə təbəssüm və dinclik yayılır. Axşam bütün tibb işçiləri evə gedəndən sonra, Florens lampanı əlinə alaraq xəstəxananı gəzir və ölümlə mübarizə aparan taqətsiz insanları tək başına ruhlandırmağa çalışırdı.
Bu, İngiltərənin ən uzunömürlü əfsanələrindən biri olacaq və Florens Naytinqeyl, tarixçi Rafael Samuelin də dediyi kimi, İngiltərənin qəhrəmanlarından birinə çevriləcəkdi!
BBC-nin məlumatına görə, Florens Naytinqeyl 1857-ci ildə İngiltərəyə bir qəhrəman kimi qayıtmış və demək olar ki, kraliça Viktoriyadan belə daha məşhur olmuşdu!
Ancaq əfsanəyə çevrilmiş Florens Naytinqeyl həddindən artın çox işlədiyindən fiziki cəhətdən çox zəifləmiş və “Malta qızdırması”na (brüsselyoz xəstəliyinə) tutulmuşdu. Artıq onun özünə baxmaq lazım gəlirdi. Lakin onun işdən qalmaq kimi bir niyyəti yox idi.
O yataqdan durmamalı olduğu halda, kraliça Viktoriyanın dəvətini qəbul edərək, Krallıq Ordu Sağlamlığı komissiyasının yenidən təşkilatlandırılması işində önəmli rol oynadı. Fəqət qadın olduğu üçün, bu komissiyada ona rəsmi surətdə yer verməmişdilər! Onu rəsmi işçi kimi götürməmişdilər! Çünki o, QADIN idi! Bu acı reallığı oxumaq və eşitmək belə insanı dəhşətə salır!
Müalicə turizminin əsasını qoyan QADIN!
Florens Naytinqeyl Türkiyədə olanda onun adına bir yardım fondu təşkil edilmiş və bu yardımların tibb bacılığı təhsilinə xərclənməsi nəzərdə tutulmuşdu. Bundan əlavə Naytinqeyl, 1856-cı ildə Türkiyədən göndərdiyi məktublarla, hal-hazırda “müalicə turizmi” adı verilən yeni bir anlayışın əsasını qoyurdu. O öz məktublarında, Türkiyədəki isti bulaqları tərifləyir, xəstələrin müalicəsi, pəhriz və başqa vacib mövzularda məlumatlar verirdi.
1859-cu ildə Naytinqeyl fondunda 45 min sterlinqdən artıq pul toplanmışdı. Bu pulla, Müqəddəs Tomas xəstəxanası nəzdində “Naytinqeyl yetişdirmə məktəbi” açıldı. (Londonda yerləşən bu xəstəxana hal-hazırda “Florens Naytinqeyl tibb bacılığı və mamalıq məktəbi” adını daşıyır.)
O, sözün əsil mənasında bir FƏDAKAR idi! ...O, hətta işinə maneə törətməsi ehtimalını nəzərə alaraq, ona edilən bütün izdivac təkliflərinə mənfi cavab vermişdi. Bütün ömrünü, şəxsi həyatını başqalarının sağlamlığının qorunması işinə qurban vermiş bu fədakar qadın dünya üçün önəmli işlərin əsasını qoydu. Bu yerdə ümummilli lider Heydər Əliyevin “Təbabət insan biliklərinin və əməli fəaliyyətin bütün başqa sahələrindən daha artıq dərəcədə ümumbəşəri xarakter daşıyır!” sözlərini xatırlamaq necə də yerinə düşür...
Naytinqeyl, “Tibb bacılığı haqqında qeydlər” adlı kitabını 1860-cı ildə nəşr etdirdi. Tibb bacılığı ixtisasına sadə bir giriş mahiyyətində olan bu kitab yüksək tirajla çap edildi. Naytinqeyl, bundan sonrakı ömrünü tibb bacılığı ixtisasını inkişaf etdirməyə, çağdaş səviyyəyə çatdırmağa, onunla məşğul olanlara pul və etibar qazandıran bir ixtisas halına gətirməyə həsr etmək istəyirdi.
Hətta dərman sektorunun yenidən tənzimlənməsində də hökumət Naytinqeylin tövsiyələrinə müraciət etmişdi!
Naytinqeyl öz fikirləriylə ABŞ Səhiyyə Komissiyasının qurulmasına da ilham vermişdi!
O, 1869-cu ildə qızlar üçün tibb kollecini açdı və bir ildən sonra Amerikanın ilk təhsilli tibb bacısı olan Linda Riçardsı yetişdirdi. Onun yetişdirməsi olan Riçards sonralar Amerikada və Yaponiyada tibb bacılığı ixtisasının qabaqcıllarından biri oldu.
1883-cü ildə kraliça Viktoriya onu “Krallıq Qızıl Xaçı” Ödülünə layiq gördü! Həmin zaman o şöhrətinə görə kraliçanı belə geridə qoyurdu!
...Və bir gün
...Bu qədər fədakarcasına və çox işləməyin hesabını vermək lazım gələcəkdi. Naytinqeyl, çağdaş tibb elmində “xroniki yorğunluq sindromu” adıyla bilinən xəstəliyə tutulmuşdu. O, öncə görmə qabiliyyətini itirdi. 13 avqust 1910-cu ildə, arxasında bəşəriyyətə xidmət etmək idealıyla hörülmüş əziyyətli bir ömür yolu qoyaraq “Park Lane South” küçəsindəki evində 90 yaşında bu dünyadan köçdü.
Naytinqeyl bunu görə bilməsə də, onun həyatını həsr etdiyi ixtisas, zamanla mötəbər ixtisaslardan birinə çevrildi! Beynəlxalq Qırmızı Xaç Komitəsinin 1912-ci ildə keçirilən 9-cu konfransında yaralı əsgərlərə kömək edən tibb bacılarını təltif etmək üçün təsis edilmiş medala “Florens Naytinqeyl” adı verildi. Həmin konfransdan bəri səhiyyə sahəsində 40 ildən çox təcrübəsi olan, Qızıl Xaç və ya Qızıl Aypara Cəmiyyəti ilə fəal əməkdaşlıq edən, xüsusən döyüş bölgələrində çalışan tibb bacıları “Florens Naytinqeyl” medalı ilə təltif olunur.
1971-ci ilin 12 mayından etibarən həmin gün beynəlxalq səviyyədə Florens Naytinqeylin şərəfinə Tibb Bacıları Günü kimi qeyd olunmağa başladı. Bu günə qədər dünyada 1337 nəfər bu mükafata layiq görülüb, onlar arasında azərbaycanlılar da var ki, bu insanı sözün əsil mənasında qürurlandırır.
Tədbirin sonunda tibb bacılarını bu gün münasibəti ilə bir daha təbrik edildi və təşkilatımız adından USAİD və İREX-in logosu olan bloknotlar və qələmlər hədiyyə olundu
10 May 2011-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibəti ilə Şirvan şəhərində tədbir keçirilmişdir. Tədbir Mərkəzi meydandan başlayaraq Heydər Əliyev parkında davam etdirilmişdir.
Tədbirdə Şirvan Dövlət Şəkil qalereyası rəssamların əsərlərini nümayış etdirmişdir
Şirvan şahmat məktəbinin şaghirdləri öz istedadlarını göstərmişdir
Tədbirdə Şirvan şəhər İcra Başçısı Mərdan Camalov da iştirak etmişdir
Şirvan şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi tədbirdə kitab sərgisi ilə iştirak etdi
Şirvan şəhərində fəaliyyət göstərən tam orta məktəblərdə tədbirdə iştirak etdilər