четверг, 2 декабря 2010 г.

Ümumdünya əlillər günü

3 dekabr Şirvan İcma Məlumat mərkəzin Ümumdünya əlillər gününə həsr olunmuş maarifləndirici tədbir keşirilmişdir. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək , əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır.
Tədbirə mərkəzin fəal istifadəçisi eşitməsində və danışmasında problemi olan Fərrux Mİrzəyev də dəvət olunmuşdur. Fərruxun valideynləri onu İcma Məlumat Mərkəzinə ilk dəfə gətirərkən onun komputer və internet biliklərinə malik olması üçün bir neçə komputer bilikləri verən  mərkəzə müraciət etdiklərini, lakin hec kim onunla məşğul olmaq istəmədiklərini qeyd etdilər. Fərrux bizim mərkəzə gələn gündən komputer biliklərini cox gözəl qavradığı artıq göz qabağındadır. Eşitməsində və danışmasında problem var deyə onu cəmiyyətdən tədric etmək olmaz.
İnsanların hamisi eyni olmur. Fiziki cəhətdən sağlam olanlarla yanaşı, əlillər və şikəstlər də vardır. Əlillik və şikəstlik müxtəlif yollarla yaranır. yol qəzaları, müharibələr, əlillik, istehsalat qəzaları, xəstəliklər nəticəsində
qazanılmış əlillik və şikəstlik vardır.
Əlillik eyib sayılmamalıdır, cünki bu insanlar fiziki cəhətdən tam olmasalar da onların nəcib ürək saf insani keyfiyyətlər yüksək bilik, bacarıq və intellektual qabilliyətlər vardır
İndi dünyada xeyli əlil var Təkcə Azərbaycanda onların sayı 360 minə çatır. Əlbəttə onların birinci hissəsi XX əsrin ən dəhşətli müharibələrdən sayılan II Dünya müharibəsinin , Qarabağ müharibəsinin , erməni soyqırımı və terrorun nəticəsindədir.
Əlillər əhalinin başqa təbəqələri ilə müqayisədə daha çox sosial müdafiəyə , mənəvi dəstəyə, humanist münasibətlərə möhtacdır. Bu insanlar hətta maddi cəhətdən təmin olunsalar da belə  isti münasibət doğmalardan və yadlardan qayğı mərhəmət və diqqət umurlar.
 Beynəlxalbq aləmdə əlillərə qayğı və diqqəti artırıb. Hüquqlarının qorunması nəticəsində bir sıra tədbirlər həyata keçirilib. Onlardan  ən mühümü BMT tərəfindən 1983-1992-ci illərdə həyata keçirilmiş Əlillər onilliyidir. 1992-ci il oktyabr 14-də onilliyin başa çatması münasibətilə BMT Baş Məclisi dekabrın 3-nü "Əlilliyi olan insanların Beynəlxalq günü" kimi qeyd olunması haqqında bəyənnamə qəbul olunmuşdur.

Комментариев нет:

Отправить комментарий