вторник, 24 июля 2012 г.

IKT korrupsiyanı azaldır

Müəllimlərin işə qəbulunun elektron variantda aparılması vacant yerlər haqqında məlumat almağa şərait yaradır. Gənc müəllimlərin işlə təminatını yaxşılaşdırır. Bir sözlə korrupsiyanın azalmasına xidmət edir. Mən müəllimlərin işə qəbulunun elektron variantda aparılmasından cox razıyam deyən müəllimlər öz fikirlərini aşagıdakı videoda bildirdilər

Azərbaycanda siyasi , seçkili orqanlarında və dövlət idarəetmə orqanlarında qadınların sayı statistikası , qadın rəhbərlərin sayı


17 iyul 2012-ci il  tarixdə Şirvan İcma Məlumat Mərkəzində Azərbaycanda siyasi , seçkili orqanlarında və dövlət idarəetmə orqanlarında qadınların sayı  statistikası , qadın rəhbərlərin sayı mövzusuna həsr olunmuş meydan tədbiri keçirilmişdir.
Meydan tədbirində Demokratiya və Qadın təşəbbüsləri İctimai Birliyinin  əməkdaşı  Günay Əliyeva Azərbaycanda siyasi , seçkili orqanlarında və dövlət idarəetmə orqanlarında qadınların sayı  statistikası , qadın rəhbərlərin sayı haqqında statistika ilə tədbir iştirakçılarını tanış etdi və Şirvan şəhərində olan qadınların ictimai siyasi həyatda neçə təmsil olunduqları haqqında tədbir iştirakçılarından maraqlandı. İştirakçılar qeyd etdilər ki,  Şirvan şəhərində  siyasi , seçkili orqanlarında və dövlət idarəetmə orqanlarında qadınların sayı  statistikası , qadın rəhbərlərin sayı bir az qənaətbəxşdir.
  İcra hakimiyyətinin təhsil səhiyyə və mədəniyyət məsələləri üzrə müavini qadındır. Bu linkə daxil olmaqla İcra Hakimiyyətinin sturukturu ilə tanış ola bilərsiniz 
 Şirvan şəhər Bələdiyyəsində də qadınlar təmsil olunub
Bir neçə məktəbin direktoru qadındır
Mədəniyyət evinin direktoru qadındır
Heydər Əliyev adına Mərkəzin  və Şirvan şəhər Tarix və Diyarşünaslıq muzeyinin də direktoru  da  qadındir.
Bir Bankın direktoru qadındır.
QHT sektorunda da qadınların təmsil olunması  Şirvan şəhərində də bütün Azərbaycanda olduğu kimidir.
Tədbir iştirakçılarının əksəriyyəti qadınlar olsalar da onlar nədənsə qadınların ictimai-siyasi həyatdə rəhbər vəzifələr tutmasına öz narazılıqlarını bildirdilər  və qeyd etdilər ki, vəzifə kişi üçün yaranıb . Tədbir iştirakçılarından yalnız bir nəfər qadın qadınların da vəzifədə olmağına tərəfdar oldu.
Mən həmin tədviin video yazısını blogda yerləşdirirəm Əgər Sizə bu mövzu maraqlıdırsa öz fikrinizi bildirə bilərsiniz
Bəs Sizin tərəflərdə Qadınlar İctimai-siyasi həyatda neçə təmsil olunub?
Doğrudanmı vəzifə ancaq kişilər üçün yaradılıb?