среда, 7 сентября 2011 г.

Şirvan şəhər Şəkil Qalereyası işçiləri ilə sənətsevərlərin görüşü

7 Sentyabr 2011-ci il tarixdə Şirvan İcma Məlumat Mərkəzində Şirvan şəhər Qalereyası işçiləri ilə sənətsevərlərin görüşü adlı meydan tədbiri keçirilmişdir.

Görüşdə Qalereyanın ekskursiyaçısı Şəbnəm Nuriyeva rəssam Böyükağa Mirzəzadənin 90 illik yubileyi ilə əlaqədar olaraq rəssamın həyatı və yaradıcılığı haqqında məlumat verdi.
Qalereyanın baş fond mühafizi Çinarə Hüseynova isə Azərbaycan incəsənətinin tarixi haqqında məlumat verdi
Şirvan şəhər Şəkil Qalereyasının yaranma tarixi, keçirdiyi tədbirlər, fondunda qorunan əsərlaər haqqında isə Şirvan şəhər Şəkil Qalereyasının direktoru Ziyafət Hüseynov məlumat verdi.
Görüş cox maraqla qarşılandı. İştirakçıların suallarını  həmçinin  Qalereyanın əməkdaşı Abdullayeva Brilyant və Qafarova Şəfa cavablandırdi

Комментариев нет:

Отправить комментарий