пятница, 10 декабря 2010 г.

İnsan hüquqları günü

10 dekabr 2010-cu ildə Şirvan İcma Məlumat mərkəzində İnsan Hüquqları gününə həsr olunmuş məlumatlandırıcı tədbir keçirildi. Tədbirdə gənclər, tələbələr, qadınlar və QHT nümayəndələri iştirak edirdi. Tədbiri giriş hissəsində Mərkəzi kitabxananın xidmət şöbəsinin işçisi Xuduyeva Vəzifə bu günün tarixi haqaında məlumat verdi.1948-ci il dkabrın 10-da BMT Baş Məclisi " İnsan Hüquqları haqqında Ümumi Bəyannamə" qəbul etdi. Bu sənədin qəbul edilməsində məqsəd insan hüquqlarını və bütün ölkələrin əməl etməli olduqları normaları müəyyən etmək idi. " Bəyannamə"ni qısa bir müddətdə dünya ölkələrinin böyük əksəriyyəti, hətta ən qəddar diktaturalar belə imzalamışdılar.
"İnsan Hüquqları haqqında Ümumi Bəyannamə" müxtəlif sosial -iqtisadi quruluşu dövlətlərin insan hüquqlarının müdafiəsi sahəsində əməkdaşlıq inkanlarını nümayiş etdirmiş mühüm beynəlxalq sənəddir . O, dünya dövlətlərinin konstitusiya və qanunlarına öz müsbət təsirini göstərir. Dünya xalqları " Bəyannamə"nin müddəalarından öz hüquqları, sülh, demokratiya və tərəqqi uğrunda mübarizədə istifadə edirlər.
"Soyuq müharibə illərində sosialist bloku və Qərb demokratiyası arasında qarşıdurma güclənmişdi. Mübarizə aparan ölkələr insan hüquqları və azadlıqları barədə müxtəlif mövqelərdə dururdular. Qərb demokratiyaları insanın mülki və siyasi hüquqlarının ( söz, fikir azadlığı , siyasi plüralizm , ölkədən sərbəst getmk və yenidən qayıtmaq vəs) zəruriliyini təkidlə irəli sürür, sisialist ölkələri isə iqtisadi və sosial hüquqlarının vacibliyini qabardırdılar.
1966-ci ildə  qızğın gedən müzakirələrdən sonra iki sənəd -Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və iqtisadi , Sisial  və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt  qəbul edildi.
Dünya ictimaiyyəti tərəfindən  tanınan yeni növ insan hüquqlarının siyahısı ilbəli artır. Bu gün dünya artıq insanın ekoloji hüququnu tanlımaqdadır, gələcək nəsillərin ləyaqətlə və layiqincə yaşamaq hüququ müzakirə edilir. Bu günə qədər insan hüquqları üzrə yeni-yeni sənədlər hazırlanır və qəbul edilir.
Müasir dünyada insan hüquqları daha geniş bir anlayışdır və aşağıdakıları əhatə edir
Hər bir ayrı-seçkilikdən azadlıq, o cümlədən irqi, cinsi, milli, yaxud dini ayrı-seçkilikdən azadlıq
Qorxudan azadlıq şəxsi təhlükəsizlik üçün qorxudan  səbəbsiz azadlıqdan məhrum edilməkdən , işgəncə və digər zorakılıqdan azadlıq
Fikir  və söz azadlığı,  qərar qəbul etmə prosesində iştirak və birliklər yaratmaq hüququ
Yoxsulluqdan azadlıq, layiqli həyat sürmək hüququ
insan potensialının inkişafı və onu həyata keçirmk üçün azadlıq
Ədalətsizlikdən və qanun qanun pozuntusu ilə rastlaşmaqdan azadlıq 
İstismar olunmadan layiqli işləmək hüququ
İnsan hüquqlarının qorunmasının əhəmiyyəti o qədər böyükdür ki, BMT Baş Məclisi 1950-ci ildə bütün dövlətlərə və maraqlı təşkilatlara dekabrın 10-u  gününü İnsan Hüquqları Günü kimi qeyd etməyi tövsiyyə etmişdir.
Sonra sözü Gender Bərabərliyi  və Qadın Hüquqları İctimai birliyinin sədri Nəzakət Səmədova  öz hüquqlarımızı yaxçı bilməyin əhəmiyyətindən , insanların öz hüquqlarını az bilməsi ucundan problemlərlə rastlaşmasından bəhs edildi.
Tədbirdə bildirildi ki, sosial şəbəkədən istifadə eədənlər birbaşa olaraq Amerika Hüquqşünaslar Assosiasiyasının əməkdaşları ilə birbaşa əlaqə saxlayıb öz suallarını verə bilərlər.
Tədbir çox maraqla qarşılandı və bambuser.com saytında yayımlandı

