пятница, 20 мая 2011 г.

Kitab Bayrami


20 May 2011-ci il tarixdə Şirvan şəhər Mərkəzi kitabxanasının qarşısındakı parkda

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş

“4-cü Kitab bayramı” keçirildi.
 Bayram şənliyində şəhər İcra Hakimiyyəti Başçısının müavini Elmira xanım Ağayeva,
şəhər ictimaiyyəti, məktəblilər iştirak edirdi


   Bayram münasibətilə parkda Heydər Əliyevin mədəniyyət, dil, kitab və kitabxana haqqında söylədikləri kəlamlar yazılmış plakatlar, bayramın adı yazılmış iri panno hazırlanmışdı.

 İlk növbədə bayramın açılışı münasibətilə şəhər Musiqi məktəbinin uşaq xoru Azərbaycanın Dövlət Himnini ifa etdi.
 Tədbirdə Mədəniyyət və Turizm şöbəsinin müdiri Əziz Abbasov giriş sözü ilə çıxış edərək “4-cü  Kitab bayramının keçirilməsində məqsəd və şəhər əhalisinə kitabla xidmət işinin vəziyyəti barədə danışdı.
 Daha sonra tədbirdə  Fəal oxucu Lalə Mehdiyeva, kitabxananın ən yaxın dostu  Yaqut Vafiqqızı (hər ikisinə hədiyyə verildi), yazıçı –publisist Alik Rzayev ( onun yerli müəllif kimi kitabları sərgiləndi) və başqaları çıxış etdilər.
  Şəhər Musiqi məktəbinin xor kollektivinin (rəhbəri M. İsmayılova), skripkaçılar ansamblının (rəhb. S.Əliyeva), “Gənclik” instrumental ansamblının ifa etdikləri mahnılar, 18 saylı məktəbin təqdim etdiyi kompozisiya, qiraətçilərin söylədikləri şeirlər, kitab və mütaliə haqqında dahilərin söylədikləri kəlamlar və atalar sözləri əsasında hazırlanmış dialoqlar, yumoristik səhnəçik və başqa nömrələr maraqla qarşılandı.

Комментариев нет:

Отправить комментарий