вторник, 24 мая 2011 г.

Məktəb şagirdlərinin tədqiqat layihəsi


23 May 2011-ci il tarixdə Şirvan İcma Məlumat mərkəzində İREX-in Məktəb şagirdlərinin tədqiqat layihəsinin yekununa həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə  Məktəb Şagirdlərinin Tədqiqat layihəsində Şirvan şəhərindən iştirak etmiş 7 məktəbdən direktorlar, müəllimlər və şagirdlər iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan İRE-in əməkdaşı Ələsgər Məmmədli İREX və Məktəb şagirdlərinin Təədqiqat layihəsi haqqınbda  layihə haqqında məlumat verdi və bu layihədə iştirak edən bütün məktəblərə və şagirdlərə iştirakçı sertifikatları verdi

Məktəb şagirdlərinin tədqiqat layihəsində  Şirvan şəhəri üzrə 1-ci yerə layiq görünən 10 saylı məktəbin şagirdi Ömürxan Qurbanova və 18 saylı məktəbin müəllimi İbrahim Həssasa netbuk, 2-ci yerə layiq görünən 20 saylı məktəbin şagirdi Fərrux Mirzəyevə flipkamera, 3-cü yerə 21 saylı məktəbin şagirdi Heydər Cəfərova və Ruqiiyyə Babayevaya flashkart, 9 saylı məktəbin müəllimi Əlizadə Hüseynova  flaşkart və 16 saylı məktəbin müəlliməsi Sənubər İsayevaya da flaşkart hədiyyə olundu.
İştirakçılar  bu layihəni təşkil etdiyinə görə İREX-ə öz təşəkkürlərini bildirdilər.

Комментариев нет:

Отправить комментарий