четверг, 9 декабря 2010 г.

Informasiya Texnologiyalarının inkişafına həsr olunmuş müşavirə

9 dekabr 2010-cu il tarixdə Salyan rayon Mərkəzi kitabxanasında  Mədəniyyət və Turizm şöbəsinin İnformasiya Texnologiyalarının mədəniyyət müəssisələrində inkişaf etdirilməsinə həsr olunmuş zonalararası müşavirə təşkil olunmuşdu.
Müşavirəni giriş sözü ilə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı açaraq bildirdi ki, XXI əsrdə yeni informasiya texnologiyalarından istifadə etmədən inkişafdan söhbət etmək olmaz. O, bildirdi ki, nazirlik  Mədəniyyət və Turizm portalı yaratmagı nəzərdə tutur. Bu portala regionda olan madəniyyət xəbərləri də yerləşdiriləcək.  Bütün bunlar infirmasiyanı əhaliyə daha tez çatdırmağa xidmət edəcək və regionda olan hadisələr haqqında hamı xəbər tutacaq.
O nazirliyin 147 nömrəli qaynar xətt yaradıldığını qeyd etdi. Bu da istənilən şəxsin bu xəttin xidmətindən istifadə edərək müəyyən informasiya ala bilməsinə və hər hansı bir şəxs korrupsiya ilə rastlaşarsa bu xətt vasitəsi ilə bildirmək imkanı olduğunu qeyd etdi.

понедельник, 6 декабря 2010 г.

Əlinin uğuru

 Şirvan şəhərində Əli Əhmədovu  çox  yaxşı tanıyırlar. O, çox fəal gəncdir. O həm də idmançıdır. Dəfələrlə şəhərlərarası keçirilən yarışlarda qalıb olmuşdur.
Bu dəfə də Əli  boks üzrə keçirilən Bakı şəhər çempionatında Əli 49 kq çəki dərəcəsində  III yerə layiq görülmüşdür.  Şirvan şəhər Uşaq Gənclər İdman məktəbinin yetirməsi Əhmədov Əli Boks üzrə Bakı şəhər çempionatında  49 kq çəki dərəcəsində III yerə layiq görülmüşdür
Çempionat 01-06.2010-cu ildə Bakı şəhərində keçirilmişdir
Əli həm də bizim mərkəzin fəal istifadəçilərindən birirdir.
Təbrik edirik Əli

четверг, 2 декабря 2010 г.

