пятница, 28 октября 2011 г.

Şairə Mehriban Həsənlinin yaradıcılıq gecəsi

27 oktyar 2011-ci il tarixdə  Şirvan İcma Məlumat Mərkəzində şairə Mehriban Həsənlinin yaradıcılıgına həsr olunmuş meydan tədbiri keçirilmişdir.
 Tədbirdə Neftçi Qadınlar Cəmiyyətinin sədri Zenfira xanim, Gəclər və İdman İdarəsinin əməkdaşı Əfqan Həsənov, 18 saylı orta məktəbi Azərbaycan dili və Ədəbiyyatı müəllimi İbrahim Həssas, 16 saylı məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Fəridə Amanəliyeva, Mərkəzi Kitabxananın əməkdaşı Vəzifə Xudiyeva , tələbələr , mədəniyyət işçiləri, kitabxanaçılar və QHT nümayənələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan İşıq qəzetiin müxbiri Yaqut Vafiq qızı şairənin yaradıcılığı haqqında məlumat verərək qeyd etdi Mehriban xanım dövrünün şairidir. Onun əsərlərində zamanımız ən aktual problemləri işıqlandırılıb.
Nefci Qadınlar Cəmiyyətinin sədri Zenfira xanım isə qeyd etdi ki, Mehriban Həsənli şairə və müəllimə olmaqla bərabər  həm də qadınlar cəmiyyətinin çox fəal üzvlərindən biridir. Onun təşkilatçılığı ilə "Bir balaca səhv və boşanmaya yox" adlı aksiya keçirilmişdir ki, bu aksiya nəticəsində yüzlərlə yeniyetmə gənclər, qızlar və qadınlar ailə həyatına hazırlanmış və maariflənmişlər.
Mərkəzi kitabxananın əməkdaşı Vəzifə Xuduyeva Mehriban xanımın əsərlərini oxuyarkən, elə bil  Səməd Vurğunun əsərlərini oxuduğunu hiss etdiyini bildirdi. Onun əsərlərində bütün problemlərə toxunulduğu qeyd etdi və  şairə xanımın Kür çayı haqqında yazdığı  əsərində hətta ekoloji problemlərə də toxunulduğu qeyd etdi.
18 saylı məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi İbrahim Həssas Mehriban xanımın əsərlərini oxuyarkən daxili bir yüngüllük hiss etdiyini bildirdi.
Şirvan şəhər Gənclər və İdman İdarəsinin əkədaşı Əfqan Həsənov isə Mehriban xanımın əsərlərində toxunulan aktual mövzulardan danışdı və xüsusi ilə atılmış analar haqqında olan əsəri onu çox təsirləndirdiyini qeyd etdi və arzu etdiyini bildirdi ki, bu əsərlərin davamını şairə xanım yazsın.
Mərkəzi kitabxanaın əməkdaşı Firuzə Amanəliyeva  Mehriban xanımın əsərlərində Vətənpərvərlik mövzusuna yer ayrıldığını qeyd etdi

16 saylı məktəbin Azərbaycan dili və Ədəbiyyatı müəllimi Fəridə Amanəliyeva şairənin əsrlərini ucadan oxudu və bu əsərlərə öz münasibətini bildirdi.
Tədbir çox maraqla qarşılandı

3 комментария: