среда, 1 декабря 2010 г.

Sevincləri uzun sürməyənlər

Azərbaycanda elektirk sayğacların smartkart sisteminə keçməsində Şirvan  Gəncədən sonra ikinci şəhərdir.
Smartkart sistemi o biri sistemlərə baxanda bu sistem həqiqətən çox rahat və sərfəlidir. Çünki indi gəlib vaxt bivaxt qapını döyüb elektrik məsrəfinə görə pulu ödəyib -ödəmədiyini yoxlayıb səni heç kim narahat etmir. İşdir köhnə sistem zamanı gəlib qapıpnı döyürdülərsə, qapı açılıb elektrik məsrəfinə görə qəbzi qapı döyən səlahiyyətli şəxsə göstərmirdinsə , deməli, həmin gün ya qaranlıqda oturmalı, ya da xeyli kontur xercleyib elektrik montyorunu tapıb işığını yandırmalı, xeyli də əsəblərin pozulmalı idi ki, axı sən bu işlətdiyin elekrikə görə məbləği ödəyə-ödəyə işığını da söndürüb gediblər. Evində daimi adam olmayanlar öz qəbzlərini qonşuya verirdilər ki, bu problemlə rastlaşmasınlar.
Smartkart rejiminə keçəndən sonra Şirvan əhalisi xeyli rahatlaşmışdı. Bir ay olar ki, Şirvanlıları indi də kartlara elektrik pulu vurdurmaq üçün növbələr bezdirib.  Saatlarla növbədə duranlar yenə də ümidlərini üzmürlər ki yenə də nə vaxtsa bu növbələrdən canlarını qurtaracaqlar.
Görəsən niyə ağıllı bir sistem fikirləçib tapan yoxdur. Hər hansı bir yoxlama olanda insanlar bu qədər vaxt itirməsinlər və əsəbləri pozulmasın

Комментариев нет:

Отправить комментарий