вторник, 17 мая 2011 г.

IKT ilə həyat daha yaxşıdır


17 may 2011-ci il tarixdə Şirvan İcma Məlumat Mərkəzində  İTK ilə həyat daha yaxşıdır mövzusunda meydan tədbiri keçirilmişdir. 2006-cı ilin mart ayının 26-da BMT Baş Assambleyası 17 may tarixini Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü elan edən qətnamə qəbul edib. Bayramın tarixi 17 may 1865-ci ildə sonradan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) adlanan Beynəlxalq Teleqraf İttifaqının yaradılması günü ilə bağlıdır.


Mayın 17-i tarixinin qeyd olunmasında əsas məqsəd internetdən və informasiya-kommunikasiya texnologiyalarından istifadənin cəmiyyətlərə və ölkələrə verdiyi imkanlar barədə məlumat səviyyəsinin artırılmasına kömək etməkdən ibarətdir.

2011-ci ilin devizi: “Kənd yerlərində İKT ilə həyat daha yaxşıdır”

İnformasiya-kommunikasiya texnologiyaları (İKT) dünyanın ünsiyyət vasitələrini daim dəyişərək uzunmüddətli davamlı inkişaf yolu ilə həyatın, xüsusən də cəmiyyətin daha aztəminatlı təbəqələrinin yaşayışlarının yaxşılaşdırılması üçün yeni imkanlar yaradır.


Bu il biz, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yaranmasının 146-cı ildönümünü qeyd edir və İKT üstünlüklərinin daha ucqar rayonlara çatdırılmasına çalışaraq diqqətimizi bütün dünyanın kənd cəmiyyətlərinə yönəldirik.


Bu gün qlobal iqtisadiyyatın inkişaf mənbəyi olan informasiya-kommunikasiya texnologiyaları davamlı iqtisadi artım və tərəqqinin əldə olunması üçün real həllər təqdim edir. Bundan əlavə İKT Minilliyin İnkişaf Məqsədlərinin yerinə yetirilməsinin sürətləndirilməsinə kömək edir. Müasir dövrdə İKT kənd şəraitində yoxsulluq, aclıq, xəstəlik, o cümlədən savadsızlıqla mübarizədə daha geniş imkanların yaradılmasında mühüm rol oynayır.


İKT və onun əsasında işlənib hazırlanan elektron əlavələr kənd yerlərində idarəetməni təkmilləşdirmək, eləcə də kənd cəmiyyətlərinin səhiyyə, içməli su, sanitariya vasitələri, təhsil, ərzaq və yaşayış yerləri ilə təmin edilməsi; anaların sağlamlığının yaxşılaşdırılması və uşaqlar arasında ölüm faizinin azaldılması; qadınların və cəmiyyətlərin daha zəif üzvlərinin hüquqlarının artırılması; ekoloji davamlığın təmin edilməsi kimi xidmətləri təqdim etmək üçün əsas alətlərdir.

Bu gün dünya əhalisinin yarısı, yəni 3,5 milyarda yaxın insan kənd rayonları və ayrı-ayrı yaşayış məntəqələrində yaşayır. Onlardan yoxsulluq içərisində yaşayan 1,4 milyardı İKT-nin üstünlüklərindən minimum istifadə edə bilənlərin sırasındadır. Bu vəziyyətin belə davam etməsinə yol vermək olmaz.

BTİ dünyanın ən ucqar yerlərinin İKT-nin üstünlükləri ilə əhatə və təmin edilməsi ideyasına sadiqdir. Böyük iftixarla söyləyə bilərəm ki, üçüncü minilliyin ikinci onilliyinə qədəm qoyduğumuz bir vaxtda BTİ-nin İKT standartlarının işlənib hazırlanması, son dərəcədə əhəmiyyətli tezlik və orbital resursların idarə edilməsi, lazımi insan, texniki və maliyyə resurslarının bir araya gətirilməsi, eləcə də məhvedici təbii fəlakətlərdən doğuran fövqəladə hallar zamanı əks-tədbir üsullarının möhkəmləndirilməsi istiqamətində fəaliyyəti böyük müvəffəqiyyətlə keçir.

Dünya üzrə abunəçi auditoriyasının 5,3 milyarddan artıq olan mobil rabitənin istifadə səviyyəsinin sürətlə artmasına baxmayaraq, bu gün kontentin inkişafı üçün əsas diqqət genişzolaqlı çıxış vasitələrinin təkmilləşdirilməsinə yönəldilir. Bu cür inkişafın əsas məqsədi həm kənd yerləri, həm şəhər mərkəzlərinin sakinlərinin niyyət və ümidlərinin həyata keçirilməsi üçün müxtəlif vasitələr təqdim edəcək informasiya-kommunikasiya magistral-şəbəkələr yaratmaqdır.

BTİ-nin Rəqəmli İnkişaf üçün Genişzolaqlı Komissiyada aparıcı rolu biliklərə əsaslanan universal informasiya cəmiyyətinin möhkəm özəyi olan ən müasir texnologiyaların təşkil olunması prosesinin genişləndirilməsinə yönəldilib.

Mən təkidlə hamınızı Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününü qeyd etməyə və bütün dünyada insanların birləşməsi, eləcə də İKT potensialının tam istifadə edilməsinə xüsusi diqqət yetirməyə çağırıram ki, biz hamımız, o cümlədən kənd sakinləri daha məhsuldar, dinc və bütün mənalarda yaxşı həyat yaşayaq.


Tədbirdə Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Turenin fikirləri səslənmişdir. Tədbirdə hər bir iştirakçı öz  informasiya texnologiyalarından neçə istifadə etdikləri barədə fikirlərini bildirmişlər.  Tədbir http://bambuser.com/channel/Almacafarova/broadcast/1661674  saytında yayımlanmışdır.

Комментариев нет:

Отправить комментарий