Ümumdünya əlillər günü

3 dekabr Şirvan İcma Məlumat mərkəzin Ümumdünya əlillər gününə həsr olunmuş maarifləndirici tədbir keşirilmişdir. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək , əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır.
Tədbirə mərkəzin fəal istifadəçisi eşitməsində və danışmasında problemi olan Fərrux Mİrzəyev də dəvət olunmuşdur. Fərruxun valideynləri onu İcma Məlumat Mərkəzinə ilk dəfə gətirərkən onun komputer və internet biliklərinə malik olması üçün bir neçə komputer bilikləri verən  mərkəzə müraciət etdiklərini, lakin hec kim onunla məşğul olmaq istəmədiklərini qeyd etdilər. Fərrux bizim mərkəzə gələn gündən komputer biliklərini cox gözəl qavradığı artıq göz qabağındadır. Eşitməsində və danışmasında problem var deyə onu cəmiyyətdən tədric etmək olmaz.
İnsanların hamisi eyni olmur. Fiziki cəhətdən sağlam olanlarla yanaşı, əlillər və şikəstlər də vardır. Əlillik və şikəstlik müxtəlif yollarla yaranır. yol qəzaları, müharibələr, əlillik, istehsalat qəzaları, xəstəliklər nəticəsində
qazanılmış əlillik və şikəstlik vardır.
Əlillik eyib sayılmamalıdır, cünki bu insanlar fiziki cəhətdən tam olmasalar da onların nəcib ürək saf insani keyfiyyətlər yüksək bilik, bacarıq və intellektual qabilliyətlər vardır
İndi dünyada xeyli əlil var Təkcə Azərbaycanda onların sayı 360 minə çatır. Əlbəttə onların birinci hissəsi XX əsrin ən dəhşətli müharibələrdən sayılan II Dünya müharibəsinin , Qarabağ müharibəsinin , erməni soyqırımı və terrorun nəticəsindədir.
Əlillər əhalinin başqa təbəqələri ilə müqayisədə daha çox sosial müdafiəyə , mənəvi dəstəyə, humanist münasibətlərə möhtacdır. Bu insanlar hətta maddi cəhətdən təmin olunsalar da belə  isti münasibət doğmalardan və yadlardan qayğı mərhəmət və diqqət umurlar.
 Beynəlxalbq aləmdə əlillərə qayğı və diqqəti artırıb. Hüquqlarının qorunması nəticəsində bir sıra tədbirlər həyata keçirilib. Onlardan  ən mühümü BMT tərəfindən 1983-1992-ci illərdə həyata keçirilmiş Əlillər onilliyidir. 1992-ci il oktyabr 14-də onilliyin başa çatması münasibətilə BMT Baş Məclisi dekabrın 3-nü "Əlilliyi olan insanların Beynəlxalq günü" kimi qeyd olunması haqqında bəyənnamə qəbul olunmuşdur.

среда, 1 декабря 2010 г.

Sevincləri uzun sürməyənlər

Azərbaycanda elektirk sayğacların smartkart sisteminə keçməsində Şirvan  Gəncədən sonra ikinci şəhərdir.
Smartkart sistemi o biri sistemlərə baxanda bu sistem həqiqətən çox rahat və sərfəlidir. Çünki indi gəlib vaxt bivaxt qapını döyüb elektrik məsrəfinə görə pulu ödəyib -ödəmədiyini yoxlayıb səni heç kim narahat etmir. İşdir köhnə sistem zamanı gəlib qapıpnı döyürdülərsə, qapı açılıb elektrik məsrəfinə görə qəbzi qapı döyən səlahiyyətli şəxsə göstərmirdinsə , deməli, həmin gün ya qaranlıqda oturmalı, ya da xeyli kontur xercleyib elektrik montyorunu tapıb işığını yandırmalı, xeyli də əsəblərin pozulmalı idi ki, axı sən bu işlətdiyin elekrikə görə məbləği ödəyə-ödəyə işığını da söndürüb gediblər. Evində daimi adam olmayanlar öz qəbzlərini qonşuya verirdilər ki, bu problemlə rastlaşmasınlar.
Smartkart rejiminə keçəndən sonra Şirvan əhalisi xeyli rahatlaşmışdı. Bir ay olar ki, Şirvanlıları indi də kartlara elektrik pulu vurdurmaq üçün növbələr bezdirib.  Saatlarla növbədə duranlar yenə də ümidlərini üzmürlər ki yenə də nə vaxtsa bu növbələrdən canlarını qurtaracaqlar.
Görəsən niyə ağıllı bir sistem fikirləçib tapan yoxdur. Hər hansı bir yoxlama olanda insanlar bu qədər vaxt itirməsinlər və əsəbləri pozulmasın